Muhamməd
Fərrux Rəhimli tərəfindən "Şeir" bolməsinə 01:19 05 noyabr 2013 tarixində əlavə olunmuşdur

 

Sən Yaradan tərəfdən sönməyən bir Nur almısan.

Adəm görüb Nurunu Günəşlə bir nurlanmısan.
Sabahlara işiq salan ləl olmusan dürr olmusan,
Axı özgə kimdə var bu şərafət ya Muhamməd?!

***

Səndən əvvəl çox olub peyğəmbərtək seçilənlər.
Həyatları ibrət olan, şərbət sanıb içilənlər...
Ümmətinə yalnız səni müjdələyib neçə ərlər.
Sənə xatir xəlq olunub bəşəriyyət ya Muhamməd.

***

"Allahu Əkbər" deyən milyonların öndərisən.
İnsanlığın zirvəsisən, sonuncu peyğəmbərisən.
Haqdan azan cahilləri Haqq yoluna döndərirsən.
Gəlişinlə zəlil oldu hər cəhalət ya Muhamməd.

***

Həm Allahın qulusan, həm Allahın Rəsulusan.
Sən imanın varlısısan,var-dövlətin yoxsulusanS
ən Quranı endirməyin formasısan üsulusan.
Əxlaqında yer alıbdır hər bir ayət ya Muhamməd.

***

Əbu-Bəkr kimi sənin bir dostun var sadiqin var.
Ədalətə Ömər adlı bir damğan var təsdiqin var.
Bir həyalı Osmanın , Əli kimi əqiqin var.
Nümunədir insanlığa bu xilafət ya Muhamməd.

***

Bütün ərşi titrədən səda olsun qoy İslam!
Cəhalətə,zalımlığa vida səda olsun qoy İslam!
Bizə doğru yol göstərən nida olsun qoy İslam!
Ola bilsək kaş Sənə laiq ümmət ya Muhamməd.

 


... dəfə oxunub
Qiymət: 9/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
8+24=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0285 saniye