Mərhəmət
Çinarə Əlişli tərəfindən "Hekayə" bolməsinə 18:54 14 sentyabr 2019 tarixində əlavə olunmuşdur

 Ovcunda soyuq, eyni zamanda bağışladığı qızğın bir duyğu ilə xaçı sıxırdı. Qurumuş və çoxdandı isti çörəyin dadına baxmayan dodaqlar tərpənirdi. Yumulub, açılır, dualarını İsaya göndərirdi. Əvvəllər öyrəşdiyi divarın üzərində zəngin güllər, şamlarla, müxtəlif şöhrətli muncuqlarla bəzədilmiş İsanın şəklinə baxardı. Amma indi bəzi insanların səyi nəticəsində bütün bu lazımsız bəzəklər, hətta sonuncu köpüyünü yeməyə deyil bu boş bəzəyə sərf etmək gərək olmadı. 
-Alexandre, -deyə anası çığırdı. Bu səs vahiməli eşidildi. Elə bil o, gecə vaxtı bir işıq sezdi. Köhnə pəncərəyə gözlərini yummadan baxırdı. Qəflətən sakitçiliyin içində qan və bağırtı sızıldadı. 
-Aman Tanrım. -deyə coşqunluqla pəncərədən uzaqlaşdı. -Onlar gəldilər. 
Cəld diz üstə durub, göydə xaç çəkən yetkin oğlunu qucaqladı. 
-Oğlum qulağas məni. 
Oğlu çevrilib səma rəngli və ulduzlarla müqayisə olunmaz dərəcədə parlaq gözləri ilə ona baxdı: 
-Adamlar niyə qışqırır? 
-Sən burda olan meşəyə qaç. Atan öyrətdiyi kimi ağaca çıxıb gizlən. 
Qapı qəflət şəkildə döyülməyə başladı. Sanki bir ovçu əlində iti uclu balta ilə ağacı qırırdı. Qapının əks tərəfində duranların məqsədi elə bil onu döymək deyil, dağıtmaq idi. Bu an anası ayağa qalxıb digər küncdə səssiz duran 3 yaşlı qızın əlini tutub qaldırdı. 
-Bacına diqqət et. 
-Ana niyə ağlayırsan. 
-Götür onu,-deyə yetərincə uzun oğlu bacısını bağrına basdı. 
-Ana, özünə gəl. Sən neynirsən? Hər hansı bir qışqırıqdan qorxacaqsan. 
Alexandre cəld böyük maraqla  pəncərəyə yaxınlaşdı. Onun gözləri əzabdan yandı. Bu görüntünü axır ki, qırılıb dağılan qapı pozdu. Alexandre bacısını cəld qolları əhatəsinə alıb arxa pəncərədən çıxmağa başladı. Anası oğluna kiçik pəncərədən çıxmağa kömək edirdi. Evdə yad adamların səsi getdikcə ucalırdı. Onlar həyəcanlı və qorxmuş vəziyyətdə vurnuxan ev sahibinin otağına yaxınlaşırdılar. 
-Ana, -deyə pıçıldadı. -Tez ol… Gəl indi mən kömək edim. 
-Xeyr, mən pəncərədən çıxa bilmərəm. Sən qaç, qaç. Onların yolunu azdıraram. Siz isə meşədə gizlənməyə yer tapın. Alexandre görəcəklər sizi! Dedim qaç. 
-Ana əsəbləşdirmə. Məgər mən səni burda ataram? Çıxmasan heç yerimdən tərpənmərəm. 
-Ən azından bacını düşün. Onun sağ qalması üçün çalış, mənim yox. 
-Bu otaq qaldı. -deyə qapının arxasından səs gəldi. Anası tez qaçıb, qapını sıxdı. 
-Qaç, qaç. -bağırdı. 
