Möhnətdi,səfalətdi həyat əzəl günündən...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 09:31 23 fevral 2016 tarixində əlavə olunmuşdur

Möhnətdi,səfalətdi həyat bil,yaranandan

Müəllif: Movlud Aqammed | 6 İyun 2014 | Oxunub: 174| Yadda saxlamaq:
Möhnətdi,səfalətdi həyat bil,yaranandan,
Zillətdi,zəlalətdi həyat bil,yaranandan.
***
Sən bizlərə bu günləri göstərmə,İlahi,
Nifrətdi,rəzalətdi həyat bil,yaranandan.
***
Dün ac qalıban naləsi ərşə çıxana bax,
Heyrətdi,cəhalətdi həyat bil,yaranandan.
***
Kef məclisi qurmuş yenə cahil həyətində,
İşrətdi,cəlalətdi həyat bil,yaranandan.
***
Gəz boş-boşuna,işləmə,vellən küçələrdə,
Qeybətdi,məlalətdi həyat bil,yaranandan.
***
Sal mehrini Allaha,ibadətlə ömür sür,
Cənnətdi,xəyalətdi həyat bil,yaranandan.
***
Bat qan-tərə xoşbəxt günü görmək ola qismət,
Zəhmətdi,cəfalətdi həyat bil,yaranandan.
***
Mövlud deyə bilməz ki,sənə halını sorma,
Minnətdi,bihalətdi həyat bil,yaranandan.

5.06.2014.Zərdabi.Mövlud Ağamməd.

 


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
7+11=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0288 saniye