Məryəm ana və Mariya; Heçlik Adamla
Xəyal Mahmudlu tərəfindən "Hekayə" bolməsinə 20:26 16 mart 2014 tarixində əlavə olunmuşdur

“Ağlamaq, içimizi rahatladır...”
    Balaca Mariya öz otağında oturub həmişəki kimi Devid dayısnın ad günündə qonşu ştatdan alıb gətirdiyi atıyla söhbət edirdi:     -Ey axmaq at, de görüm mənim qəlbimi nə rahatlada bilər? Sən? Anam deyir ki, əgər insanları sevsək Məryəm ana bizim günahlarımızı bağışlayar və sevər.Amma mən heç kimi sevmirəm.Of, onlar məni bezdirir.Hələ, Dadı demirəm.Qardaşım eşşəkdir.Hə? Hm, sən də ağzını açmırsan.Yaxşı, daha səni oynatmaram.Hey, Barbi, bura gəl görüm...Ax, bu da məni bezdirir.Of.     Bu zaman içəridən tapbıltı səsi eşidildi. -hey, deyəsən anamgil gəldi.Yenə başlayacaq atamla dalaşmağa.Bu səsdən bezmişəm.Mən axı parka getmək istəyirəm, amma eşidən yoxdurki səsimi...-qonşu otaqdan –Qızım, Mariya, hardasan? Gəl bax görüm sənə nə almışam...      Üzünü turşudan balaca xanım qışqıraraq, –Zəhləm gedir ha-mı-nız-dan!...      Anası qızının qarşısına keçib sevimli balasının yanağından öpdü.Yumşaq üzünü ovcuna alıb isti ana nəfəsini qızının üzünə qondurdu. –Eh...qızım, niyə belə deyirsən axı? Bax, atan da, mən də səni canımızdan çox sevirik, sənə ürəyin nə istəsə onu alırıq...hələ, bu gün sənə istədiyin velosipedi də alıb gətirmişəm.      Bunu eşitcək üzü gülən Mariya bayaqdan qəzəblə baxdığı anasına sığındı:      -Amma...ana, axı qardaşımı çox sevirsiz, məni isə az!      -Yox, nə danışırsan, qızım?!.Hər ikinizi çox sevirik, axı qardaşın və sən bizim xoşbəxtliyimizin yeganə mənbəyisiniz.Sən hələ de görüm, niyə belə düşünürsən? Yoxsa, yenə qardaşınla dalaşmısız? Hm ?      Balaca anasından ayrılıb otağın digər tərəfindəki atını qucaqladı. –Məni heç biriniz sevmirsizdə, sevmirsiz...Qızının hıçqırığını eşidən ana doluxsundu.Artıq o da üzünü əlləri ilə qapayıb ağlamağa başlamışdı.
“Həyat, ölümlə başlamamalıdır...”
    -Ay ay ay, mənim gözəl qızım.Necə də gözəlsən.Gəl görüm, uff, şirinim, gəl öpüm səni...muah...balaca mələk, de görüm bu gün Nikolis əmigilə getmək istəyirsən? Hə? Orda Lizayla oynayarsan...Mark dayı da səni görmək istəyir. Bayaqdan atasına fikir verməyən Mariya əlindıki şokoladı kənara atıb –hm, Mark dayı.Axx, o məni keçən dəfə yanağımdan necə öpdüsə izi hələ də getməyib.Yox, mən parka getmək istəyirəm. Qızının yenə də dəcəllik etdiyini anlayan ata gülümsədi.Qarşısına keçib əyildi, qulağına pıçıldadı: -Bax, əgər mənimlə Mark dayıgilə getsən sənə böyük bir ...hmm, böyük bir...mmm, şokolad alacam...razısan?      Mariya, üzünü başqa tərəfə çevirib qışqırdı –yox, lazım deyil! Mən Mark dayıgilə get-mə-yə-cəm!      Bunu eşitcək atası qızının qolundan tutub –mənə bax ay küçük, sənə dedim Mark dayıgilə gedirik, deməli gedirik! Hey, Cesika, axmaq qızına sözə baxan olmağın lazım olduğunu başa sal arada.Bu zibil işlərin üzündən uşaqlarla məşğul ola bilmirəm.Yoxsa bunlara başa salaram ata qayğısının nə demək olduğunu!     -Ah, neynirsən sən?! Burax uşağın qolunu! Gəl yanıma qızım. –qızının göz yaşlarını əlləri ilə silən ana qəhərləndi –ax qızım, sənə min dəfə demişəm ki, atanın sözünə qulaq as...     