Millət oldu pərən-pərən....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:44 12 dekabr 2015 tarixində əlavə olunmuşdur

Millət oldu pərən-pərən....

Dəniz olub çağladılar,
Şivən edib ağladılar,
Sinələri dağladılar.
Hanı igid,hanı ərən,
Millət oldu pərən-pərən.
****
Çıx dedilər ermənilər,
Torpağıma göz dikənlər.
Gətirdilər başa nələr--
Hanı igid,hanı ərən,
Millət oldu pərən-pərən.
****
Canım,gözüm, Qarabağım,,
Necə dözüm,Qarabağım,
Ruhun inlər,Qara baqım,
Hanı igid,hanı ərən,
Millət oldu pərən-pərən.
****
Ağlamayın ağı deyib,
Gözümüzün ağı gedib.
Əzək başın,yağı deyib,
Hanı igid,hanı ərən,
Millət oldu pərən-pərən.
****
Qarabağa səfər bizim,
İnamım çox,zəfər bizim,
Mövlud deyər,necə gəzim,
Hanı igid,hanı ərən,
Millət oldu pərən-pərən.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+26=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.04 saniye