Minalanmış Məhəbbət
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 16:03 28 avqust 2016 tarixində əlavə olunmuşdur

Əsgər  yoldaşım  Əliyev  Talehə

1

Həyatımda  bəlkə  də  unuda  bilməyəcəyim  bir məhəbbət  hekayəsi  danışmaq  istəyirəm. Əmin  deyiləm  ki, siz  bunu  eşitmək  istəyirsiz,  amma  ən  azından  özüm  üçün  danışmalıyam. Söz  vermirəm  ki,  ağlayacaqsız. Danışacaqlarıma  inanmama  ehtimalı  var  deyə, əvvəlcədən  deyirəm  ki, bu  hekayədə  baş  verənlər  olmuş  hadisələrdi.

Dostlarla  “28”-də  KFC-nin  qabağında  görüşdük. Ehtiram  həmişəki  kimi  öz  sevgilisi  ilə, Rüfət  isə  təzə  tanış  olduğu  qızla  gəlmişdi. Mən  də  həmişəki  kimi  tək  gəlmişdim; bu  hal  məni  sıxırdı, amma biruzə  vermirdim. İnanırdım  ki,  bir  gün  xoşbəxtlik  günəşi  mənim  də  həyatıma  işıq  saçacaq. Ehtiram  hardasa  oturmağı  təklif  etdi. Rüfət  etiraz  edib  dedi  ki, bazarlıq  edib evə  gedək. Bu  təklif  hamının  xoşuna  gəldi. Bazarlıq  edib  evə  getdik.

Adel  və  Səbinə  yeməkləri  bişirdi. Adel  Ehtiramın  sevgilisi, Səbinə  isə  Rüfətin  təzə  tanış  olduğu  qız  idi. Biz  oğlanlar  da  masanı  düzəldirdik. Yeməklər  hazır  oldu, içkilər  stola  düzüldü. Yeməyə  başladıq. Ehtiram  bokalı  qadıraraq  üzünü  mənə  tutub  tost  dedi:

“İnanıram  ki, sən də  nə  vaxtsa  öz  sevgilinlə  bu  masada  oturacaqsan”.

Biz  hamımız  bunu  zarafata  salıb  güldük. Hamının  əhval-ruhiyyəsi  əla  idi. Yeyib-içib  dostlarım, hərəsi  qızlarla  birlikdə  öz  otaqlarına  keçdilər. Mənsə  salonda  tekilamla  başbaşa  qaldım. Noutbuku  qarşıma  qoyub  divanda  uzandım. İçə-içə  Ahmet  Kayaya  qulaq  asırdım  və  nə  zaman  yuxuya  getdiyimi  hiss  etmədim..

Və  birdən  ayaq  səsinə  oyandım. Kimsə  mətbəxə  doğru  getdi  və  qabları  yumağa  başladı.Sanki  onun  qoxusundan  evdə  daha  başqa,  tanış  olmayan  birinin  olduğunu  hiss  etdim. Divandan  qalxıb  mətbəxə  keçdim. Mətbəxin  qapısını  açıb  içəri  girəndə  arxası  mənə  dönük  olan uzun  saçlı, 1.60  boylarında  bir  qız  gördüm. Onun  üzünü  görmək  üçün  “bağışlayın, çay  istidir?”  sualını  verdim. Mənə  tərəf  çevrilərək “xeyr,  çayı  indi  qoydum” -dedi. Sanki  onun  gözləri  məndə  seksual  hisslərdən  əvvəl  yaranan  endorfini  yaşatdı. Elə  bil  zamanın  varlığını  unutdum. Amma  bunun  əvəzində  qarşımda  duran  bu  gözəl  varlığın  mövcudluğunu  xatırladım.

Geriyə  döndüm  və  otağa  gdib  Rüfəti  çağırdım. O,  öz  otağından  çıxıb  “Nolub ə, nə  qışqırırsan?” -dedi.

“Rüfət, Rüfət,  mətbəxdəki  o  qız  kimdi?”

“Heç.. o  qız  qrup  yoldaşımdı, evi  yığışdırmağa  xahiş  etdim  ki, köməyə  gəlsin”.

“Hə,  lap  yaxşı, sən  işinlə  məşğul  ol, mən  gedirəm  mətbəxə” -sevinərək  dedim.