Yolboyu atasının üzünə baxmayan Mariya dərin fikrə dalmışdı.Bu dəfə evdəki atını düşnmürdü, xeyr, heç anasının onu sevməməsi barəsində də yox...sadəcə hələ ömrünün səkkizinci payızını yaşayan balaca ürəyində narahatlıq, qorxu hiss edirdi.    -Ata, Mark dayıgildə çox dayanacağıq?    -Anan işdən dönənənə kimi...O gəlib səni aparacaq.    -Hmmm, ufff...    -Nə olub balaca şeytan?    -Mən...mən axı şeytan deyiləm!    -Əlbəttə deyilsən, qızım.    -Şeytan, o var, ata?    -Bu barədə düşünməmişəm, heç sən də düşünmə.    -Amma, anam deyir şeytan var.O içimizə də girə bilir.Biz şeytana uysaq sonu pis olar.    -Unut bunları.Bunlar hamısı o kilsədə olan yaramaz padrenin uydurmalarıdır, yeridib anan kimi sadə düşüncəyə malik insanların beyninə.    -Ata, bəs onda deməli Tanrı da yoxdur?    -Bu haqda heçnə danışmayaq, olar?    -Yaxşı... Mariya yol boyu sevimli ayısı üçün mahnı oxuyurdu,- .“LA LA LA...Hm, hm, hm...Balaca ayıcığım gəl öpüm səni...muah”.Bu balacanın hələ bir neçə dəqiqə sonra olacaqlardan heç xəbəri yoxuydu.     -Ax, bu əclaf bayaqdan avtomobili düz yolun ortasında saxlayıb.Hey, bura Amerikadır! Cəhənnəm olun qaradərili alçaxlar! Mariya, sən burda gözlə, indi gəlirəm...- bunu deyib atası avtomobildən düşdü.Qarşıda olan qara Forda yaxınlaşan atası deyəsən qaradərili kişilərlə mübahisə edir.Hə, orada nəsə pis bir şey baş verir.Atasının qışqırığı...
“İnsanları sevərkən özünü sevməyi unutma...”
     Atasının ölümündən bir il keçirdi.Mariya tez-tez kilsəyə gələr və onun üçün dua edərdi.Atasının İsaya, Məryəm anaya inanmadığını, daima tənqid etdiyini bilirdi.Hətta Məryəm ana haqqında dediklərini hərdən xatırlayardı: “Bu sadəcə gülməlidir.Məryəm anaymış.Cesika, sən o padreyə de ki, əgər insanoğlu min beş yüz il sonra süni mayalanmanı kəşf etmişdisə, Məryəm necə hamilə qala bilərdi ki?! Bu ağılsızlıqdır həqiqətən!”.Amma sonra xatırlardı ki, inanc olmadan insan yaşaya bilməz.Bunu ona anası demişdi,- ”Qızım, bax sən ağrını görə bilmirsən, amma hiss edirsən.İnanc da elədir.Sən tanrını görmürsən, sadəcə onu qəlbində hiss edir və yaşayırsan.”      -Qızım, gözünü aç mələyim.Yalvarıram, ilahi, qızımı qoru.Həkim, hardadı həkim?...Tez olun, qızım ölür...      Artıq üç gün idi ki, Mariya xəstəxanada idi.Anası çörək almaq üçün mağazaya göndərmişdi.Qayıdarkən yolu keçən zaman qonşularındakı Lyu adlı qoca kişi avtomobillə vurmuşdu qızı.Həkimlərin anasına dediyinə görə sağalmaq şansı var, amma nəçarə, xəstəxanaya vaxtında çatdırılmasına baxmayaraq üç gündür balaca Mariya koma vəziyyətində idi.Həkim Annanın dediyinə görə yolda çox qan itirib.Xəstəxanaya gətirdiklərindən bu yana bircə dəfə “Məryəm ana...” dediyini eşitmişdilər.      - Salam.Adım Mariyadır.Eşidirsiz? Hey? Kimsə var? Yoxdu.Eh, balaca atım yanımda olsaydı...       -Salam balaca Mariya.       -Kim var orda?       -Qorxma qızım.Sən xoşbəxt ola bilərsən artıq.Mənim yanımdasan, sakitlik səltənətində.       -Yox...mən xoşbəxt deyiləm...ola bilmərəm.Bura haradı axı?       -Anan sənə bura haqqında tez-tez danışardı.Xatırlayırsan, Tanrını sevən insanların gedəcəkləri gözəl yeri?      -Hə, əlbəttə.İndi yadıma düşdü, bura cənnətdir.Hə? Çox gözəldir.Ah, orda uçuşan kəpənəklərə bir bax.      -Gözəlliklər.Ax, bunlar insanların gözünü kor etmədimi?!      -Məryəm ana, mən həmi.ə burada yaşayacam?      -Bunu özün seçməlisən, qızım.