metamorfoz
Sən An tərəfindən "Şeir" bolməsinə 19:09 08 iyun 2014 tarixində əlavə olunmuşdur

hər zaman kefliyəm mən,

şərablar olmasa da.

hər zaman sevəcəm mən,

qadınlar olmasa da.

 

özüm-özümün xəstəsiyəm,

kimsəyə yoluxmuram.

mənə yaxınlaşmaq istəyən yaxınlardan,

uzaqlaşıram,

onları uzaqlarla qorxuduram.

 

qorxaqlar qaçır məndən,

qorxmayanlar oturub içir mənlə.

söhbətləşib,dərdləşirəm,

xəstələnirəm.

 

həkimlər qoyur səhv diaqnoz,

həqiqəti mən bilirəm,

baş verir metamarfoz.

 

insan cildindən yalquzağa çevrilirəm,

didişdirib yaxınları,

parçalanmış uzağa çevrilirəm.

 


... dəfə oxunub
Qiymət: 1/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+8=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0282 saniye