Mifik ölkə - Şambala
İlqar Rəhimov tərəfindən "Elmi məqalə" bolməsinə 16:31 01 iyul 2014 tarixində əlavə olunmuşdur

Şambala − Bir neçə qədim mətnlərdə, o cümlədən Kalaçakra-Tantrada (X əsr) adı çəkilən, Tibetdə yerləşdiyi güman edilən mifik ölkə.

İlkin olaraq Şambala konsepsiyası klassik induizmin bir hissəsi idi və Mahabharatada Vişnunun avatarı Kalkanın doğulduğu yer ilə eyniləşdirilirdi. Müasir ezoterik ənənələrdə ilk dəfə Yelena Blavatskayanın əsərlərində öz əksini tapmışdır.

1924-1928-ci illərdə SSRİ Nikolay Rerixin başçılığı altında Tibetə ekspedisiya göndərir. Ekspedisiyanın məqsədləri sırasında Tibetin tarixi, etnoqrafiyası, folkloru və s. haqqında məlumat toplamaqla yanaşı Şambalanın real məkan olmasının sübutlarını əldə etmək və əgər mümkün olarsa  Şambalanın özünü də tapmaq var idi. Amma nə Rerixin ekspedisiyasına, nə də bir neçə il sonra Hitlerin Tibetə göndərdiyi ekspedisiyaya Şambalanı tapmaq qismət olmur.

Fəlsəfədə Şambala ruhun vəziyyətidi, insanın Tanrı ilə birləşməsidir. Yəni Şambalanı tapmaq müdrikliyin ən yüksək zirvəsinə çatmaq deməkdir.

 

  Fotoda Nikolay Rerix


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
7+8=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0277 saniye