Millətinə varlığını verən, lakin nəşi unudulan - DAHİ
Turanə Ibrahimi tərəfindən "" bolməsinə 23:33 14 yanvar 2014 tarixində əlavə olunmuşdur

Zulmü alkışlayamam, zalimi asla sevemem;
Gelenin keyfi için geçmişe kalkıp sövemem
Biri ecdâdıma saldırdı mı, hattâ boğarım...
- Boğamazsın ki !
- Hiç olmazsa yanımdan kovarım.
Üç buçuk soysuzun ardında zağarlık yapamam
Hele hak nâmına haksızlığa ölsem tapamam.
Doğduğumdan beridir âşıkım istiklâle,
Bana hiç tasmalık etmiş değil altın lâle
Yumuşak başlı isem, kim dedi uysal koyunum?
Kesilir, belki, fakat çekmeye gelmez boyunum.
Kanayan bir yara gördüm mü yanar tâ ciğerim,
Onu dindirmek için kamçı yerim, çifte yerim.
Adam aldırma da geç git, diyemem, aldırırım.
Çiğnerim, çiğnenirim, hakkı tutar kaldırırım.
Zâlimin hasmıyım amma severim mazlûmu...
İrticaın şu sizin lehçede ma'nâsı bu mu?!

Zülmü alqışlamayan, haqsızlığa itaət etməyən, əsərləri ilə həyatını birləşdirən, dövrlərə, zərurətlərə, cəmiyyətlərə görə dəyişməyən şəxsiyyət Mehmet Akif Ərsoy yaşadığı cəmiyyətindən daha güclü çıxdı. Onun dəmirdən iradəsinin mənbəyi İslam tərbiyəsi və Allaha imanından irəli gəlirdi.

Mehmet Akif 1873-cü il dekabrın 20-də İstanbulun Fateh səmtində dünyaya gəlib. Anası Şərifə Xanımın ata və anası Buxaralıdır. Şərifə xanım Tahir bəylə izdivac bağlamış və bu evlilikdən Mehmet Akif dünyaya gəlib. M.Akif ilk və orta təhsilini Fatehdə alıb. Ali təhsil üçün beynəlxalq hüquq institutuna girsə də təhsilini yarımçıq qoyub baytarlıq təhsilinə başlayıb, buranı qızıl diplomla qurtarıb. Şeir yazmağa baytarlıq məktəbində başlamış, Osmanlı dövlətinin tənəzzül dövründə vətənin işğalçılar tərəfindən tutulmasıyla Anadoluya keçərək xalqı milli azadlıq mübarizəsi üçün ruhlandırmış və böyük işlər görmüşdür. Mehmet Akif Türkiyə "İstiqlal Marşı", "Çanakkale şəhidlərinə", "Haqqın səsləri" əsərlərində əsl milləyətçi kimi çıxış edib. "İstiqlal marşı"nın birinci bəndində şair millətinə səslənərək, qorxmamalarını bildirir. Və cəsarətlə türk millətinin daima parlayan ulduz olan bayrağının yurdunun üstündə son ocaq sönənə qədər dalğalanacağını deyir:

Korkma, sönmez bu şafaklarda yüzen al sancak;
Sönmeden yurdumun üstünde tüten en son ocak.
O benim milletimin yıldızıdır, parlayacak;
O benimdir, o benim milletimindir ancak.


Mehmet Akif həyatının millətinə vəqf etmiş, onun nəbzi olmuş bir şairdi. Şeirləri də çökməkdə olan bir toplumun, əldən itib getməkdə olan bir vətənin vətəndaşıdır.
Türkiyənin İstiqlal mübarizəsinin əsas simalarından olan Mehmet Akif Ersoy I Türkiye Böyük Millət Məclisində millət vəkili olaraq seçilib. Mehmet Akif Anadolunun bir çox şəhərində məscidlərdə verdiyi xütbələrlə xalqın milli mübarizəsini coşdurub. 1926-ci il də Misirdən dönməyən Mehmet Akif Hilvana köçdü. Qahirədə "Məscid-ül Misriyyə" adlı universitetdə türk dili və ədəbiyyat dəsrləri verib. 1936-cı ildə xəstələnən Akifin yaşayışı daha da pisləşir. Xəstəliyin ağırlaşması ilə İstanbula gəlir və müalicə olunur. Akif 1936-cı ildə yaşadığı mənzilində vəfat edir. Səhəri gün qəzetlər Mehmet Akifin vəfatı xəbərini yazır. Cənazə namazı üçün hər hansı rəsmi bir mərasim hazırlanmamışdı. Cənazədə rəsmi nümayəndalər və təşkilatlardan heç kim iştirak etməyib. İstiqlal Marşının yazarı, onun üçün təyin olunmuş mükafatı almayan, həyatını millətin, ümmətin dirilişinə həsr edən Akifin cənazəsi yerdə qalmışdı. O dövrün Türkiyə hökuməti öz dəyərlərinə belə sahib çıxmışdı...
Onun vəfatının bilinməsi də əslində, taleyin cilvəsi ilə üzə çıxır. Akifin tələbələri Bəyazit meydanında bir tabut görür. Ətrafında adam olmadığını görüb - kimindir - deyə ora yanaşırlar. Bu zaman onun dahi Əkifin nəşi olduğunu anlayırlar. Bu mənzərə qarşısında şok olan tələbələr tez "Qalatasaray" lisesindəki bütün tələbələri ayağa qaldırırlar. Yarım saat sonra tələbələr, müəllimlər topluluğunu görən xalq da onlara qoşulur və tarixdə nadir görünən insan topluluğu Akifin cənazə mərasiminə qatılır. Dövlət adamları hər nə qədər onun ölümünü gizlətmək istəsə də, minlərlə insan seli onu son səfərində əl üstündə Ədirnə qəbiristanlığına aparır...
Ruhun şad olsun, ustad!..

Turanə İbrahimi Simsar.az üçün


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
10+30=
Hesaba giriş
Müəllif

Turanə Ibrahimi
Haqqında
Yalnız özümçün deyil,başqaları üçün yaşamağı öyrəndim.
Əlaqə
E-mail:
turane.zeynalli@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0217 saniye