Məsələn,
Elnur Vahidzadə tərəfindən "Şeir" bolməsinə 20:31 03 yanvar 2015 tarixində əlavə olunmuşdur

Məsələn, vətən olsam, bir tərəfim olmazdı.
Bax elə eyni haldayam, bir tərəfim uzaqda.
Məsələn, yağış olsam, yağsam hər yana.
Dodaqların susuz səhra kimi çatlı olmazdı.

Məsələn, gecə olsam, gündüzlərim günəşsiz,
Sən ulduzum olsan, səmalarım olardı buludsuz.
Çünki hər dəfə səni görmək, sənə sarıla bilmək üçün.
Aramızda olmazdı sərhədlər, olardıq sərhədsiz.

Məsələn, bir mələk olsan, məndə cəhənnəm.
Sən cənnətə məhkumsan, mən dünyadakı əksimə.
Bir dəniz olsan, dolardın bəbəyimdən içəri.
Ağlayanda düşünərdim ki, axan sevgilimdir yanağıma..

Məsələn, bir kitab olsan, bir vərəq olardım.
Şair olsan, yaza bilmədiyin şeirin olardım.
Məsələn, kor olsan, bir kar olardım.
Sənin görmədiyin Allahı, mən görüb sənə pıçıldardım.

Məsələn, həqiqəti deyəcəyim son misranı yazıram.
Ağrılar var, buz bağlamış əllərim var, sənsizlik,
Xəstəlikdir deyəsən hər nəfəsdə yoxluğun ürəyimdə.
Yalvarıram sən getdiyin gündən qarşıma çıxan həkimlərə,

Ki " Biraz insafın olsun həkim, vur bədənimə o qadını, məhv olum sevgisindən " deyə..


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+11=
Hesaba giriş
Müəllif

Elnur Vahidzadə
Haqqında
İnsanlar adlanan varlığın , insan görmədən yaşamağı axtaran bir adəmdən sonrakı nəfəsəm. Düşündüyüm gecələr gördüyüm ağrılar olur. Adətən hər yazı və şeir sonrası mən özümü axtarıram və səmada doğuluram.
Əlaqə
E-mail:
corc.ourel@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0431 saniye