...Morfinoman...
AğaPaşa tərəfindən "Hekayə" bolməsinə 16:39 02 aprel 2018 tarixində əlavə olunmuşdur

Gözü qaralırdı.Ətrafındakı ışığın parlaqlığı itməyə başlamışdı.Əzələsində həzz verən o ağrı daha da artırdı.Nəfəsi burnundan deyil ağzından alıb verirdi dişlərini sıxıb.Bədəni qıc olmuşdu ele bil.Döşəmədə oturub divara söykənmişdi.Rəngi bir ölüdən seçilmirdi.Dərin bir yuxu istəyirdi.Ayağa durub kravatında yatmaq istəsə də sendələyib üzü qoylu yere yıxıldı.Döşəmənin soyuqluğunu üzü ilə hiss eliyirdi.Etrafında gördüyü bütün əşyalar qaralmağa başladı ve gözlərini yumdu...

..2013...
Çənəsini sol əlinə dirsəkələyib sağ əlindəki qələmi oynadırdı.Müəllimin dediyi mühazirədən bir kəlmə belə yazmamışdı.Qabağ partaların birində oturan o qıza baxırdı.Onu düşünürdü-ona aid yazdığı şeirləri,ona aid qurduğu xəyalları.Onu düşünüb dinlədiyi mahniları yadına salırdı.Onu sevdiyini bir özündən ve bir Allahından başqa heç kim bilmirdi.O qız onun mebedi,gizlini ve özeli idi.Dünən danışmaq istəmişdi onunla ve uşaqcasına bir şey fikirləşmişdi-cızma qara elədiyi kağızı tribunanın yaxınlığındakı zibil qabına atıb ,,guya heç kəsə hiss etdirmədən,, qizin yanina oturdu.Bir az hal-əhvaldan sonra qıza danışmaq istədiyini bildirdi.Qız yazı yazdığı üçün bigane şəkildə razılıq cavabı verdi.Qız heç düşünməzdi ve nə də aglına gəlməzdi bu oğlanın onu istəməyi.Qızın fikri yazıda onun fikri isə qızda idi-baxışları ilə onu süzürdü.Tam mövzuya girəcəyi halda arxa partdan refiqesi qızı cağırıb ,,nasaz olan planşet,,-i gətirib Kənana göstərməsini təklif elədi..Kənan qrupdakı ən yaraşıqlı oğlan idi..Ayan yanında oturan Arazı görməzdən gələrək çantasından planşeti cixarab Kənan gili olan parta tərəfə gəldi.Araz çox pərt oldu..Üst dodağını dişləyib gözlərini qıydı-pərtlyini biruzə verməmək üçün.Doluxsunmuşdu.Çevrilib arxa partada oturanlara baxdı.Kənan planşetı qurcaladığı vaxt Ayanın onu aşağı yuxarı süzməsi Araza çox pis təsir eləmisdi.Evə gələndə belə çörək yemədi ve bütün gün otağından da çıxmadı.Ayanın dünənki hərəkətı Arazın bu gün kefsiz olma səbəbi idi..Bir müddət sonra Ayanla Kənan sevgili oldular.Bu xəbəri eşidəndə o qədər sarsılmışdı ki daha edilən zarafatlara da gülməyə taqəti qalmamışdı.Çox fikirli olurdu.Müəllim jurnalı yoxlayıb onun adını çəkəndə belə yanındakı parta yoldaşı onu dürtüb fikrinden yayındırırdı...


