Metro məhəccərinin üstündəki Merilin Monro
Nuranə Novruzova tərəfindən "Fotoqalereya" bolməsinə 13:31 11 sentyabr 2014 tarixində əlavə olunmuşdur

“Bir fotonun tarixçəsi” layihəsində sizə dünyaca məşhur fotoların tarixi haqqında danışacam. Layihənin ilk yazısına Merilin Monronun məşhur fotosu ilə start vermək istədim. O şəkil ki bir çoxları onun təsadüf olduğundan xəbərsizdir...

Merilin Monro deyəndə, bütün dövlərin ən cazibədar gözəli, müəmmalı şəkildə dünyasını dəyişmiş xanım gözlərimizin önündə canlanır. Ölümündən 30 il keçməsinə baxmayaraq hələ də, dünyada gözəllik ikonası kimi xatırlanır. Xarici görkəmcə özünü ona oxşadanlar da az deyil. Bu da onu göstərir ki, Merilin Monro kinematoqrafiya tarixində gözəl və cazibədar sarışından daha artıq mənanı ifadə edirdi.

Həmin dövlərdə bu cazibədar xanım fotoqrafların obyektivlərindən də yayınmır. Bir çox fotoqraflar Merilinin gözəlliyini, sirli baxışlarını fotoşəkillərdə həkk etmək, məhz bircə dəfə də olsun bu gözəllik ikonasının fotosunu çəkmək üçün rəqabət aparırdılar. Amma hamımızın da yaddaşında yer almış bir foto var ki, Merilin Monro deyəndə məhz onu xatırlayırıq. Çox az adam tapılar ki, bu fotonu görməsin. 1954-cü ildə çəkiliş meydançalarının birində çəkilmiş bu foto bütün dövlərin məşhur fotosuna çevrildi.

1912-ci ildə Manhettonda dünyaya gələn Sam Şaunun 60 il əvvəl çəkdiyi bu foto müəllifinə böyük şöhrət gətirdi. 1999-cu ildə vəfat etmiş fotoqraf yüzlərlə gözəl fotolar çəkməsinə baxmayaraq, məhz Merilin Monronun bu fotosu ilə adını tarixə yazdırdı.

Merilin Monro 28 yaşında olanda çəkilən bu foto onun ən məşhur və ikonik şəkillərindən biridir. Foto Nyu-Yorkda Billi Uilderin rejissoru olduğu “Yeddi il subay” ( “The Seven Year Itch” ) filminin çəkiliş meydançasında çəkilib. Fotoşəkil çəkilən zaman Merilin Monro Leksinqton Avenyudakı metro məhəccərinin üstündə dayanır, məhəccərin altından keçən metroların küləyi onun paltarını zərbə ilə əsdirir. Sam Şau isə bu anı tutur və əbədiləşdirir.

Beləlikə, illərin ikonasına çevrilən Merilinin həmin fotosu təsadüfən, Sam Şaunun həmin anı yaxalaması nəticəsində yaranır.

Simsar.az


... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+31=
Hesaba giriş
Müəllif

Nuranə Novruzova
Haqqında
Baki Slavyan UniversitetiJurnalistika fakultesi
Əlaqə
E-mail:
weno17@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0426 saniye