Alexandre həyəcanlı və tərpənməz idi. 15 il onun qayğısını çəkən ananı bu şeytanlarla atıb gedəcək? Bacısını yerə qoyub, yenidən pəncərədən evə  keçmək istədi ki, qapını tutmaq mümkün bilməyən ana onu buraxdı. Oğluna sarı qaçıb onu o biri tərəfə itələmək fikrində idi. Amma necə oldusa sinəsi sancıldı. Sanki günəşin şüaları nəticəsində qızğın su bədəni boyunca axdı. Mavi gözləri iri açılmış,  həmişə fəxr etdiyi, əsəbi, yaraşıqlı qəhrəmanını seyr edirdi. O, oğlunun yumşaq qəlbinə bu yaranı möhürləmək istəməzdi. Lakin artıq bu qəlbdə  dəhşət həkk olundu. Bu mənzərə oğlunu heyrətləndirməkdən başqa boğurdu. O, pəncərədən astaca uzaqlaşıb, torpağın üzəri ilə titrəyən ayaqla yavaşca addımladı. Necə oldusu ananın bu qəhrəmanı torpağa sərindi. O, hələ də gözlərini qırpmamışdı, ağzını iri açıb nəfəsi vəhşi tək udmağı hələ bitirməmişdi. Lakin bir dəyişiklik onun özünü qorxutmuşdu: eşitdiyi bütün səslər sanki susmuşdu. Həm insanların, həm də alov dillərinin bağırtısı, hiyləgər xırıltı, yalvarışlar bütün bunlar kəsilmişdi. Hətta əli ilə sıxdığı torpağın xışıltısı eşidilmirdi. Alexandre başını qaldırıb qışqırdı: 
-Mən heç nə eşitmirəm. Eşitmirəm…Eşitmirəm. 
Həmçinin havanı acgözlüklə udaraq, çığırırdı. Onun çəkdiyi əzab iki qat artdı. Anasını qəflət ölümü ona sanki belə bir cəza bağışlamışdı. Onun fikirləri yalnız İsaya dua eləməkdən gedirdi. Bəlkə o, hər hansı bir səhvə yol vermişdi, hansını ki, bağışlamaq mümkün deyil. Onun gözü ayni  olaraq bir kölgəni sezdi. Kölgənin əli çox uzanırdı. Bundan yalnız bir nəticə çıxartmaq mümkün idi: onun əlində iti silah var. Kölgə yaxınlaşdıqca Alexandre buna diqqət etmədən kar olduğunu dərk edərək qışqırırdı. Silah onun başı üzərində qalxdı. Birdən Alexandre başını qaldırıb dəhşətə düşdü. Onun daxilini  heç vaxt mövcud olmayan ölüm qorxusu hakim tutdu. Arxaya sürünə-sürünə gedib, bağırdı. Çünki nə dediyini eşitmirdi: 
-Xeyr , xahiş edirəm. Bunu etməyin. Mənim günahım yoxdu. Müqəddəs İsaya həmişə güvənmişəm onun tərəfdarıyam. Xahiş edirəm mənə cəza verməyin… 
15 yaşı olandan bəri çoxdandı yanaqlarından axmayan duzdu suyu hiss etdi. Onun qarşısında durmuş şeytan gülümsədi və çürümüş dişlərini göstərmiş oldu. Onun kinli saqqalı həyəcandan titrədi: 
-Sənin günahın Papanın sözlərinə əməl etməmək oldu. Ona qarşı çıxıb  Katolik kilsəsindən ayrılmağın oldu. Artıq Rəbbimiz sizi cəzalandıracaq. Bu…-deyə ağız suyunu yerə tüpürüb kifir gözlərini nifrətlə sıxdı.-  Müqəddəs İsanın cəzasıdı və… 
Arxadan endirilən zərbə nəticəsində dilindən çıxan ifadələr qaçışdılar. Oradan yalnız inilti çıxdı. Ayni olaraq ağzı açıldı və qanı püskürdü. Alexandre nə danışa, nə də yerindən tərpənib onun üçün ən əziz bacısının bu mənzərədən gözlərini bağlaya bilirdi. O, sadəcə keçirtdiyi heyrətdən hətta yerdə sərilən həmin şeytanın arxasında bıçaqla durmuş atasını sezmədi. Atası oğlunun tərpənməz olan mavi gözlərinə baxdı. Ləkələnmiş əlləri ilə onu sifətini tutub, özünə tərəf qaldırdı. 