Uniyə gələndə koridorda uşaqlar Kənanın başına toplaşmışdılar,onun apple telefonunda nəyəsə baxırdılar.Heç ona maraqlı da deyildi.Uşaqlara salam verib auditoriyaya daxil oldu.Müəllim jurnalı yazanda parta yoldaşı yenə Arazı dürtdü:
-Xəbərin var?
-Nədən?
Araz suala sualla cavab verdi.
ve parta yoldaşı yenidən:
-doğrdan xəbərin yoxdur?ala fil qulağında yatmısan ki.Kənan Ayanı aparıb...cümlənin ardını sözlə deyil həmin fikri ifade eliyən əl hərəkəti ilə tamamladı..
..hardan bilirsən?bəlkə uydurmadı..-deyə başını çevirib parta yoldaşından acıqlı şəkildə soruşdu.
Parta yoldaşı Araza Kənanın telefonundaki video görüntüdən danışdı...Elə bir Arazın başına qaynar sular tökdülər.Dişlərini qicamışdı.Tir-tir əsirdi ve buna baxmayaraq parta yoldaşından əsəbini gizləməyi bacarmışdı..Qulaqları guuldayırdı.Müəllim jurnalda onun adını yoxlayanda qrup uşaqları burda deyəndən sonra o dilləndi ,,Burda!!..

Bu gün də dərsdən qaçdı.Anası ilə da salamlaşmırdı heç.Uzun müddət düz əməlli yemək də yemirdi.Evə girən kimi birbaş otağına girdi.Divardaki güzgüyə baxdı.Sifətindən zəhrimar tökülürdü.Birdən divarı yumruqlamağa başladı-əli qanayana qədər,dərisi soyulana qədər yumruqladı divarı.Anası otağdakı tappıltılardan qorxub Arazın otağının qapısını döydü:
-Araz, nolub bala?
-Ana get!
-Araz,oğlum nə problemin var axı?
-Ana!! xaiş eliyirəm get..get!!
Anası daha Arazın üstunə getmədi..Qonaq otağında oturdu ağladı.

Araz Ayana aid yazdığı şeir dəftərini tapdı..hirsi bir az soyumuşdu.Daha doğrusu əldən düşmüşdü divarı yumruqladığı üçün.Dəftərin vereqləri cirib səpələdi otağa.Artıq yatmaq istəyirdi.Universitete nifrət eliyirdi.Ordakı insanlara da..Bir daha ora getmək istəmirdi..Yatdı..Axsam oynanda saat 8 olmuşdu.Barmen işləyən əmisi oğluna zəng edib içmək istədiyini bildir..Əmisi oğlu Arazın bu sözlərini əvvəlcə anlam verə bilmədi.Çünki o da yaxsi bilirdi Arazın içki ve siqaret kimi vərdişlərdən uzaq olduğunu..Məktəbdə ve Universitetdə də numunəvi bir usaq oldugunu bilirdi..Buna görə də nəsə bir şey baş verdiyini anladı.Araz deyilən ünvana gələndə nə baş verdiyini soruşdu..Ama Araz esitməzdən gəldi onun sözlərini.
-En məslətlisi nədisə süzz!
-Bax burdakı içkilər elə belə şey deyil.Həm da üstəlik birdən ikiyə də içki içməmisen.Səni pis tutar.Bəlkə danışasan nə baş verdiyini.
-Sən süz..nece olmasa da bəlkə içəndən sonra dilim açılar.

