Müasir qadın tablosu
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 16:20 20 noyabr 2015 tarixində əlavə olunmuşdur

Cəmiyyətin müasir qadını dedikdə, çoxumuzun gözünün önünə dəbli geyimli, səliqəli, makiyajı, işgüzar stili, vaxt azlığı olan və telefonu dayanmadan zəng çalan bir iş xanımı gəlir. Əslində isə heç də belə deyil. Adicə evdar xanım belə qocalığadək müasir qadın ola bilər. Aydınlaşdırmaq üçün bir az keçmişə qayıdaq.

...Qadın - sevimli, balaca qız uşağı. Yadındamı, hələ kiçik ikən ailənin ən sevimlisi idin. Xoş xatirələrə geri dön, keçmişə nəzər sal. Babanın, nənənin ən sevdiyi nəvəsi. Atanın sevimli qız övladısan - hər baxışında gözü işıldayan, qızı ilə fəxr edən atanın. Səni necə sevdiyini düşün,sənin üçün nələr etməzdi ,təki sən istə...

...Qadın - gənc qız kimi. Artıq illər keçir, 16 yaşını atlamaqdasan. Cavan, gözəl, qardaşı tərəfindən qorunan bacısan. 16 il keçib, sevimli, balaca uşaqdan gənc qıza dönmüsən. Qıraqdan səni xəlvətcə süzən bir gəncin ürəyini alovlayırsan. Bax, o gənc hər arzunu həyata keçirməyə hazırdır, təki sən istə...

...Qadın - qadın rolunda. İndi ailə qurmusan, çox funksiyalı aparatı xatırladırsan, çiyinlərinə çox iş qonub. Vaxtı ilə atanın, qardaşının və sevgilinin sənin üçün etməyə hazır olduqlarını indi sən uşaqların və həyat yoldaşın, onun valideynləri üçün etməlisən - qəlbində atanın, qardaşının, baba və nənənin sevgisini daşıya-daşıya... Artıq zaman keçir, gözəl ana, sevimli həyat yoldaşı olmaq üçün əlindən gələni et - özünü unutmamaq şərti ilə... Müasir zəmanənin müasir qadını ol. Evində səni əvəz edəcək kifayət qədər texnika varsa, sən də qadınlıq payını yaşa. Qadınsan, deməli, aktrisa olub çox epizodlu rolunu yaşamalısan, qadınsansa kraliça olub sevilməyi bacarmalısan . Hələ qabaqda daha maraqlı bir həyat tablosu var.

...Qadın - nənə rolunda. Gün gəlib və sən həyatının ən möcüzəli dövrünü yaşamaqdasan. Sizcə, möcüzə deyilmi özündən törənən nəsilləri görmək? Qadının həyatındakı ən böyük rolu nənə olmağıdır. O cür xöşbəxt anlar üçün yaşamağa dəyər. Müasir, dəbli və cavan nənə olmaq üçün bundan əvvəlki yaşadığımız ömür tablosunu səliqə ilə, səbrlə çəkməliyik.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+22=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0285 saniye