Möhtəşəm düşüncələr - Deyl Karnegi
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 21:20 21 noyabr 2015 tarixində əlavə olunmuşdur

1. Heç vaxt düşmənlərinizlə­ hesablaşmağa (qisas almağa) cəhd göstərməyin, bu onlardan daha çox sizə ziyan gətirəcək.

2. General Eyzenhaur kimi hərəkət edin: xoşunuz gəlməyən insanlar haqqında heç bircə dəqiqə belə düşünməyin.

3. Əgər siz xoşbəxtlik tapmaq istəyirsinizsə,­ onda minnətdarlıq və ya nankorluq haqqında düşünməyin, özünüzü fədakarlıqdan irəli gələn daxili sevinc hissinə həsr edin.

4. Tənqid, şikayət və heç kəsi mühakimə etməyin.

5. Yadda saxlayın ki, sizin həmsöhbətiniz tamamı ilə haqsız ola bilər. Amma o, belə fikirləşmir. Ona görə də onu mühakimə etməyin.

6. Əgər insan öz məqsədləri naminə səndən istifadə etməyə çalışırsa, onu öz tanışların siyahısından çıxar.

7. Əgər tale qarşına limon çıxarıbsa, ondan limonad hazırla.

8. Özünüzü digər insanın yerinə qoyub, sizə yox, məhz ona nə lazım olduğunu dərk etməyə çalışın. Əgər bunu edə bilsəniz, bütün dünya sizin tərəfinizdə olacaq.

9. Daima özünüzü məşğul edin, bu yer üzündəki ən ucuz və ən effektiv dərmanlardan biridir.

10. Özünü sanki artıq xoşbəxtsənmiş kimi apar və doğrudan da xoşbəxt olacaqsan. Heç kəsi təqlid etmə, heç kəsə bənzəməyə çalışma. Özünü tap və özün olaraq qal.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+11=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0313 saniye