Noutbuku  götürdümŞ,  mətbəxə  gedib  orda  oturdum. Noutbukun  pleylistini  açıb  Cem   Adriandan, Teomandan, Ahmet  Kayadan  mahnılar  qoydum. Qız  mahnıları  dinləyib  gülümsədi  və  mənə çox  gözəl   musiqi  zövqümün  olduğunu  dedi. Bu  sözlər  sanki  başlayacaq  sevgi  qığılcımının  ilk  işarəsi  idi. “Çox  sağol”  deyib  qızın  adını  soruşdum. Mənə  gülümsəyib “Şəms”  dedi. Elə  o  danışdıqca  mən  baxırdım: gözlərinə, dodaqlarına, əllərinə, hərəkətlərinə, bədən  fiqurasına. Bunlar  məni  maqnit  kimi  özünə  çəkirdi. Heç  nə  danışmadan,  nitqim  qurumuşcasına  ona  baxırdım. Və  Şəmslə  ilk  tanışlığım  belə  oldu.

Evimdə  oturmuşdum. Face-də  statuslara  baxırdım. Dostumun  statusunda  yazılardakı  kommentlərə  baxırdım. Kommentlərdən  “Şəms  Ege”  adında  profil  gördüm. Dərhal  profilə  daxil  olub  onun  şəkillərinə  baxdım. Həmin  qız  olduğunu  görüb  dostluq  göndərdim. Dostluğumu  qəbul  elədi  və  tez  ona  yazdım. Sonra  onunla  səhərə  kimi  yazışmağa  başladıq. Yazışmanın  sonuna  az  qalmış  görüş  təklif  etdim  və  o  razılaşdı. Səhərki  görüşə  hazırlaşdım  beləcə.

Səhər  açıldı. Kollecdən  görüşə  getdim. “Dodo”da  görüşdük. Az-az  içə-içə  söhbət  edirdik. Və  birdən o, hamının  içində  mənim  dodaqlarıma  yapışdı  və  öpüşdük. Öpüş  uzun  çəkdi. Arabir  qurumuş  dodaqlarımızı  pivə  ilə  yaşlayırdıq. Bir  saatlıq  görüşümüz  onun  dərs  hazırlığına  getməyi  ilə  bitdi. Biz  sağollaşdıq. Sonradan  bildim  ki, hazırlığa  getməyib  evinə  birbaşa  gedibmiş. Ona  çoxlu  smslər  yazdım, telefonuna  dəfələrlə  zəng  etdim,  götürən  olmadı. 2-3  gün  ondan  səs-soraq  çıxmadı. Mən  çox  narahat  oldum. Bilmədim  onu  harda  tapım, əlaqə  saxlayım,  ondan  xəbər  tutum.

Nəhayət, 3  gündən  sonra  onun  nömrəsindən  zəng  gəldi. Dedi  ki:

“Evdə  böyük  problemlərim  vardı, ona  görə  əlaqə  saxlamaq  mümkün  olmadı. İstəsən  sabah  görüşə  bilərik”.

Ona  dedim:

“Problem  yoxdu, istədiyin  yerdə  görüşə  bilərik”.

“Yaxşı. Elə  bir  yer  olsun  ki, təklik  olsun,  rahat  olsun”.

“Oldu. Rüfətgildə  görüşə  bilərik” -dedim.

“Yaxşı,  sabah  saat  1-də  Azadlıq  metrosunun  qabağında  görüşərik” -Şəms  dedi.

Sabahsı  günə  hazırlaşdım  və  Şəmslə  birlikdə  Rüfətgilə  getdik.Qapını  döydük  açan olmadı.Rüfət  evdə  yox  idi. Rüfətə  zəng  etdim  ki, hardasan? Dedi  ki,  şəhərdəyəm. Ona  qızla  qapının   ağzında  olduğumu  və  qapının  kilidli  olduğunu  dedim. O,  açarın   qapının  kandarında  sərilmiş  balaca  xalçanın  altında  olduğunu  dedi. Açarı  götürdüm  və  evə  girdik. Qapını  örtmüşdüm  ki, ehtiras  güc  gəldi  bizə, elə  qapının  yanında  öpüşə-öpüşə  soyunaraq  otağa  keçdik. Sevişməyə  başladıq. Seks  parfüm  kimi  bir  şeydir, həmişə  onunla  ətirlənmək  istəyirik. Qısacası, Şəmslə  günəşi  yataqda  birlikdə  qarşıladıq.