Ətrafdaki ses küydən-qulaq batırdı.Hər kəsin əylənməyə gəldiyi bir məkanda bircə o özünə əzab verməyə gəlmişdi.Bir rumka tekila içəndən sonra içindəki yanğının sönmədiyini anladı.Davamı gəlirdi-ikinci,üçüncü,dördüncü rumkalar Ve hər dəfəsində rumkanı başına qaldıranda parta yoldaşının sözləri yadına düşürdü.Atası oğlunun barda deyil sadəcə emiusaqları ilə birlikdə olduğunu bilirdi.
Araz başını piş taxtaya qoyub sızıb qalmışdı.Bar bağlanmaq üzrə idi.Əmisioğlu onu oyatmaq istəsə də bir şey alınmadı..Arazı çiyninə alıb maşınına apardı.Üz-gözünə su vurub az da olsa açıq havada özünə gətirdi.İndi oyaq idi..Maşın şəhərin küçələri arasından kecende Araz yuxulu gözləri ilə küçələrə,küçədəki ısiqlara küçədə yatan bomjlara maşın saxlatdırıb qiymət danışan qadınlara baxırdı ifadəsiz bir şəkildə.Ve maşın irəlilədikcə külək onun üzünə vurur saçlarını oynadırdı.Maşın Arazın qaldığı məhəlləyə çatanda oğlu evə aparmaq istədi.Amma Araz razı olmadı.Hər şeyin qaydasında olduğunu deyib maşından düşdü. ,,Sağol rəis,, deyərək çes verib maşından düşdü..Emisioglu da sağollaşıb sürdü maşını..Araz isə ziq zaq yeriye-yeriye davam edirdi evlerinə tərəf.Neçə dəfə küçə qaranlıq olduğu üçün gölməçəyə düşdü.Üstü-başı palçıq olmuşdu.Mədəsi də bir yandan qaynıyırdı..Həyətin darvasın açıb içəri girəndə dayana bilmədi..Diz çökdü ögüdü..Ögüdüyüne baxaraq daha da ögüdü.Gecə boyunca içdiyi nə varsa hamsın qaytardı.Əl üzünü yumaq üçün hamama getdi..Üzünə bir ovuc su vurub güzgüdə özünə baxdı..Bir az elə bil böyümüşdü,ya da içkinin təsiri ilə belə hiss eliyirdi.Sessiz otağına girib qapını arxadan qifilladı..Paltarını çıxarmağa ərindi..Necə yuxuya getdiyindən heç özünün də xəbəri olmadı.


Səhər oyananda güclu baş ağrısı ve mədəsində sancı hiss elədi.Bir az tavana baxdı uzandığı yerdən.dünən nə olduğunu xatırlamağa çalışdı.Üstü-başı içki qoxuyurdu.Əcaib qoxu gəlirdi paltarından da..Kravatdan ayaqlarını yerə qoyub dikəlib oturdu.Başını ovuclarına alıb sıxdı.Duş almaq qərarına gəldi.Anası mətbəxdə nəsə iş görürdü.Paltarların ciblərini boşaldanda bir kağız parçası tapdı.Qaşlarını çatıb ne olduğunu anlamağa çalışdı.Ünvan yazılmışdı,ama anlamadı ne oldugunu.Kağız parcasını bir qırağa qoydu.Suyu tenzimləyib suyun altına girəndə su bədəninə yayıldıqca dünən nələr olduğunu xatırlamağa çalışırdı-emisiogluna zeng elediyini.bara getdiyini.içməyə başladığını..birisi ilə dərdlşdiyini..içkini içə bilməyib üstünə dağıtdığını..Həmin adamın ona bu ünvan yazılan kağız parçası verdiyini xatırladı.Adam ona mənəvi ağrılardan qurtulmaq üçün ona morfin istifadə etməyi məsləhət görmüşdü.Morfini də hardan ve necə asanlıqla əldə edəcəyini kağıza yazıb vermişdi.Kağızda morfin əldə edəcəyi adamın nömrəsi və ünvanı yazılmışdı..İndi hər şey aydın idi.Paltarınları xlor tökub vannaya qoyub,qurulanib çıxdı hamamdan.
Gəlib anasının boynunu qucaqladı, öpdü.Anası təəcübləndi.Çünki uzun müddətdi oğlu soyuq idi ona qarşı.Ama bu sabah hər şey çox fərqli idi.Düzünə qalsa oğlunun soyuq hərəkətlərindən ananın qəlbi də qırılmışdı.Ama yoldaşı oğlunun üstune getmemeyi məslət görüb, genclikde bir az kapriz olduğunu başa salmağa çalışmışdı.Oğlu üçün bu sabah qəşəng bir süfrə açdı-qayğanağ, yağ, mürəbbə nə desən..Oğlu bu günki kimi iştahlı bir de Allah bilir nə vaxt yemişdi.Yeməyini bitirdikdən sonra stipendiya kartını da götürüb hemin adama zəng vurdu..Görüşdülər..istədiyini almışdı və necə istifadə edəcəyini də həmin adam başa salmışdı ona..Evə qayıtdı.Anası seriala baxırdı.Dinməz söyləməz otağına keçdi.


