Mətbəxdəki siçan - Balaca siçanın hekayəsi
Yusif Sadıqlı tərəfindən "Hekayə" bolməsinə 15:05 12 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Evin kiçik siçanı divardakı dəlikdən baxarkən cütçü və yoldaşının mətbəxtdə bir paketi açdıqlarını gördü. Öz-özünə: "İçində hansı yemək var görəsən ?" deyə düşündü. Bir müddət sonra, gördüyü paketin bir siçan tələsi olduğunu anladığında məyus olmuşdu.

 — «Evdə bir siçan tələsi var! Evdə bir siçan tələsi var!» deyə qışqıraraq təlaşla bağçaya qaçdı. Balaca siçanı təlaş içində görən toyuq buna əhəmiyyət vermədi və çoxbilmiş bir rəftarla başını qaldırdı və qaqqıldadı :

— «Yazıq siçan… Bu sənin problemindir, mənim deyil. Mənə bir zərəri ola bilməz kiçik tələnin» dedi. Toyuqdan kömək görməyən siçan bu dəfə təlaşla donuzun yanına qaçdı və...

— «Evdə bir siçan tələsi var!  Evdə bir siçan tələsi var!» deyə çırpındı. Donuz anlayışla qarşıladı amma...

 — " Çox təəssüf edirəm siçan qardaş, amma dua etməkdən başqa edəcəyim bir şey yoxdu. Dualarımda olacağından əmin ol "- dedi. Balaca siçan çarəsizlik içində inəyə tərəf getdi və...

 — «Evdə bir siçan tələsi var, evdə bir siçan tələsi var!»- dedi. İnək:

 — " Bax siçan qardaş, sənin üçün təəssüf edirəm, amma məni maraqlandırmır." dedi. Sonunda siçan başı aşağı ümidsiz şəkildə evə qayıtdı. Cütçünün siçan tələsi ilə bir gün tək başına qarşılaşmaq məcburiyyətində olduğunu anladı. O gecə evin içində sanki ölüm səssizliyi var idi. Balaca siçan ac və susuz idi. Tam yorğunluqdan gözləri yumulurdu ki, birdən bir səs eşidildi.

 Gecənin səssizliyini bölən səs-küy, siçan tələsindən gəlirdi. Cütçünün arvadı nə tutulduğunu görmək üçün, yatağından qalxdı və mətbəxə qaçdı. Qaranlıqda zəhərli bir ilanın quyruğunun tutulduğunu görə bilməmişdi. Quyruğu tələyə düşmüş ilan birdən cütçünün arvadını çaldı. Cütçü arvadını tələsik həkimə apardı. Həkim qadını müalicə etdi. Cütçü arvadını evə gətirdi.

 Arvadının halı pisləşdi. Qadın qızdırma və tər içində qıvrılırdı. Belə vəziyyətlərdə toyuq şorbasının lazımlı olduğunu hər kəs bilirdi, cütçü də bıçağını götürüb bağçaya qaçdı. Arvadı təzə toyuq şorbasını içdi, bir az özünə gəldi. Arvadının xəstəliyini eşidən qonşular ziyarətə gəldilər. Onlar üçün cütçü donuzu kəsdi.

 Cütçünün arvadının halı getdikcə pisləşirdi. Güman ki, ilan çox zəhərli idi. Bir neçə gün sonra, cütçünün arvadı sağalmadı və öldü. Cənazəsinə çox sayda adam gəldiyi üçün cütçü inəyi qəssaba göndərdi.

 Siçan bütün bu olanları böyük kədər ilə divardakı dəlikdən izlədi.

 Kimsə sizi maraqlandırmadığını düşündüyünüz bir təhlükə ilə qarşı-qarşıyadırsa, hamımızın eyni təhlükə ilə üzləşə biləcəyini ola biləcəyini anlamalıyıq. Hamımız həyat deyilən bu səfərdə iştirak edirik. Digərlərimiz üçün bir gözümüzü açıq tutmalı və digərlərini cəsarətləndirmək üçün səy göstərməliyik.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+13=
Hesaba giriş
Müəllif

Yusif Sadıqlı
Haqqında
Hekayə oxumaqdan zövq alıram. Bloquma da bir hekayə bloqu kimi baxa bilərsiniz. Vaxtaşırı sizi oxuduğum maraqlı hekayələrlə tanış edəcəm.
Əlaqə
E-mail:
yusifsadiqli@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0201 saniye