Bu  dəfələrlə  təkrarlandı. Zaman  onunla  uçurdu. Uçan  zaman çox  uzaqlaşdırmağa  başladı  bizi  sanki. Və  yavaş-yavaş  Şəmsdən  uzaqlaşmağa  başlasam da, onunla  görüşməyə  davam  edirdim. Biz  hər  gün  görüşüb,  sekslə  məşğul  olurduq. Elə  bil  sekslə  daha  çox  məşğul  olduqca, qızdan daha  çox  iyrənirdim. Seks  bizi  daha da  yaxınlaşdırmaq  əvəzinə  daha  da  uzaqlaşdırırdı. Tez-tez  görüşmək  və  seks  qıza  olan maraq  və  sevgimi  öldürmüşdü. Çünki  qız  mənimçün  əlçatan  olmuşdu. Bunları  və  onu  düşünərək  belə  bir  qərara  gəldim  ki, qızdan  ayrılım. Amma  bunu  ona  necə  deyəcəyimi  bilmirdim. Və  axırda  tapdım: ona  nişanlı  olduğumu  dedim. O  bunu  qəbul  edə  bilmədi  əvvəlcə. Ağladı. Amma  zaman  keçdikcə  o da  soyumağa  başladı. O  soyuduqca  mən  onun  üçün  darıxmağa  başlayırdım.

Beləcə  bir  həftə  sonra  zəng  elədim  ona, nömrəsinə  zəng  çatmadı. O  gündən  sonra  onu  tapa  bilmədim.

 

2

1  ay  sonra. İyul  ayının  27-si  dənizdəydim. Dostlarla  çimirdim. Dəni9zdən  çıxıb  sahildə  günəşlənirdim  ki, atamdan  zəng  gəldi. Mənə “evə  tez   gəl”  dedi. Soruşdum, niyə. Cavab  verdi  ki, hərbi  komissarlıqdan gəliblər, əsgərliyə  gedirsən”.

Dostlarımla  dərhal  maşına  minib  çimərlikdən  evə  getdik. Evə  çatdım, ailəmlə  vidalaşıb  hərbi  xidmətə  yollandım. Birinci  stansiya  Gəncə  oldu.

Hərbidə  sol  qolumdakı  tatuya  görə  tanındım. Hamı  məni  “Matros”  çağırırdı. Qısası,  hərbi  mənə  öyrəşdi, mən də  hər  bir  nəfərə  öyrəşdim. 3  aylıq  “molodoyçuluq”  dövrümdə  Gəncədə  qaldım. Sonra  əsas  xidmətə  başlamaq  üçün  hərbi  hissələrə  böldülər  bizi. Düşə  biləcəyim  hərbi  hissələr  bunlar  idi: Qazax, Tovuz, Murov, Daşkəsən, Gədəbəy, Ağstafa. Şəmkirə  və  Gəncəyə  saldırmaq  üçün   isə  güclü  paqonlu  dayday  lazım idi. Adlarımız  elan edildi: mən  Tovuza  düşənlərdən  idim.

Taborda,  dağın  başında  xidmətə  başladım. Tabora  gəldiyimin  səkkizinci  günü,  oktyabrın  28-i  minaya  düşdüm. Əslində  “düşdüm”  yox, “düşdük”. 8  nəfər. Mən, bir MAXE (müddətdən artıq  xidmət  edən)  və  bir  də  köhnə  əsgərlərdən biri  və  başqaları. İkiqat  bədbəxtçilikdən  kombat  və  qərargah  rəisi  də  minaya  düşdülər  və  ayaqlarını  itirdilər. Köhnə  əsgər  H. H.  minada  sol  ayağını  itirdi, maxe  Ə. S.  və  mən  qəlpə  yarası  aldıq.

Bizləri   hospitala   göndərdilər. Mən  2  ay orda  qaldım. Orada  olduğum  günlərdə  aldığım  travma  yaddan  çıxmaz. Heç  kimlə  danışmırdım, daim  susurdum, ölümlə  üz-üzə  gəlmək  məni  həyatdan  soyutmuşdu. Gecələr  yata  bilmirdim. Mina  hadisəsi  unudulmurdu.

