Meylim saldım bir gözələ..
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 13:44 17 mart 2015 tarixində əlavə olunmuşdur

Meylim saldım bir gözələ..

Meylim saldım bir gözələ,
Necə çıxım sınağından?
Sığal çəkib zərəfşana
İçib qızlar bulağından.
***
Dərdlərimə dərman bildim,
"Hə"nə yoxdu güman bildim.
Göz yaşları ümman,sildim,
Seltək axır yanağından.
***
Boyu bəstə,miyanədi,
Naz etməyi bəhanədi,
Mövlud onsuz divanədi,
Qorxur elin qınağından

17.10.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+28=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0787 saniye