Özünüzün dəyərini ölməyə hazırlaşarkən yox, yaşayarkən anlayın. Sizi əsəbləşdirən şeylərlə məşqul olmayın. Xoşunuz gəlməyən insanlardan uzaq olun. Kökələrəm, arıqlayaram qorxusunu atın başınızdan. Əgər yemək istədiyiniz yeməkdirsə yeyin. Hər eşitdiyinizə inanmayın, sorğulayın, analiz edin. İstər dini, istər hüquqi və ya siyasi. Gündəlik rejiminizdə mütləq əyləncəyə də vaxt ayırın. Qalstuklu kəfən və ağır dərslər sizin sağlamlığınızdan önəmli deyil. Deyəcəksiz ki, yaşamaq üçün lazımdır, ama yox, həyat bir dəfə olur. Sevdiklərinizin qədrini bilin. Sevdiyinizi söyləyin. Heç vaxt sonradan peşman olacağınız şeylər etməyin. Hər boş şeyə görə "canımı da fəda edərəm" deməyin. Başqaları haqqda lazımsız şeylər düşünməyin. Kim yaxşıdır, pisdir, müxalifdir, ateistdir, mömindir, əxlaqlıdır, əxlaqsızdır özü bilər. Boşuna özünüzü yormayın onsuz dəyişə bilməyəcəksiniz. İdman edin əgər vaxt tapsanız. Ailənizin təzyiqindən azad olun. Çalışın öz qərarlarınızı özünüz verin. Lazım gələrsə məsləhət alın. Təbii ki məsləhət almalı birindən. Kitab oxuyun. Bəddi ədəbiyyatı sevin. Xəyallar qurun, sonra da necə reallaşdıracağınızı sevin. Dininizi özünüz seçin. Qərarlarınızı özünüz verin. Bilirəm bu yazdıqlarımı çox eşitmisiniz. Yazdım ki həyatınız günü-gündən qısalır. Ölərkən "kaş edərdim" - deyəcək yaşamınız olmasın...
www.facebook.com/Susqun19