-Anan…Anan hardadı? 
Səs gəlmədi. Sanki göy üzü ilə danışırdı. Onun kimi anlamsız və sakit. Yenidən bağırmaq fikrinə gəldi. 
-Anan, Adel hardadı…Cavab ver … 
Nəhayət ki, göy gözlər heyrətdən  tərpəndi. Sanki onu göy qurşağı əhatəyə aldı. Alexandre cəld ayağa qalxıb yenidən dəhşətli pəncərənin yanına keçdi. Oradaki divarın üzərində uzanan sarmaşıqların arxasında mavi gözlər parıldayırdı. Onlar tez-tez sönür sonra yanırdı. Alexandre əyilib bacısını sarmaşıqdan çıraxıb qoynuna aldı. Sonra isə atasının daş kimi tərpənməz olduğunu sezdi. Onun gözləri nədənsə qaralmışdı. Onların içində parıldayan günəş qüruba əbədi olaraq batdı. Sanki bundan sonra  səadətin qoxusunu, nəfəsini, baxışını, toxunuşunu, avazını duya bilməzdi. O bunu tez bir zamanda iti yaddaşından keçirməyə başlayaraq, acı dad da suyu gözlərinə yığırdı. Yalnız qəlbi deyil, hətta yaş gözlər onu yandırırdı. Çünki o, sarmaşıqdan ancaq qardaşını bərk qucaqlayıb ağlayan Adelin çıxdığını gördü. Daha heç kəsin… 
       Baxmayaraq Alexandrenin əlləri əsirdi o, bacısını sinəsinə yetərincə sıxmışdı. Hətta  onun saçlarını oxşayıb, mənasız sözləri sərsəmləyirdi: 
-Səni heç vaxt tək qoymaram…Heç vaxt…heç vaxt… 
- Alexandre qalx…-deyə səsi çox sərt tərzdə çıxdı. 
Oğul atanın sözlərinə qulaq asıb, onun ardınca addımladı. 
-Hara gedirik? 
Qəflətən boğaz tellərini parça edən bağırtı eşidildi. Adel qardaşına sığındı və digəri ayaq saxladı. 
-Bəsti Alexandre özünü ələ al. Sən bu bağırtıları səhərəcən eşidəcəksən. 
-Nə baş verir? 
Lakin ata onu eşitmədən hələ qan göyməçəsinə bulaşmayan, ins-cins görünməyən küçə ilə iti şəkildə addımlayırdı. Sonra qəflət dayanır , amma  yenidən hərəkətə gəlirdi. 
-Ata nə baş verir?-deyə bu dəfə oğlu daha inadlı şəkildə soruşdu. Cavab susurdu. Sanki   cavabı kiçik bir qutuya salıb,  möhkəm bağlamışdılar. Birdən qarşı küçədən onlara tərəf qaçan fiquru görmək oldu. Atası cəld şəkildə oğlunun çiynindən tutub özünə tərəf dartıb apardı. Onlar kolluğa girib, canavardan gizlənən dovşan kimi qısındılar. Fiqur onlar kimi kasıb ailədən olan kəndçi idi. Amma onlar arasında qabul olunmaz bir fərq var idi: bu kəndçi cırıq, kirli, qanla ləkələnmiş paltarda idi. O, bir neçə dəqiqəlik dayandı və yerə diz çökərək nəfəsini dərməyə başladı. Bu vaxtacan iki göz onu kolluqdan seyr etməyə davam etdirdi: 
-Bu Peri dayıdı. Ona yardım etmək lazımdı-deyə oğlu narahat səsi ilə ayağa qalxdı. Lakin qüvvətli əl onu tez zaman aşağı saldı. 
-Sən yardım etməyəcəksən! 
Onların baxışları toqquşdu. Atanın gözlərində olan qaranlıq və iztirab oğlunu tərpənməz şəklə gətirdi. Düyünlənmiş qara qaşları və üzündəki damarların kəskin göy rəngi atasını əcinə bir varlığa çevrilmişdi. Alexandre ona baxmağa belə qorxurdu. Ata ayağa qalxıb: 
-Mən onun yanına gedəcəm. Siz isə nə olursa, olsun burdan tərpənmirsiniz. Mənə söz ver bacını və özünü qoruyacaqsan. Artıq əgər mənə nəsə olsa vecinə alma, meşəyə doğru qaç. 