2  aydan sonra  tabora  qayıtdım. Hamının  mənimçün  darıxdığını  görmək  məni  çox  sevindirirdi. Br  müddət  bütün  gözlər  məndə  idi. Əsgər  yoldaşlarım  məni  sağ-salamat  görməklərinə  sevinirdilər,  sanki  mənim  taborda  olmağım  nəyisə  dəyişdirəcəkdi.

Beləcə  xidmətə  davam etdirdim  ki, günlərin   bir  gecəsində  yuxuda  onu  gördüm. Yenə  görüşürdük,  yenə  söhbət  edirdik,  yenə  sevişirdik. Şəmssiz  həyatım  günəşsiz  qalmışdı.Onsuz  həyatım  elə  bil  Alyaskadakı  soyuq  və  qarlı  gecələr  kimiydi. O  qəribə  yuxudan  sonra  onu  tez-tez  xatırlamağa  başladım. Şəmsə  olan  ehtiyac  gün  keçdikcə  güclənirdi,  onun  yoxluğunu  daha  çox  hiss  edirdim. Bir  aydan  sonra  məzuniyyətim  açılacaqdı  və  mən  qərara  gəldim  ki, onu  tapıb  yenidən  görüşəcəm. Və  o  gündən  məzuniyyətə  getmə  günümü saymağa  başladım. Sanki  günlər  təqvimdə  donub  qalmışdı. Artıq  7  ayın  əsgəri  olanda  məzuniyyətə  çıxdım. Təqvim  yanvar  ayını  göstərirdi.

 

3

Yanvarın  25-i  idi. Bölük  kazarmada  istirahət  edirdi. Məzuniyyət  raportumu  2  gün  əvvəl  yazmışdım,  cavabı da  gəlmişdi. Dedilər  ki, məzuniyyətə  gedirsən. /Sevindim. Nəhayət  ki,  gedirəm. Gedirəm ki, Şəmsi  tapmağa. Hərbi  geyimi mülki  paltarla  tez-tələsik  dəyişdim, dağdan  şəhərə  düşməyə  maşın  gözlədim. Gələcəyim  barədə  isə  heç  kimin  xəbəri  yox  idi. Beləliklə, yola  düşdüm. Yol  boyu  onu  düşünürdüm. Bakıya  yaxınlaşdıqca  sanki  onun  ətrini  hiss  etməyə  başlaışdım. Bu  məni  daha  da  həyəcanlandırırdı. Avtobusda  onu  düşünə-düşünə  yuxuya  getdim.

Yanımda  əyləşən  qaqaş  məni  oyatdı  ki, Bakıya  çatmışıq. İlk  işim  dostumla  görüşmək  oldu. Görüşdüm  və   mənə  dedi  ki, sənə  nə  qədər  mesaj  yazmışam,  niyə  cavablandırmamısan? Mən mesajı  görmədiyimi  ona  inandırmağa  çalışdım. Dostumun  narahatlığı  mina  hadisəsinə  görə  idi.

Mən  tez  Facebook-a  girdim,  mənə  gələn  digər  mesajlar  qutusuna  baxdım. Dostumun  mesajını  gördüm, amma  məni  təəccübləndirən  və  sevindirən  bir  mesaj  daha gördüm. Mesaj  2  ay  əvvəl  ondan  gəlmişdi. Profil  adı Şəms  Ege  idi. Mesajı  acgözlüklə  oxudum. Mesajda  yazılmışdı:

“Minaya  düşdüyünü  eşitmişəm, sadəcə  narahat  oldum. Özünə  yaxşı  bax,  özünü  qoru. Sağ  ol!”

Dərhal  ona  cavab  yazdım:

“Sağ  ol,  yaxşıyam. Mənə  yazmağına  sevindim. Hal-hazırda  məzuniyyətdəyəm, səninlə  görüşmək  istərdim”.