Əzələsini sıxıb ilk iynəni ora vurdu..Keyləşmə hiss elədi əzələsində.Bu uyuşma ona həddindən artıq böyük həzz verirdi.Həmin adam bunu milli qramında istifadə etməyi məsləhət görmüşdü.Dozadan artıq təhlükəli idi.Gözünü bərk yumdu və yeniden açanda özünü çox gümrah hiss eliyirdi.Rəqs eləmək istəyirdi.Telefonu kalonkaya qoşub oynamağa başladı güzgünün qabağında.Çox şən idi.Üzü gülürdü artıq.Anası oğlunun nəyə sevindiyini bilməsə də yaxşı olduğunu düşünürdü.Arazın iştahası da artmışdı.Gözləri parıldayırdı.Amma gün keçdikcə bu maddəyə aludəçiliyi də artırdı.Uniyə getmədiyi üçün stipendiyanı da dayandırmışdılar.Evdəkiləri də aldatmağa başlamışdı.Səhər evdən çıxıb axşam üstü gəlirdi.Morfin almağa pul yox idi.Pul qazanmaq üçün ,,top.az,,-a da başlamışdı..ordan da pul qazanırdı.Telefonunu belə satdı..pullarının hamısını top.az-da uduzurdu..Emisioğlundan borca aldığı pullar da top.az-da batdı.Özünə baxmırdı üzünü saç saqqal örtmüşdü.Evdəkilərlə də mübahisəsi artmışdı.Atası işlərindən oğlu ilə vaxt tapa bilmirdi maraqlanmağa.Yazıq ana isə bilmirdi neynəsin tək başın.Oğlunun göz önündə mehv olub getməsi onu ağır dərdə salmışdı.Arazın bədəni artıq morfinlə qidalandığı üçün gecikdirəndə aqresivləşirdi.


Bir gün parkda qrupdan bir tanışı ilə rastlaşdı.Bir az söhbət elədilər olandan bitəndən.Hətta Ayanın da universitetə gəlmədiyini öyrəndi.Qrup yoldaşının dediyinə görə Ayan da bir az böyüyübmüş, qadınsılaşıbmış..Qrup yoldaşı Araza Ayanın gənclər tərəfindən yaxşı tanınan bir pritonda işləməyə başladığını da deməkdən çəkinmədi.Artıq heç bir şeyə təəcublənməyən Araz mənən yox olmuşdu.Nə qədər də unutmağa çalışsa da onu unuda bilməmişdi.Həmişə xəyalında yaşadırdı onu..İndiki Ayanı deyil,ilk gördüyü, ilk dəfə sevməyə başladığı Ayanı..Qrup yolaşı ilə sağollaşandan sonra Araz bir skamyada oturub üzünü ovuclarına alıb hönkürtü ilə ağlamağa başladı-bütün bu olub bitənlər üçün.Ətrafakı adamlar ona baxırdı.Hətta balaca bir qiz gəlib balaca əlləri ilə Arazın əllərini üzündən ayırıb göz yaşlarını sildi.Qarşısında böyük mavi gözləri ilə baxan bu balaca qiz ondan niyə ağladını soruşurdu bir uşaq ədasıyla:
-Əmi niyə ağlıyırsan?
Araz isə susurdu.dinmirdi.
-Sevgilindən ayrılmısan?
Araz gözlərini silib gülümsündü balaca qiza.
Anası uşağı çağırırdı.Uşağı aparanda ustəlik uşagı danladı.
-Sənə neçə dəfə demişəm yad adamlarla danışma!!


