''Milli dəyərlər və Avropaya inteqrasiya''
Bahar F-a tərəfindən "Digər yazılar" bolməsinə 00:32 08 noyabr 2012 tarixində əlavə olunmuşdur

            "Milli dəyərlər və Avropaya inteqrasiya"                                                                                                                                                Bilmirəm , deyirlər ki, kosmosdan Yerə baxanda  böyük dənizlər , okeanlar iri su sahəsi kimi, Şimal və Cənub qütbünün buzlaqları ağ buz papaqları kimi görünür. Qalan hissələr isə, zolaqlı sahələri xatırladır.    Gün doğduğunda, hər tərəf işıqlananda böyük işıqlı bir dünya bizi öz ağuşuna alır. Əvvəl işıqlı, sonra isə, qaranlıq düşməsindən bilirik ki, təbiət dövr edir.                                                                                Vaxt keçdikcə, əsrlər ötdükcə təbiət formasını dəyişmir, dəyişən yalnız kainatın imicini formalaşdıran, yaradan və yaranan biz insanlarıq. Yaranmasa, yaratmasa ya mövcud səssizliyi təbiət qəbul etməz, hər şey olduğu yerdə donub qalar, ya da tanrının insanı hərəkətli dünyaya yalnız fəaliyyət üçün bəxş etməsinə biganə qalmalar əsassız olar.                Höte demişdir:                                                                  ''Təbiət daim hərəkətdədir, ona göre de hər bir fəaliyyətsizliyi ölümle cəzalandırır.'' Yer üzündə inkişafdan irəli gələn yüksək nailiyyətlər, quruculuq işləri, məhz insanın əzəmətini əks etdirir. Dünyanın istənilən yerində əks olunan gözəlliklər insanın yaratdığı və sahib olduğu tikililər deyilmi?                                                                                     Keçmişi görə bilməsək, bu günün dunyasını düşünə bilmərik.                   Uzun illər əsarətə məruz qalmış ölkəmiz hələ Sovetlər vaxtı digər ölkələrdən geridə qalmaması üçün öz sülhünü təcavüzkarların qəsdindən qorumaq üçün  öz qüdrətini artırıdı. Milli dəyərlərinin yadlaşmaması yolunda xalq tək deyildi, bu işdə  onu dünyanın bütün zəhmətkeşləri müdafiə edirdi. Elm, texnika, mədəniyyət sahəsində olan nailiyyətlərimiz bəşəriyyəti az qala heyran qoyurdu. Bu gün də XX1 əsrin dünyasında kosmosun fəthinə çalışan, atomun təsdiqinə can atan, insanın əməyini yüngülləşdirən gözəl maşınlarin ixtirası yolunda ciddi cəhdlər onu Avropa dunyasının inteqrasiyasına yol açır. Bu inteqrasiyanın ilkin başlanğıcı Sovet dövlətinin onun istilasından sonra azadlığa çıxmış xalqlara öz dövlətlərini inkişaf etdirmək işində yardım göstərməsi olmuşdur.                                                                                                Indi Üzeyir Hacıbəyov musiqisi, teatr sənəti, ədəbiyyat, incəsənət əsərləri dünya ölkələrinə aşılanır. Lakin indi də bir çox ölkələr var ki onlar da kommunist cəmiyyəti kimi bütün insanların varlı, şen və xoşbəxt yaşayacağı bir quruluşun axtarışındadır. Böyük kommunist Karl Marks yüz illər bundan əvvəl dunyanin bütün fəhlələrinə alovlu bir cağırışla müraciət etmişdir:                                                                                     ''Bütün ölkələrin proletarları, birləşin!''. Bu şüar indi dünyanın bir çox xalqlarına şamil oluna bilər. Onlar müxtəlif  ölkələrdə yaşasa da, adət-ənənələri ayrı olsa da, başqa dillərdə danişsalar da, onları birləşdirən tək bir şey var idi: - ''ümumi dəyərlər''  Bu fikirlərimizlə çox uzaqlara gedə bilərik. Fikirlər sonsuzdur axı... Eynilə, riyaziyyatçıların ölçülməsi mümkün olan məsafəyə sonlu, olmayana isə, sonsuz adı verdikləri kimi...  


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+14=
Hesaba giriş
Müəllif

Bahar F-a
Haqqında
Bakı Slavyan Universiteti Jurnalistika , lll kurs
Əlaqə
E-mail:
bahar92_92@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0304 saniye