Müharibə adamı
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 09:35 24 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Heç kim müharibə adamını anlamır, anlamaq istəmir, anlamaz da.

Müharibə adamı hər nə qədər lənət oxusa da, yenə də özünü orada görür, o cəhənnəmə can atır. Çünki orada həqiqətən var idi, orada özünü sübut edirdi, orada həyat və ölümün nəfəsi hökm sürürdü. Amma sülh şəraitində bunların heç biri yoxdur. Digərləri həyata davam edərkən, müharibə adamı durğunluqdadır.

Müharibə adamını hətta ailəsi belə tam olaraq olduğu kimi qəbul edə bilmir. Evdən gedərkən sap-sağlam, amma evə qayıdarkən istər fiziki, istər mənəvi və psixoloji yaralı.

Müharibə adamını hərbi başçıları da anlamır.

Müharibə adamı məsum illərində özünü tanımaqda çətinlik çəkir, "o-mən idi?" deyə özünü sorğulayır.

Müharibə adamı təbiəti görmək şansından məhrum edilib, onun gözləri müharibəni görməkdədir.

Müharibə adamı sevdiyi qadının günahından keçir, özünü onun yerinə qoyaraq vəziyyəti dərk etməyə çalışır. 

Müharibə adamı "təhsil" sözünə özündən çıxır.

Müharibə adamı uşaqlara tarix dərslərini verməkdən imtina edir.

Müharibə adamı sülh şəraitində yaşaya bilməyəndə özünü son olaraq intiharda tapır.

Müharibə adamı kabuslarla təkbaşına mübarizə aparmalıdır.

Müharibə adamı özü kimilərlə də ortaqlıq yarada bilmir, onları birləşdirən müharibə idi, amma sülh dövründə yadlaşmağa başlayırlar.

Müharibə adamını heç kim axtarmır, o heç kimi maraqlandırmır.

İtmiş nəsli müharibə adamının düşdüyü şərait yaradır. İtmiş nəsli müharibə travması yaradır.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+24=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0491 saniye