Müasir yazarlarda Tanrı obrazı (II Hissə)
Ağaəhməd Göyüşov tərəfindən "Ədəbi tənqid" bolməsinə 13:06 20 yanvar 2016 tarixində əlavə olunmuşdur

Müasir yazarlarda Tanrı obrazı II Hissə... 2)Uğursuzluqlar və bədbəxtliklər mənbəyi. Müasir bir sıra yazarlarda Tanrı obrazını analiz edərkən rastlaşılan maraqlı məqamlardan biri də Tanrını bədbəxtliklərin, uğursuzluqların səbəbi və ya mənbəyi kimi görməkdir. Bu hissədə də biraz bunu analiz edək. Bir sıra yazarların bu hissəyə xüsusi toxunmalarının əsas səbəbi ən çox oxucu sayını yığmağa xidmət edən əsas hissələrdən birinin də bu hissə olmasıdır. Niyə? Birincisi demək olar ki, hər birimizin həyatında uğursuzluq, kədər, yanlış seçim və bu tip mənfilər var, yaşamışıq bunları. Və biz inkişafa, sualların cavablarının tapılmasına meyilli olan bir varlıq kimi uğursuzluqların da cavabının tapılmasına can atırıq. O da doğrudur ki, bir çoxumuz yanlış cavab tapıb, yanlış yönləndirilir və bəzən də buna qane oluruq... Ən əsası da bilirsiniz nədir? Günahı başqasında axtarmaq, başqasında görmək... Sizcə də hər yüzümüzün doxsanında, bəlkə daha çoxunda belə deyilmi? Eyni zamanda da biz hər birimiz üsyankarıq... Səbəblərə, səbəbkarlara üsyan etməyi sevirik. Təbii ki, hər kəsin üsyan etdiyi səbəb və metod fərqlidir. Bu qərara gəlməyimizə gündəlik həyatda, sosial şəbəkələrdə rastlaşdığımız fikirlər, statuslar kifayət etmirmi ? Uğura gedən yolda hər şey bizlə başlayırsa, uğursuzluğa düçar olmaq da bizim payımız yoxdurmu? Yaxşı işlərin, uğurun səbəbi, mənbəyi kimi özünü, öz əzmini görən yazar nə üçün uğursuzluq və kədərin səbəbini də özünü, yanlış qərarlarını və ya başqalarını, etdiklərini görmür? Bir yaxınımızı avtomobil qəzasında itirmişiksə Tanrımı günahkardır? Yoxsa biz küləyin əsməsi ilə bu yerdən, o yerə sürüklənən yarpağıq? Külək də Tanrı? Bəlkə yüksək gərginlikli naqilər altında mincür hoqqadan çıxan cütlüyü elektrikin vurması da Tanrının günahıdır? Onun işidir? Hə, çəkinməyin bəziləriniz də deyin ki, Tanrı onları cəzalandırdı... əgər mən harasa tələsirəm və ya adrenalin yaşamaq və ya başqa səbəblə əlaqədar yüksək sürətə görə qəzaya düşüb ayaqlarımı itirirəmsə, yenə də Tanrı günahkardır? Niyə? Mənə tələsmə demədiyi üçün? Günahlandırılan Tanrının dediklərini dinləyib də etdikmi ki, yenə də deməyini istəyirik? Yoxsa Tanrı ayaqlarımı itirdim deyəmi günahkardır? Bəs hələ də həyatda olmağıma Tanrı səbəbkar ola bilməzmi? Məsələ stəkanı yarı dolu, ya da yarı boş görməkdə deyil. Məsələ hələ də stəkanda suyun olmasındadır və o sudan səmərəli, gözəl şəkildə istifadədir... Bəlkə, Tanrı bala uşağı hələ balaca vaxtı şikəst ata ümidinə qalmasına görə günahkardı? Uşağın nə günahı vardı? Yaxşı bəs atası düşündümü bu barədə? Bəlkə, iradəsiz olmaq, seçim şansımızın olmaması daha çox xoşbəxt edər bizi? Şəxsən mən otdan, itdən-pişikdən fərqli olaraq doğrunu, yanlışı anlamaq, seçmək və səhvi ilə düzü ilə seçdiyimi edə biləcəyim iradəyə malik olduğum üçün çox xoşbəxtəm... Bəs yanlışlar etmirikmi? Edirik. Yanlışsız insan olmaz deyirlər . " Uğursuzluq, gələcəyə yatırılmış ən güclü kapitaldır.”