Məşhur yazıçılar əsərlərini nə ilə yazıblar?
Vəfa Teymurova tərəfindən "Digər yazılar" bolməsinə 21:46 10 avqust 2014 tarixində əlavə olunmuşdur

Yazıçılar qələm, kağız, yazı makinası məsələsinə hər zaman həssas yanaşıblar. Niyə də yanaşmasınlar? Axı bu qələmlər, yazı makinaları ilə dünya ədəbiyyatının ən vacib əsərlərini yaradıblar.

Vladimir Nabokov
Nabokov romanlarının qaralamalarını köçürəndə həmişə “Eberhard Faber Blackwing 602” qələmindın istifadə edir. 

Ernest Heminquey
Heminquey yazı yazanda qələm, kağız və yazı makinasından istifadə edib. Yazıçı bu haqda deyib: “Yazı yazmağa başlayanda səndəki həvəs oxucuya ötürülməyə bilər. Belə vaxtlarda yazı makinası daha faydalıdır, çünki istifadəsi daha rahatdır və əyləncəlidir. Makina ilə yazanda səhvləri rahat görmək olur”.

Cek Keruak
Cek Keruakın sevimlisi cib boyda dəftərlər idi. Bu dəftərlərə ədəbiyyatla bağlı müxtəlif qeydlər edər, oynadığı xəyali idman müsabiqələrinin nəticələrini yazmaq üçün yararlanarmış.

Simona de Bovuar
Simona de Bovuar avtomat qələm istifadə edirmiş. Sevdiyi marka və modellərsə bunlardır: Sheaffer Snorkel Triumph, Sheaffer's Snorkel ve Esterbrook.

Mark Tven
Tvenin göz bəbəyi özünün hazırladığı dəri üzlü dəftərlər imiş. Qələm seçimi isə “Conklin Csescent Filler” olub. Bu qələmin əsas üstünlüyü masaya qoyulanda yuvarlanıb düşməməyi imiş. Ancaq Tvenin revmatizması olduğundan sonradan əsərlərini diktə edib.

Con Steinbek
Steinbek əsl qələm həvəskarıymış. Yazı yazanda yanına mütləq 24 qələm qoyan yazıçı məşhur “Blackwing” qələmlərini sevirmiş. “Mongol 480” də onun sevimlilərindən olub. Deyilənə görə, Steinbek “Cənnətin şərqi” romanını yazanda 300, “Qəzəb salğımları”nı yazanda 60 qələm bitirib.

Ceyn Osten
Osten romanlarını lələk qələm və mürəkkəblə yazırmış. Qəribə mürəkkəbin resepti isə belədir: “8 yemək qalium turşusu, 4 qaşıq dəmir-sulfat, 3 qaşıq qətranı və yarım litr boyat pivəni qarışdır. İçinə bir az şəkər qat. 14 gün ərzində odun yanında saxla və hər gün iki dəfə möhkəm çalxala”.

Truman Kapot

Kapot yazı müddətini belə təsvir edir: “Əvvəl kağıza yazıb başqa qələmlə düzəlişlər edirəm.  Üçüncü mərhələdə xüsusi sarı kağıza yazı makinası ilə köçürürəm. Bunu edəndə yatağımdan heç çıxmıram. Dəqiqədə 100 söz yaza bilirəm”.

J.K. Roulinq
Hər nə qədər multimilyoner olsa da, Harri Potteri yaratma dövründə J.K. Roulinq əsərlərini dəftər-qələmlə yazıb. Ancaq indi yəqin ki kompüterlə işləyir.

Artur Konan Doyl
“Şerlok Holms”un yaradıcısı Doyl bir çox kitabını “Parker Duofold” qələmini ilə yazırmış.

Aqata Kristi  
Sirlərlə dolu romanların yaradıcısı Kristi “Remington Home Portable N 2” daktilosunda işləməyi xoşlayırmış.

Silviya Plat
Ted Hyuzun “Ad günü məktubları”nda yazdığına görə, Plat “Shaeffer” markalı qələmi ilə yazı yazmağı sevirmiş.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+20=
Hesaba giriş
Müəllif

Vəfa Teymurova
Haqqında
İnternetdən həyata dair əldə etdiyim maraqlı məlumatları sizlərlə bölüşəcəyəm.
Əlaqə
E-mail:
beetvrosso@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0287 saniye