Məsləhət deyərdim... 1-ci hissə
Susqun tərəfindən "Digər yazılar" bolməsinə 01:18 06 may 2014 tarixində əlavə olunmuşdur

Siz hələ də insanlara fərq qoyursuz? Hələ də birinin sizə əks düşüncəli olduğunu biləndə ya ona nifrət edir, ya da boş mülahizələrinizlə qarşı tərəfin fikrini dəyişəcəyinə inanırsınız? Hələ də azarkeşi olduğunuz klub üçün ölməyə hazırsınız? Hələ də həmin klubun rəqibləri sizin düşmənlərinizidir? Hələ də dinləri analiz etmədən qəbul edirsiniz? Yoxsa dinlər üçün də ölməyə hazırsız? Hələ də siyasi mövqe sizin üçün həyatınızdan önəmlidir? Kiminsə hakimiyyətə gəlməsi üçün enerjinizi, vaxtınızı qurban verirsiniz? Hələ də ziyandır deyə istədiyiniz şeyləri etmirsiniz? Hələ də asılı həyat yaşıyırsınız? Ya iş üçün, ya məktəb ya da universitet üçün. Hələ də qiymətlə alınmış qiymətlər önəmlidir? Hələ də aylıq qazanc üçün müdirdən bütün sözləri eşitməyə hazırsınız? Hələ də əksər vaxtınız tıxaclarda itir? Hələ də bəhanə edirsiz ki kitab oxumağa vaxt tapmıram? Hələ də ailəniz üçün vaxt tapa bilməməyə səbəbləriniz var? Hələ də valideynləriniz nə deyirsə onu da eləyirsiniz, düşünmədən ? Hələ də irəli gedə bilmək üçün siyasi təşkilatlara üzv olursunuz? Hələ də gedənlərin geri dönəcəyin düşünürsünüz? Hələ də inanırsınız ki yuxarıdakı suallara cavabınız "hə"-dirsə sizi öləndən sonra sizi həmişə xatırlayacaqlar?...

Bu gününüzü son gününüzmüş kimi yaşayın. Özünüzə limit qoymayın, unutmayın "mümkünsüz heç nə yoxdur, yetər ki istək olsun". Lazımsız qadağalara yox deyin. İdmanla məşqul olun. Əyləncənizi kölə həyata qurban verməyin. Gedənləri unudun. İnsanlara siyasi, dini, cinsi, irqi və s. qruplara görə fərq qoymayın. Kitab oxuyun. Zamanı yoxdur kitab oxumağın. Musiqi dinləyin. Yaradıcı işlər görün. Uzun-uzadı tarix oxumaqdansa, tarixi yazmağı cəhd edin... Hörmətlə...

www.facebook.com/Susqun19


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
2+9=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
ehmedlikenan@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0333 saniye