Müasir cəmiyyət,yoxsa marionet psixologiyası?
Mahir Abbas tərəfindən "Hekayə" bolməsinə 22:48 27 avqust 2017 tarixində əlavə olunmuşdur

Müasirlik-uşaqdan-böyüyə,cavandan-qocaya ən ümumişlək sözlərdən birinə çevrilən,lakin əksər insanın sırf işlətmək xətrinə işlətdiyi ifadə.Bəzən murdar əməllərin üstünə çəkilən pərdə,bəzən günahların cəzasını üstlənən keçi kimidir.Bəs nədir əslində müasirlik?Axı anlaşılması  o qədər də çətin olmamalıdır bu "zəhrimar"ın.Uzaq başı izahlı lüğətə baxıb nə olduğunu dəqiqləşdirə bilərik.Bəs niyə mən oturub cəmiyyətin bəzi ünsürlərinə bunu loru dillə başa salmaq üçün məqalə yazıram?Ancaq elə bütün cavablar verdiyim sonuncu sualdan doğmaqdadır.Müasirlik nə deyil?!
   Müasirlik,toplumun uzun illər nəticəsində formalaşaraq həyat tərzinin vacib ünsürlərindən birinə çevrilən dəyərlərini nümayişkaranə(!) surətdə pozmaq deyil.Nümayişkəranə sözündən sonra qoyduğum nida ilə soyumadım,bacarsaydım altından qalın bir xətt çəkib özünü də başqa bir rənglə yazardım.Bəli qeyd etdiyim kimi günümüzün iyrəndirici reallıqlarından biri də toplumun düşüncəsinə zidd olmağın müasirik kimi alqılanmasıdır.Yox,qətiyən fərqli düşüncənin əleyhinə olduğum qənaətinə gəlmənizi istəmirəm .Təbii ki,norma cəmiyyət fərqli düşünənlərin mövcudluğu ilə normal olmuşdur,laki birda xüsusi bir "amma"nı qeyd etməliyik.Amma,fərqli düşünən şəxslər "mən" sindiromu ilə yaşamamalıdır.Hər bir insan fərqli mühitlərdə fərqli düşüncələrlə formalaşır və heç kim toplumun sınanmış qaydalarını çiynəyəcək dərəcədə fərqli düşünməməlidir.
Müasirlik əxlaqsızlıq deyil.Həqiqətən bu məsələ ən vacib məsələ kimi ələ alınmalıdır.Bəzilərinin "mütləq əxlaq yoxdur" deyə gətirdikləri arqument heç kimə cəmiyətdə əxlaqsız hesab edilən prosesi göstəriş üçün etməyə haqq qazandırmır.Anladıq,uzaq Afrika savannasında qurşaqdan aşağsı lüt anadangəlmə gəzmək təbii və normal qarşılana bilər,ancaq bu o demək deyil ki,bu Bakıda da belə olmalıdır.
Şəxsən mən Azərbaycan gəncini küçədə azad öpüşmək üçün mübarizə aparan deyil,50 milyonluq Güneyli qardaşını azad etmək üçün can atan görmək istəyirəm.
     İndi Məqalənin adına bir daha diqqət yetirməyinizi xahiş edirəm.Marionet bildiyimiz kimi,iplərə bağlanılaraq oynadılan kuklalardır və o da bizə məlumdur ki,bu kuklaları oynadan qüvvə shnə arxasında olur.Bəs bunun mövzumuza nə dəxli var deyə soruşacaqsınızsa,zəhmət çəkməyin,indi cavablandıracam.Hər kəsə məlum olduğu kimi günümüz ictimai-iqtisadi formasiya kapitalizmdir.Bir müəllifin dediyi kimi,quldarlığın mədəni forması olan kapitalizm azad iqtisadiyyata qapı açmaqla yanaşı çoxşaxəli hiyləgər kompaniyaları ilə də fərqlənir.Bu hiylələrdən biri də,hər il üçün hətda fəsillər üçün moda dərgilərində və digər media quruluşlarında dəbin müəyyən olunmasıdır.Bəli bu gün dəblə ayaqlaşmaqda müasirliyin bir parçası hesab edilir.Zövqləri formalaşdırılan kütlələr isə kapitallarını dəb dərgilərini qarabaqara izləyərkən səpələyirlər.
     Şiirtmək kimi olmasını istəmirəm,ancaq mənim fikrimə görə bu haqda saatlarla danışmaq olar.Hələ onu da nəzərə alaq ki,biz "nə müasirlik deyil" deyə müzakirə etdik.Bunun hələ "nə müsirlikdir?" deyə digər bir tərəfi var.Yəqin ki,ağıllı oxucu tullantıdan arıdılan düyünü görməkdə çətinlik çəkməz.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+28=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0223 saniye