Alexandre sadəcə başını silkələdi. Digəri isə yavaş addımları ilə ətrafa baxaraq kolluqdan çıxdı. Onun başı gah ağaclara, gah da kəsişən digər küçələrə sarı çevrilirdi. Amma ki, yaralı dostuna belə baxmırdı. Lakin Peri dayını izləyən Alexandre bir dəyişiklik gördü: Qana bulaşan atasına tərəf dolmuş gözləri ilə baxırdı. Onun sifəti xəcalətdən solmuşdu. Başını sağa, sola tərpədərək elə bil hər hansı bir səhvi həyata keçirmək istəmirdi. Onun naməlum niyyəti gözə göründü. Lakin ata bunu başa düşməyib ona tərəf yaxınlaşmaqda idi. Alexandre təəccübdən donaraq onun məqsədini  anladı. Cəld ayağa qalxsa da artıq gec idi. Çünki atası tərtib olunan tələyə düşmüşdü… 
         Qəflətən göydə nəsə nur saçdı. Çox sürətli şəkildə bu nur iki nəfərin durduğu məkana yaxınlaşırdı. Nə atası, nə də yaralı bunu görmürdü. Yalnız uzaqdan bağıran oğul atasına söz verdiyi kimi bacısını tutub yerindən tərpənmirdi. İşıq yaxınlaşdıqca onun alov olduğu gözə aydın oldu. Bu zamanda Alexandre son dəfə ona tərəf çevrilib qalın səsi ilə ucadan «meşəyə qaç» çığıran atasının simasını gördü. Əbədi olaraq onun gözündə əks edilmiş vahiməni unutmayacaqdır. Göydə uçan alovlu ox onun belinə sancıldı. Daxilində əzabdan doğan əjdahatək nəriltini bayıra çıxartdı. Yağış kimi daha bir neçə alov göyə uçdu. 
-Ata…Ata…-deyə ayağa qalxıb ona tərəf getmək istəyirdi ki, insan bədənli, lakin yırtıcı heyvan ürəkli varlıqlar meydana səpələşib, onları dövrəyə aldı. Daha bir bağırtı. «Yox» sözlərinin təkrarı və sonda həmin səs əbədi olaraq kəsildi. Alexandre titrək ayaqları ilə arxaya çevrilib var gücü ilə ordan götürüldü. Sinəsində kiminsə hönkürtüsünü eşidirdi. Hətta az yaşlı bacısı atanın daha mövcud olmayacağını anlayırdı…. 
      Meşə kiminsə qara kölgəsinə bənzəyirdi. Ağaclar kiminsə uzun, bədənə həkk olunmuş yarasına oxşuyurdu. Ay isə kiminsə gözlərindəki yaşın parıltısı idi. Hansılar ki, bərq vuran gölə tökülürdülər. Onun yanındakı ağacın altında iki yaralı qəlbli insan oturmuşdu. 
-Bəsti, ağlama. Bizi eşidəcəklər. 
O, nə qədər çalışsa da bacısı daha bərk ağlayırdı. 
-Bilirəm…Bilirəm sən nə düşünürsən… deyə hönkürtü ilə ağladı. Nə qədər özünü sıxsada daha bacarmadı.-Bilirəm…düşünürsən ki, necə anamı və atamı ölüm ayağında atmışamsa səni də atacam? 