Araz qismən sakitləşmişdi.Artıq saat 10 idi.Araz pritona yaxin bir yerdə dayanib masinlari saxlatdirib qiymət təklif edən qizlara qadınlara baxırdı.Gözü Ayanı axtarırdı ve bir yandan da siqaret çəkirdi ciyərdəki göz yaşını quruda bilmək üçün..Pritondan çıxan Ayanı gördü ama tanımadı.mini yubkası uzundeki makiyajı Ayanı çox dəyişdirmişdi.O da digərləri kimi maşınları saxlatdırıb xidmət təklif edirdi..Yaxınlaşa bilərdi mi..Təbiki yox..Yaxınlaşıb nə deyəckdi ki?Ordan uzaqlaşmağı daha uyğun hesab eledi.Bu gün son gün olmalı idi onunçün-çünki əbədi yuxuya getmək istəyirdi..Ürək döyüntüləri artanda və asfaltdakı maşınların balaca oyuncaq maşınlara bənzədiyini görəndə bir binanın üstündə olduğunu anladı.Qəribə hiss eliyirdi özünü..Külək saçlarını oynadırdı üzündə..Gülürdü.Gödəkçəsı sağa sola əsirdi əynində.Qabağa bir addım atdı..Ama dayandı.İkinci addımı atmaq istəmədi.Qorxduğu üçün deyil.Sadəcə düşünürdü.Sonrasını düşünürdü.Nəyin dəyişib-dəyişməyəcəyini təhlil etməyə çalışırdı.Bilirdi bu binadan atsa özünü təkcə atası anasını üzəcək..başqa heç kim üzülməyəcək.Heç nə dəyişməyəcək insanlar üçün.Yenə öz həyatlarına davam edəcəklər.Ələxsus da Ayan.Onun üçün umumiyyətlə heç nə dəyişməyəcək.Sadəcə bir anlıq təəsüf hissi ilə xatırlayacaqlar onu.Hər kəs heyatına davam edəcək ama Araz həyatda olmayacaq.Əgər bir anlıq xatırlanıb sonra sonsuza qədər unudulacaqsa niyə bu binadan özünü atsın ki.Ata-anasına oğul acısı yaşatmağa haqqı vardımı?Valideynlerinə sonsuz qəhər yaşatmağa haqqı vardı mı?Bu suallar beynində səslənirdi..Adımını gerı atdı.Fikrindən daşınmışdı.

Evə gedəndə küçədə kardon kağız üstunde yatan bomja baxırdı.O biri kücə tinində isə teksun taqqasında od qalayıb isinən toksomon ve dilençi uşaqların baxışları da nəzərindən qaçmamışdı.Sanki həmin uşaqlar baxışlarında ona ,,heyatıvın qədrin bil,, ifadəsi vardı.Evə çatanda darvazanın ağzında ambulansı gördü və addımlarını tezləşdirdi.Ürəyi əsirdi.Ata-anasina bir şey olmasından çox qorxurdu.Məhlədəki qonşular da ambulansın səsindən çölə çıxmışdı.Qonşu qadınlar anasını sakitləşdirməyə çalışırdılar.Qadın şaxsey vururdu.Araz anasına yaxınlaşıb nə baş verdiyini soruşdu.Dəfələrlə soruşdu.Amma qadın özündə deyildi.Sanki Arazı eşitmirdi.Evə girib ne olduğunu gözləri ilə görmək istədi.Atasına bir şey olmasından çox qorxurdu.Həkimlərin səsi onun otağından gəlirdi.Otağına girən kimi yerdə göyərmiş meyidini gördü.Həkimlər də otağda tapdıqları morfin şüşəsinə baxırdılar.Atası isə çömbəlib uşaq kimi ağlayırdı..Hər şeyi belə görüb qışqırmağa başladı..
-Yoxx!!Yoooooxxx!!Belə olmamalıydı!!Yox belə olmamalıydı!!!-deyib sayıqlıyırdı.Yavaş-yavaş gözlərini açanda ata-anasının ve həkimlərin ona sevinclə baxdığını gördü.Gözlərini yumub udğundu.Həm sevinirdi həm şükr eliyirdi.Sonluğun qorxduğu kimi bitmədiyi üçün..
Son


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+21=
Hesaba giriş
Müəllif

AğaPaşa
Haqqında
agapasha.wordpress.com mənim blog səhifəmdir.
Əlaqə
E-mail:
aga.ismailoff@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0331 saniye