Molla Əmi
Nicat Cəfər tərəfindən "Şeir" bolməsinə 14:32 21 dekabr 2014 tarixində əlavə olunmuşdur

Molla Əmi bağlamalı siğəsin,

Özdə istəyir qızın əntiqəsin,

Ver bir az içsin o ‘’Həci ‘’ piyvəsin

Həm yaraşığlı, həmi göyçəkdi O

Dinə imana necə örnəkdi O ?!

 

Bax öz nömrəsin yazır bluetoothlara,  (blutuzlara)

Reklamı çox dönübdür ulduzlara,

Skype açır moizə deyir qızlara,

Arvad ölüb yoxdu biri təkdi O

Dini imana necə örnəkdi O ?!

 

Çox danışır  bilmir fəthə tənvini,

 İşıq sürətiylə deyir Yasini,

O “ Ya” dedi çağırdı Şeytan cini,

Tir-tir əsir dil dodaq pəltəkdi O

Dini imana necə örnəkdi O ?!

 

Yığdı məsciddən pulu aldı Maşın ,

Ingiliscə məclisi var qardaşın ,

Dünən ki qəlyannan açılmır başın ,

Məst eliyən bax səni tiryəkdi O

Dini imana necə örnəkdi O ?!

 

Namaz qılar vaxtı olan zamanda ,

 Fərq eləməz onçun çirkli məkanda ,

Qüslu da var həm oxuyur Quranda,

Reklamı artsın deyə gerçəkdi O

Dini imana necə örnəkdir O ?!

 

Yoxdu qarşısında onun maniyə,

Oruc tutur gəl  bir iki saniyə,

İnciməyin məndə çıxım haşiyə,

Sizdə baxın görün nə eşşəkdi O

Dini imana necə örnəkdi O ?!

 


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+17=
Hesaba giriş
Müəllif

Nicat Cəfər
Haqqında
Mən Nİcat Tarverdiyev 1994 Baki şəhərində anadan olmuşam Hal hazırda tələbəyəm ədəbiyyatin heca əruz sərsbəst vəznlərində yaza bilirəm. İNşAllah ki oxuyub dəyərli qiymətlərinizi deyərsiz
Əlaqə
E-mail:
nicatcefer@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0231 saniye