MÜHARİBƏ OLMASA
***
gəzərdik,dolaşardıq,
Kiçik Qafqazın böyük zirvələrin aşardıq,
müharibə olmasa.
əkərdik güllər,çiçəklər bağlarımızda,
bülbül oxuyardı səhər-səhər,
dağlarımızda.
silah yerinə torpağı təmizləyərdik,
əkərdik,becərərdik,
müharibə olmasa.
axmazdı boş yerə qanlar,
torpaq altda çürüməzdi canlar.
əl tutub salamlaşıb,görüşərdik,
üzlərdə bir az təbəssüm,
günəşin doğuşunu seyr edərdik,
müharibə olmasa.
millətlər bir-biri ilə “dil tap”ardı,
həmin o “dil”lə xaruqələr yaradardı,
müharibə olmasa..
süzərdi səmalarda ağ göyərçinlər,
Tanrıdan alqışlar gələrdi,
dolardı gözlərə sevinclər,
səngərlərə yağışlar gələrdi
müharibə olmasa....