Məryəmim, sən Bakıya gəldin mi heç?
Xuraman tərəfindən "Şeir" bolməsinə 15:13 20 aprel 2014 tarixində əlavə olunmuşdur

Deyir, getsəm gəlmərəm, Məryəmim..
Bakirəliyini soyunsan da isinmərəm, Məryəmim.
Adına iki kəlmə böhtan yaxlasalr da, sus, Məryəmim..
Sancıların artanda ağlama, döz, Məryəmim..
Tanrı ruhundan bir zərrəni üfürmüş bətninə.
Gül, Məryəmim..
Sən gəldin mi Bakıya heç?
Burda da Bakı necə çılpaqdı, gördün mü, söylə?
Neçə intihar xəbəri yayıldı namus kanalından.
Neçə təcavüz gördü ki, Məryəm sənin gözün?
Off, sus artıq,danışma..
Qoy mən danışım..
Necədi, saçından tutub sürünmək Bakıya doğru.
Necədi, deyim, sürgün olunmaq şərəfsizlikdən, Tanriya sordun?
Rəngli paltarların altındakı ölü bədənləri gördün mü heç?
Heç inlədimi doğulmamış körpən?
Sənin oğlun dirildə bilər mi Bakını da?
Tanrının lənətinə keçmiş..
Tanrının xarabalığıdı bura..
Gəlmə sən Bakıya..
Tərcümeyi-halında adı "kələklər şəhəridir".
Məryəm, sən cəhənnəmdə belə bir yer gördün mü heç?
Yox, yox, dayan Məryəmim..
Şair deyir, elə bir ehtirasla sarıldım ki, qələmimə,
Qələmim mürəkkəbini yaxdı böhtan kimi üstümə.
Şair deyir, Məryəm gəlmə bir də...
O indi yalançı padrelərin kilsələrində,
Tanrının unutduğu Bakıda belə adın gəzir,
Bunu necə bacardın, söylə!
Gəl, gəl sarıl mənə..
Gəl isit ürəyimi..
Gəl küçələrini ağlat bu əxlaqından qəm yeməyən Bakının.
Gəl, keç mənim ruhuma.
Qoy, böyüsün səssizlik içimdə..
Sən mənə gəl Məryəm, Bakıya gəlmə...
İnan, şair edər səni də...


... dəfə oxunub
Qiymət: 8/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
1+19=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0292 saniye