Müəmmalı qərar
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 15:37 05 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Maşından enib məhəlləyə göz gəzdirdim. Əllərimi belimdə cəmləşdirib dərindən nəfəsimi dərdim. Başımı bulayaraq addımlarımı atmağa başladım. Ətraf 5 mərtəbəli evlərlə əhatə olunmuşdu. Oğlanlar futbol oynamaqlarında idilər. Bloka girib pilləkanlarda sürətimi artırdım. 3-cü mərtəbədə ayaq saxlayıb ortadakı qapıya kilidləndim. Başımı yırğalaya-yırğalaya yaxınlaşıb zəngi basdım. Evdə qoca qadının tək yaşadığı haqqında müəyyən qədər məlumatım vardı.Əri bir neçə il qabaq rəhmətə getmişdi. Əsa və yavaş addım səsləri. Qapının kilidinin açılmasını eşitdim. Saçları ağarmış, üzü qırış-qırış olmuş qadın mənə ilk öncə təəccüblə baxsa da, sonra başı ilə içəri dəvət etdi. Gülümsəyib içəriyə ayaq basdım. Qapını örtüb düz qarşımda dayandı.

-Ayaqqabılarını çıxart,-deyərək əsa ilə zala doğrulanmağa başladı.

Ayaqqabılarımdan azad olub zalın kandarına qədər gələrək qadına baxdım. Divanda əyləşərək çənəsini əsasına dayayaraq dərin fikrə qərq olmuşdu.

-Gir.

Təkrar gülümsəyib dəvətini qəbul etdim. Yanında əyləşib dizlərimə dirsəkləndim. Sözə necə başlayacağım haqqında beynimdə götür-qoy etməyə macal tapmamış titrək səslə soruşdu:

-Oğul, əminsən?

-Bəli, Sənəm xanım.

Cəld pencəyimdən paket çıxardıb ona uzatdım. Kifayət qədər məbləğ vardı.

-Xahiş edirəm. Mən kolleksionerəm. Lazım olmasaydı, gəlməzdim buraya qədər.

-Hələ gəncsən, bala. Həyatın qabaqdadır. 

-Bilirəm.

Onun ağır və yavaş gedişini izləyə-izləyə söykənib fikrə getdim. Yəni doğrudanmı bu məktubun içindəki sirr ictimaiyyətdə böyük çaxnaşma yarada bilər?!...


... dəfə oxunub
Qiymət: 6/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+32=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0719 saniye