Yazar.in müəllifləri ən sevdikləri əsərlərdən ən yadda qalan sitatları bizimlə bölüşdülər.
“Əvvəlcə onu beş saniyəyə xatırlamaq olurdu, sonra bu vaxt on saniyəyə, otuz saniyəyə, bir dəqiqəyə qədər uzanmış oldu. Bu vaxt get-gedə daha da uzun olur, axşam düşərkən kölgələrin uzandığı tək. Və sonda onun xəyalımdakı təsviri zülmətlə örtülmüş olacaq”.
Haruki Murakami – “Norveç meşəsi”
Göndərən: İsmayıl Əsədsoy
"Taleyin əlindən heç yana qaça bilməzsən, məlum şeydir. Lakin tale o demək deyil ki, istədin-istəmədin boyun əyməlisən.Madam bizim axırımız yetir, bizlərdən birimiz özü də taleyi tələsdirə bilər ki, o birilərin ömrü bir qədər uzanmış olsun".
Çingiz Aytmatov - "Dəniz kənarıyla qaçan Alabaş"
Göndərən: Səbinə Məmmədzadə
“Uşaqlar bizdən çox fərqlidir. Gerçəklər onları qorxutmur. Yoxsa biz gerçəklərdən nə qədər uzaq yaşayırıq. Sevdiklərimizi aldadırıq, xoşumuza gəlməyən şeyləri tərifləyirik, başa düşmədiyimiz bir çox şeyi də həmin dəqiqə qəbul edirik”.
Boris Pasternak – “Dr. Jivaqo”
Göndərən: Aykan Hüseynli
“Yalnız axmaqlar heç vaxt fikirlərini dəyişmirlər”.
Mark Levi – “Bir-birimizə demədiyimiz sözlər”
“Həqiqətən sevdiyim insanlar çox azdır, haqqlarında yaxşı düşündüklərimsə ondanda azdır”.
Ceyn Osten - “Qürur və qərəz”
“Nə qədər bu dünyaya çox baxıram, bir o qədər o, mənim xoşuma gəlmir”.
Ceyn Osten “Qürur və qərəz”
Göndərən: Xanım Əliyeva
“Xanım Prest məni lazımi qədər cəsur olmamaqda günahlandırdı; Mənsə, insanın cəsarət nümayiş etdirə bilməyi üçün fürsətə ehtiyacı olduğunu dedim: İnsan bir oyuqda özünə yol aça bilər, amma qalın bir divarı yumruqlaya bilməz...”
Henri Ceyms – “Aspernin məktubları”
Göndərən: Vüsal Məmmədzadə