Müharibə saatı
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 00:12 07 avqust 2015 tarixində əlavə olunmuşdur

Hələ oyuncaq nədir bilmədən
Müharibə saatının birində balaca əllər torpağa uzadıldı.
Saçları dağılmış ananın
Susuzluqdan qurumuş dodaqları, göz yaşları ilə islanırdı.
Toz, duman, yaşamaq üçün qaçan insanlar
Kənarda durmuş, oyuncağa bərk-bərk sarılmış
Qıvrım saçlı uşaq gözündə canlanırdı.
Son dəfə ağlayan körpəni, bir dəfə ana gözündən baxmaq
Balaca bədəni doyunca qoxlaya bilmədiyi üçün
Qışqırmaq, səmaya baxaraq buludlara bağırmaq.
Biraz səssizlik, toz-dumandan sonra dağınıq evlərə baxmaq
Atanın diz üstə yerə çökməsi 
Uzanmış övladına baxaraq, sonda saçlarını oynadan görmək
Sən birdə gəl ata gözündən bax...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+10=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0222 saniye