Monoton Həyat
Uraqan tərəfindən "Ədəbi tənqid" bolməsinə 14:50 23 aprel 2014 tarixində əlavə olunmuşdur

Növbəti yazımı da özümüzə həsr etmək istərdim, öz həyatımıza...

Avtobusdayam. Tələsən insanlar. Həyat bizi tələsməyə vadar edir. Səhər 8-də oyan. 10:00 iş yerində ol, günorta yeməyi 13:45, iş bitdi 19:00 iş bitdi. 20:00 evdəsən. 23:00 yenə yatmalısan ki, sabahkı şablon həyatına davam edə biləsən.

 Gündəlik həyatımız bu qədər rəngarəng keçir. Hə bir də bazar günlərində bazara gedirik. Özümüzə ayırmağa vaxtımız isə bircə tualetdə olur. Amma Qaraqan demiş artıq tualetə də telefonla giririk. 

 Kimisi arzuladığı həyatı sürsə də əksər insanlar cəhənnəmi bu dünyada yaşadıqlarını söyləyirlər... Məsəlçün əlinə diplom aldıadan sonra heç bir işəçdüzələ bilməyən insan, özünə iş tapdığı zaman xoşbəxt olduğunu düşünsə də, getdikcə bu onu ruhən xoşbəxt etmir. Hətta bəlkə o tapdığı işə uyğunlaşa bildi. Bəlkə ətrafında olan hadisələri görməzdən gəldi. Ancaq bu müvəqqəti olacaq.

Təklikdə və darıxdığı zaman yenə də öz həyatını sorğu-sual edəcək. İşindən razıdırmı? Ailəsinə lazım olan qayğını göstərə bilirmi? Ən əsası, bu işləməyə nə üçün ehtiyacı var?!

Bəs siz bunları düşünürsünüzmü? Məncə yox. Çünkimsiz ancaq diplomu düşünürsüz. Hə bir də ayın sonundakı maaşınızı...

 

Yazı tarixi: 17.04.2014. İmza:Uraqan


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+12=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0561 saniye