Mesajlar
Nizam Memmedov tərəfindən "Digər yazılar" bolməsinə 02:56 25 noyabr 2014 tarixində əlavə olunmuşdur

-Çünki mən yağışın altında daha çox gəzirəm. Heç tələsmədən və islanmaqdan qorxmadan. Və sən həmişə tələsirsən. Və mən həmişə daha çox səbrliyəm. Ya da daha çox tənbələm. Ya da daha az cəsarətliyəm. 

-İnsanlar o vaxt tələsir ki, həyatı yaşamaq istəyirlər, daha da gec olmasın deyə. 

-Ya da sən məni heç vaxt başa düşməyəcəkən. Hamı kimi. Bütün məni başa düşməyənlər kimi. Mənimlə razılaşmayan bütün adi insanlar kimi. Daha pis yaşamaqdansa gözləmək lazımdı. 

-Gözləməkdən çox axtarmaq. 

-Həyatı axtarmaqla davam etmək olmaz. Sadəcə gözləmək. Ən yaxşını gözləmək. Axtarmaq itirənlərə məxsusdur. Və heç kəs itirildikdən sonra axtarılacaq qədər dəyərli deyil. Və heç kəs sənin qədər dəyərli deyil. Əvvəlcə özünü sev sonra başqalarını sevməyə başlayacaqsan. Həqiqi sevgiyə o zaman çatacaqsan. Səni ən az sənin qədər sevən birinə rast gəldiyin zaman.

-Əvvəlcə gözləyirsən ümidlə, səbrlə, onra axtarırsan yenə ümidlə, səbrlə və sonda bilirsən nə olur? Yorulursan və əl çəkirsən. 

-Yorulursansa və əl çəkirsənsə sevmirsən demək və heç vaxt sevməmisən. İnsan sevdiyindən yorulmaz, əl çəkməz. Nə qədər əzab versə belə. 

-Sənə əzab verən olmağındansa olmasın. 

-Olsun. Sənə əzab versin. Amma ən azından olsun. Əzab versə belə olmağından zövq alasan. Birinin olmağı, əzab versə belə, olmamağından daha yaxşıdır. Sənin sevdiyin birinin. Səni sevməsə belə. Haralardasa bir yerdə olmasını hiss edəsən. Sevgi deyərkən sarı saçlar və mavi gözlər nəzərdə tutmuram. Bir qız dünyanın ən gözəl sarışını ola bilər amma mən onu sevmərəm. Bir qızı sadəcə sevərsən. Heyran olarsan, vurularsan. Olmayanda darıxarsan, düşünərsən. Gözləri mavi olmasın amma sənə sevgi ilə baxsın. Saçları sarı olmasın amma toxunarkən, hörərkən ona olan sevgini hiss edəsən. Çox gözəl ayaqları olmasın amma dizlərinə başını qoyarkən özünü, kim olduğunu xatırlatsın. 

-Üzündə təbəssüm sadəcə baxasan. Düşünməyəsən. 

-Və təbii ki, gülsün. Onunla xoşbəxt ola biləsən. Xəyal qura biləsən. Xəyallarına hörmət etsin. Xəyallarına çatmaq üçün sənə kömək etsin. Xəyallarını yaşayarkən səninlə birgə sevinsin. Xəyal qursun. Ən az sənin qədər xəyal qursun. Və geriyə baxıb nə qədər arzulara çatdığını düşünəsən. 

-Hə. 

Və mən facebook`da dostluq ataraq, metroda söz ataraq, haradansa nömrəsini öyrənib sms ataraq yaranan sevgilərə ciddi baxmıram. Və mən ilk dəfə baxışların toqquşmadığı tanışlıqları qəbul etmirəm. Və sən mənim dediklərimi heç vaxt yaddan çıxartma. Nə vaxtsa sənin də bir həyatın olacaq. Elə mənim də. Amma xəyallar heç vaxt yaddan çıxmayacaq. Əsl sevgilər unudulmayacaq. Və mən sənə heç vaxt pislik etmiş olmayacam. Və bəlkə də, nə vaxtsa xətrinə dəyəcəm amma heç vaxt sənin həyatına, həyatını qurmağa mane olmayacam. Sadəcə unutmamağını istəyirəm. Ən azından dediklərimi. Hardasa, kimlərinsə yaddaşında yaşamaq istəyirəm. Və sən daha yaxşılarına layiqsən. Ən yaxşılarına. Hamıdan daha yaxşı biri həmişə var. Xəyallarının dalınca get və həyatını yaşa. 

-Mən daha yaxşı birini istəmirəm. Mənə özümü yaxşı hiss elətdirən birini istəyirəm. İndiyə kimi atamın edə bilmədiyini etsin. Qorusun və sevsin. 


... dəfə oxunub
Qiymət: 5/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+15=
Hesaba giriş
Müəllif

Nizam Memmedov
Haqqında

Əlaqə
E-mail:
nizam_49@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.06 saniye