Dostumla  görüşüb  ayrıldım. Evə  getdim. Evə  çatanda  telefonuma  mesaj  gəldi. Onun  yazdığını  gördüm. Mesajı  oxudum: “Görüşmək  istəmirəm”. Səhərə  qədər  onunla  söhbətləşib  razı  salmağa  çalışdım. Görüşməyə  razı  olmadı. Kor-peşman  yerimdə  uzanıb  yatmaq  istədim. Yata  bilmədim. Onunla  olan  şəkillərimizə  baxdım. Bəlkə  də  bir  ildən  çoxdu  ki, bu  şəkillər  məndəydi. Əlim  gəlmirdi  onları  silim. Doğrudanmı  bu  məhəbbətdə  ümid  yeri  yoxdur? Şəkillərə  baxa-baxa  yuxuya  getdim.

Dostumun  zənginə  yuxudan  ayıldım. Görüşmək  istədiyini  dedi,  ona  dedim  ki, işlərim  var, görüşə  bilməyəcəyik.

Sonra  Face-i  açdım, Şəmsi  son dəfə  razı  salmağa  çalışdım. Son  dəfə  şansımı  sınadım. Ona  yazdım:

“3 günə  gedirəm, bəlkə  görüşmək  qismət  olmadı. Özün də  bilirsən  ki, təhlükəli  yerdəyəm,  ölümlə  üz-üzəyəm. Son  dəfə  keçmiş  sevgili  kimi  yox, hər  şeyi  unudub  bir  dost  kimi  görüşmək  istəyirəm. Məni  xidmətə  ürəyi  yaralı  göndərmə”.

Axşam  tərəfi  cavab  gəldi:

“Bəlkə  də  görüşə  bilərik. Amma  işlərdən,  dərslərdən  vaxt  tapa  bilmirəm”.

Mən  yazdım:

“Çox  yox,  sadəcə  yarım  saat  istəyirəm”

Şəms:

“Vaxt  sadəcə  bəhanədi,  əslində  mən  səni  görüb  özümü  səndə  itirməkdən  qorxuram”.

Hardasa  yarım  saat  yazışdıq  və  mən  onu  razı  saldım. O,  sabah  saat  12-dən  2-yə  kimi  boş  olacağını  dedi.

Sağollaşdıq.

Görüşə  Şəmsin  məni   birinci  dəfə  gördüyü  geyimdə  getməyi  fikirləşdim. Hazırlaşıb  yola  çıxdım. Yolda  dükanın  qabağından  keçəndə  gözümə  limon  sataşdı. Axı  o,  limonu  çox  sevir. Bir  dənə  limon aldım. Hədiyyə  dükanına  gedərək onu  bağlama  edib “28”-ə  getdim. KFC-nin  qabağında  onu  gözlədim. Uzaqdan  uzun  saç, 1.60 boylarında  birini  gəldiyini  gördüm. O  məni  görmürdü. Onun  necə  reaksiya  verəcəyini  bilmirdim. Ona  tərəf  irəlilədim,  mənə  doğru  qaçmağa  başladı. Bir  anlıq  qorxdum. Sanki  məni  vurmaq  üçün gəlirdi. Çatanda  boynuma  sarılması  dünyada  nəyə  desən  dəyərdi.

O:

“Mənimlə  sona  qədər xoşbəxt  olmayacaqdınsa,  bakirəliyimi  niyə  əlimdən  alırdın? Mən  ki  sənə  güvənmişdim” -ağlaya-ağlaya  bu  sözləri  dedi. Yoldan  keçən  hər  kəs  bizə  baxırdı. Saçını  sığallayıb  başını  qaldırdım. Dodaqlarından  öpüb: “Dünyanın  bəlkə  də  ən  böyük  səhvini  etdim” – etiraf  elədim. Qəribəydi: gözlərindəki  işıldayan  yaş  qurudu. Nəmli  gözləri  işıldayan  şüşə  kimi  parıldamağa  başladı.

Qucaqlayıb hardasa  oturmağı  təklif  etdim. Razılaşdı. Köhnə  dostumun  işlətdiyi  El-Gato-ya  getdik. Bəxtimizdən  canlı  musiqi  gedirdi. Dostuma  dedim, küncdəki  sakit  yerlərdən birində  oturduq. Çay  istədim. Söhbət  edirdik  ki,  çay  gəldi. Bu an  cibimdəki  hədiyyəni  çıxardım. Ona  verdim. Çox  təəccübləndi, nə  olduğunu  soruşdu. Düz  gözümün  içinə  baxırdı. Bu  mənim  heç  xoşuma  gəlmirdi. Nədənsə  qadınların  gözümün  içinə  baxması  narahat  edir  məni. Hədiyyə  qutusunu  açdı,  üzündə  gözəl  bir  təbəssüm  yarandı  və  üzümdən  öpdü. Bildiyiniz  kimi, hədiyyə  limon  idi. 30  qəpiklik  limon. Lakin  bu  balaca  və  sevimli  hədiyyənin  ona  verdiyi  xoşbəxtlik  milyonlara  dəyərdi...