Daha ucadan, hər kəs eşitsin deyə qışqırdı: 
-Heç vaxt…sən mənimsən….səni…məndən heç kəs…almaz…sənə heç kəs toxunmaz … 
Onun yanaqları islanmışdı. Daxilində olan bütün iztirabı xaricə boşaldırdı. Çoxdandı belə bərk ağlamırdı. Artıq bacısını geri də qoymuşdu. Hətta boğazındaki qıcıqlanmanı və boğulduğunu hiss etmişdi. Buna görə sakitləşmiş bacısının mələktək simasını sığalayaraq, göyə  baxdı: 
-Mənə niyə belə cəza verdin? Axı günahım nə idi? Din? Mən sadəcə yerimi dəyişdim, amma sənə olan güvənimi itirmədim. Sənə həmişə sadiq oldum… 
Necə oldusa meşənin sükutunu yarpaqların xışıltısı pozdu. Kim isə yarpaqların üzəri ilə addımlayırdı.  Alexandre sanki yuxudan ayılmış kimi bacısını qoynunda daha sıxıb ayağa qalxdı. Birdən ağacın yanında bir fiqur göründü. Ayın işığı onun əlindəki silahı parlaq vəziyyətə salmışdı. Bu tünd mayeyə bulaşmış balta idi. Əlində bacısını tutmuş oğlan  bütün cəsarətini yığıb hirslə bağırdı: 
-Xeyr, bacımı məndən almayacaqsınız. Onun heç kəsə vermərəm. Sizin dualarınız Müqəddəs İsaya heç layiq deyil. Bu dualar şeytana deyilməli idi. Çünki bu gün törətdiyiniz hər şey şeytanın davamçıları olduğunuzu sübut etdi…Heç olmasa tanrı tərəfindən hər kəsə verilən mərhəmət duyğusunu içinizdə oyadın… 
Son sözlər təngə gəlmiş və zəif olduğunu sanki özünə sübut etmiş kimi Alexandre bacısına baxdı. Qız nə ağlayır, nə də sevinirdi. Onun qızarmış gözlərindən heç nə oxumaq olmurdu. Səs eşidib cəld başını qaldırdı. Baltanı əlində sıxmış şəxs ona tərəf yaxınlaşırdı, lakin sonra ayın vurduğu nurun üzərində dayandı. Onun üzündəki tər və palçıq bir-birinə qarışmışdı. Sönmüş gözlərindən yalnız yorğunluğu və əzabı oxumaq olurdu. 
-Oğul, mən bura sizi öldürməyə gəlməmişəm. Mən sadəcə sakit bir yerdə dua eləmək istəyirəm.-deyə  qara rəngli, üzəri kiçik ağ nöqtələrlə bəzədilmiş səmaya çevrildi. Orada bərq vuran ən böyük nöqtə ona sarı baxırdı. Təngə gəlmiş varlıq dərindən, qüssəli bir köks ötürdü və başladı: 
-Mən həyatda bəzi anları anlaya bilmirəm. Nədən insanlar cəsədlərin sayını artırmaq üçün hətta dini bəhanə edirlər? Xahiş edirəm, sadəcə bir şeyi xahiş edirəm…Bu bəhanənin qurbanına çevrilmiş insanlara mərhəmət göstər…


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+7=
Hesaba giriş
Müəllif

Çinarə Əlişli
Haqqında
Hal-hazırda mənim 16 yaşım var. Uşaqlıqdan kitablara marağım olub və onları sevə-sevə oxumuşam. Onlara qarşı olan sevgini heç vaxt, heç kim dəyişdirə bilməz. 11 yaşım olanda isə ilk əsərimi yazıb-yaratmışdım. Bu əsərin nəticələri uğurlu olduğundan həm ideyalar, həm də həvəs məni yeni əsər yazmağa vadan etdirdi. Hobbim çoxlu kitab oxuyub, onu dərindən anlayıb, bacardığım qədər gözəl əsər yazmağdır. İndi isə əsərlərimin digər dillərə tərcümə edilməsi, dünyada şöhrət qazanmaq və hərkəsin yaddaşında silinməz iz qoymaq mənim ən vacib və böyük məqsədimdir. “Sən kim olursansa ol, nə istəyirsənsə istə, əgər nəyisə bərk istəyirsənsə, mütləq əldə edəcəksən, çünki bu arzu Kainatın Ruhunda doğulmuşdur. Bu, sənin Yer üzündəki vəzifəndir.” Paulo Koelho.
Əlaqə
Tel.:
0707521730
E-mail:
alishlychinara@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0566 saniye