MÜƏLLİMƏ
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 16:59 05 oktyabr 2017 tarixində əlavə olunmuşdur

Müdrükdür kəlməsi,müdrükdür sözü, 
Riyazi terminlə haqlayar düzü. 
Öyrədər sidq ilə şagirdə özü 
Yazmağı hecayla, bax, müəllimə. 

Usanmaz, yorulmaz, səbri bol olar, 
Qiymətin yüksəyi, sonu qol olar. 
Enişi,yoxuşu ayrı yol olar, 
Məğrurdu, ən uca dağ müəllimə. 

Çox izlər,çox sözlər öyrədər bizə, 
Hirslənər bəzən də baxmasan sözə. 
Verməz əsəbini verməz burüzə 
Əqidə, mənlikdə çağ müəllimə. 

İkinci anadır, bəslə məhəbbət   
Vardır kəlməsində daim həqiqət. 
Üzündə təbəssüm,sözdə ədalət, 
Salıbdır çiçəkli bağ Müəllimə. 

Səni vəsf etməyə sözlər də çatmaz, 
Qələm aciz qalar, dili söz tutmaz. 
Seymur müəllimini heç vaxt unutmaz, 
Daim olsun canın sağ,  müəllimə!

 MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+4=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0296 saniye