- deyirəm həmişə. Əlbəttə, bunun necə istifadəsindən aslıdır hər şey... Uğur qazanmaqla bağlı araşdırmalara nəzər saldıqda, yazılan kitabları, məqalələri mütaliə etdikdə aydın olur ki, uğurun açarı da, uğursuzluğun əsas səbəbi də bizlərik.. O şəxslər daha çox uğur qazanır ki, uğursuzluqlarında səbəb birinci növbədə özlərini görürlər. Təsəvvür edin biri yazır ki, mən imtahan verdim, amma imtahandan keçə bilmədim. Üstündən iki gün keçir sosial şəbəkələr də fəlsəfə xırdalayır, səbəb-nəticə qanunun açılışın verir,uğurdan, uğursuzluqdan dastan yazır. Sən bilmirsənmi ki, imtahandan keçmək üçün oxumaq, hazırlaşmaq lazımdır? Kənar amillər olmadığı təqdirdə ( yuxusuzluq, texniki problemlər, həyacan və s.) Az bal yığmısan və ya kəsilmisənsə demək ki, lazımı qədər oxumamısan, hazırlaşmamısan... Kənar amil deyə saydıqlarımızın da bəziləri dolayı və ya bilavasitə bizdən aslı olanları da olur. Qeyd etdiyimiz kimi uğuru öz adına yazırsansa, uğursuzluqlar da sənindir... Bir də bəzi hadisələr olur ki, onlar əslən bizim xeyrimizə olsa da biz onları öz ziyanımıza olmuş kimi görürük, bəxtsizliklə, uğursuzluqla əlaqələndiririk. Bəzi şəxslər üçün məharətli şəkildə yalan danışmaq uğur sayılırsa, bunu örnək götürən insanlara özlərini yalan danışa bilməməkdə günahlandırırlar. Və bunu pis hal kimi qəbul edirlər. Və ya oğurluq etməyə hazır bir insan nə qədər istəyirsə buna nail ola bilmir. Gah qorxur, gah başqa biri mane olur, gah tələsir alınmır və s. Hətta özünü o qədər uğursuz sayır ki, o insan bu haldan belə şikayətlənir. Utanmır ara -sıra Tanrıya da şikayət edir, niyə qoymadın mən filan şeyi oğurlayım? Axı ehtiyacım var? və s. Bəs bir dəfə olsun şikayətləndiyi Tanrı haqqında düşünübmü? Düşünübmü ki, bəlkə Tanrı oğurluq etməyimi istəmir? Bir qız istər oğlan ( və ya bir oğlan istər qız). Başqasıda olar o qızı istəyən. Bu xəbərimiz olandır. Xəbərimiz olmayan başqaları da vardır, bəlkə də. O qız qismət olmayanda isə Tanrı bizi ələ saldı, bizi istədiyimizdən məhrum etdi və s. deyə düşünərik. Yaxşı bəs bu düşüncə də tək olan bizikmi? Bəs digər o şəxs və ya şəxslər də belə düşünmürmü? Çox vaxt isə tamam başqa biri gələr və o qız onun olar... Yaxşı siz Tanrı olsaydız kimə qismət edərdiz o xanımı? Yoxsa üçünü də arzusuna çatdırıb bir qızı üçün ilə də evləndirməyini istərdiniz? Bu nə absurt yanaşmadır? Hələ qız üçün, sevgisi üçün heçnə etməyib də şikayətlənənlərdən danışmıram... Bizim istəyimiz hər şeyin bizim istədiyimiz kimi olması olmamalıdır. Bizim istəyimiz hər şeyin bizim xeyirimizə olmasıdır. Hələ, hələ iddia edilən qədər humanist bir insanıqsa, başqalarını da onların xeyrini də düşünməyi bacarmalıyıq... Yaxınlarımızdan kimisə itirmək. Axı bu da bədbəxt hadisədir. İçimiz yanar, içimiz qanar.. Səhhətimizə fikir vermərik, xəstələnərik, yataqlara düşərik və ölərik.. Günahkar kimdir? Tanrı? Niyə? İnsan səhhətinə ziyan olan şeyləri haram etdiyi üçünmü, yoxsa biz onun dediklərinin əksinə getdiyimiz üçün? Bəlkə bizdə bizim düzəltdiyimiz robotlar kimi olmaq istəyirik? Axı robotu belə düzəldən də son zamanlar onun şüurlu,ağıllı, pisi yaxşıdan seçə bilmək bacarığına layiq olmasına çalışırıq. Bəzənsə ətrafımızda birinin yanlış bir hərəkəti nəticəsində peşmançılığını görəndə belə, ağlı olardı səhv seçim etməzdi deyirik. Yaxşı halda isə hərkəs öz verdiyi qərarın nəticəsin çəkər deyirik... Nə əkərsən, onu da biçərsən... Yaxşı bəs indi niyə Tanrı günahkar oldu? Atası içki halda rol başında oturan uşaq Tanrınımı özünə düşmən görməlidir, ya içkini? Yaxşı bəs bu içkili şəxsin qəza törədərək öldürdüyü kişinin oğlu? O kimi düşmən görsün? Tanrını?...

Ardı var

Müəllif: Ağaəhməd Göyüşov (FƏLLAH)

 


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+19=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
agaahmedgoyusov.93@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0278 saniye