Min Məcnuni-divanə....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 13:46 16 fevral 2016 tarixində əlavə olunmuşdur

Min Məcnuni-divanə
Olsun sənin qurbanın.
Düşsün yolun səhrayə
Sən sərbanı karvanın.
**
Oldu əsir ol Leyli,
Aləm ondan gileyli.
Gözündəki yaş seli
Yığsam,suyu dəryanın.
**
Könlüm səni arzular,
Vəslin üçün həm sızlar.
Bəs neyləsin yalqızlar
Naləsinə hicranın?
**
Dünya sənə eyş-işrət?
Ya bəxtəbəxt,ya qismət.
Sən gözləmə qiyamət
Xaliq verər fərmanın.
**
Nazü-qəmzən gizləmə,
Bağrımı qan eyləmə.
Dərdin yada söyləmə
Mövluddadı dərmanın.

30.05.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+10=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0342 saniye