Onunla  hər  şeyimizdən  söhbət  etdik. Aramaızdakı  9 aylıq  ayrılıqda  olanları  müzakirə  etdik. İnanın  ki, mən  o  iki saat  ərzində  dünyanın  ən çılğın  xoşbəxt  insanı  idim. Heç  ayrılmaq  istəmirdim. Heç  onun  getməsini  istəmirdim. Əslində  gedən o deyildi, mən idim. Bu  ayrılıq  uzun çəkəcəkdi. Bəlkə  onu  qayıdıb  ehtimalım da  yox  idi. Ondan  son ayrılıq  sevişməsini  istədim. Razılaşdı. Son  dəfə  manyakcasına  öpüşüb-sevişdik. Və  sağollaşıb  ayrıldıq.

Çətin də  olsa  ayrıldıq. Çətin də  olsa  onun  getməsi  ilə  barışdım. O  iki  saatlıq  hər  şeyə  dəyən  söhbətimizin  bu  qədər  acı  və  çətin  bitəcəyini  təsəvvür  etməzdim. Ola  bilsin, bir  də  onu  heç  vaxt  görməyəcəm. Qəmgin  halda  dostlarımın  yanına  getdim  və  onlara  içmək  istədiyimi  dedim. İçdim, içdim, onunla  bağlı  xəyallara  daldım  və  bir  də  ayıldım  ki, evdə  bərbad  vəziyyətdəyəm. Çarpayıda  uzanmışam.

 

4

10  günlük  məzuniyyət  bitdi  və  mən  dağa,  əsgərliyə  qayıtdım. Bir xeyli  bu  ayrılıqla  barışa  bilmədim,  hərbidə  susurdum  və  darıxırdım. Hətta  əsgərlikdən  qaçmaq  fikrinə  belə  düşmüşdüm. Çox  çətin  mərhələ  idi. İndi  az da  olsa  öyrəşmişəm, depressiv  dövrü  aşmışam. Məsləhətim  bu  olardı  ki, sevib  əsgərliyə  gəlməyin. İnanmıram ki,  bunu  edə  bilərsiz,  amma  çalışın. Yoxsa  adam  gijdıllax  olar!

Nə isə, xidmətimin  10-cu  ayındayam. 3 aydan  bir  yerdəyişmə  olur. İndi  aprel  ayıdır. Məni  ya posta  göndərəcəklər,  ya da  taborda  qalacam. Çox  güman  taborda  qalacam. Günlər  isə  yavaş -yavaş  keçib  gedir.

2 ay da  beləcə  keçdi. Aha,  dostum  ŞvartsMan  təxris  olunur. Onunla  sağollaşa  bilmədim. Mən  posta  təzəlikcə  çıxanda  təxris olunanları  düzmüşdülər. Yanından  keçəndə, sadəcə,  gözlərimizlə  sağollaşdıq. Şvarts  söz  verib  ki, mənim  hekayəmi  çap  edəcək. Yəqin  mənə  verdiyi  sözü  tutar. Bilmirəm,  onu bir də  görə  biləcəm, ya yox. Hər  halda  sözləşmişik  ki, mülki  həyatda  görüşək.

Son  olaraq  bir  də  onu, onu, onu. Şəmsi  heç  unutmaq  olarmı?! O,  həmişə  xatirimdə  qalacaq. Bilımirəm  qayıda  biləcəm, yaxud  qayıtsam  belə  onu  görmək  qismət  olacaqmı? Heç  bilmirəm. Zaman  göstərəcək. Yalnız  bir  şeyi  dəqiq  bilirəm  ki, hər  dəfə  limon  görəndə  o  qız, ürəyimə  minalayıb  basdırdığı  məhəbbət  yadıma  düşəcək.

 

2016

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+31=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0367 saniye