İlk öncə, de görüm burada yaşamaq istəyirsən?      -Hə, əlbəttə, həm də lap çox.      -Anan üçün darıxmırsan?      -Darıxıram, həm də lap çox.Kaş o da yanımda olaydı, mənimlə, burada.Eh...      -...o bizi sınayar, bərkliyimizi yoxlayar...Bəzən güldürər, hərdən ağladar.İməkləyərik, anlamarıq, sonra bir vaxt çatar sözlər öyrənərik.İlk gəzməyə başlayanda elə həvəsli olarıq ki.Oynamağı da, kini, nifrəti də, uğur qazanmağı da, dost olmağı, düşmənlik etməyi də öyrədər bizə.Nə varki sonda hamımızı öldürəndi o, çox acımasızdı.Ağrılıdı, sıxıntı gətirəndi...O, bir işkəncə maşınıdır.Onun adı HƏYATdır. –uzaqda dayanan, sifəti görünməyən, yalnız kölgəsi bilinən adam dilləndi.     -Siz kimsiniz? –Mariya soruşdu.     -Mən? Mən heçliyəm, qızım.Amma kimlərsə ölü, kimlərsə dahi şəxsiyyət, kimlərsə rəhmətlik kimi anır.     -Məryəm ana, o kimdirki? –bizim balaca asta səslə dilləndi. Məryəm ana: -Bilmirəm kimsiz, amma nəzərinizə çatdırım ki, bura yalnız Tanrı, əzizlər və mələklər üşündür.Hə bir də bu gözəl balaca qızımız kimi olan insanlar üçün.Amma deyəsən siz çox aqressiv birisiniz.Buradan getsəm yaxşı olar.     -Ha ha ha...Heçlik nə vaxtdan aqressivlik olub? Aqressiv olan sizin insanlara hər gün, hər saniyə, hər dəqiqə işkəncə verdiyiniz, baxıb həzz aldığınız Yer planetində yetişdirdiyiniz ac sosial heyvanlar üçün “xoşbəxt dünya”ya keçid adlandırılan o axmaq, səfil dünyadır.Həyatdır...Mariya, sən mənlə gəlməlisən, qızım, sən öz əzablarından xilas olmalısan.    -Axı bura çox xoşuma gəlir...Yox, sizinlə gəlməyəcəm, burda qalıram.    -Bax qızım, sən burada qalsan, yenə əzab çəkəcəksən.Həyatda olduğu kimi.Düşün, hər gün səni sevən anan, səni döyən atan, dostların, sənə nifrət edən qonşuluqda yaşayan qızlar haqqında xatirələr, onlar səni tək buraxmaz.    -Amma, mən cənnətdəyəm axı.Özdə Məryəm ananın yanındayam.    -Və, qəlbini parçalayan xatirələr də səninlədir...    -Yooooox... –Mariya qışqırdı –Yox, tək buraxın məni, tək. Heçlik adam qıza yaxınlaşdı və:    -Bağışla...Səni incitmək istəməmişdim.Əvvəllər, ilk heçliklə rastlaşanda mən də qorxurdum, amma biləndə ki, əslində heçlik həqiqətdir, zaman-zaman qorxularıma, sıxıntılarıma, həzzlərə qalib gəldim və özüm də bir heçlik oldum.İndiysə səni özünlə tək qoyuram.Qoy paklığın səni təmizləsin.Hələlik Mariya.    -Hey, dayan...De görüm niyə mən varam? Mən nəyəm əslində? Xahiş edirəm, getmə...     Göz yaşlarını silən qız həyəcan dolu baxışlarla ətrafa göz gəzdirdi.O artıq təkcə qalmışdı, ağ rəngli, sonsuz uzanan boşluqda.O düşündü, axı bu qədər şey, Məryəm ana, Heçlik Adam, sonra sıxıntılar, həyat, sevgi, bunlar niyə var? Əgər heçlik varsa...
    Uzaqdan səs eşidildi: -Qızım, qızım, ölmə nə olar...    Həyat bir parça naxış işləməsinə bənzədilə bilər. Həyatının ilk yarısındakı hər kəs işləmənin ön tərəfini görər, ikinci yarısında isə tərsini; ikincisi o qədər də gözəl deyil, amma daha öyrədicidir, çünki iplərin bir-birinə necə bağlandığını görməmizi təmin edər.
               -Arthur Schopenhauer  


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+10=
Hesaba giriş
Müəllif

Xəyal Mahmudlu
Haqqında
Tələbə, blogger, həvəskar yazar.
Əlaqə
E-mail:
xeyal.mahmudlu@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0248 saniye