Müharibə turizmi
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 12:15 21 sentyabr 2016 tarixində əlavə olunmuşdur

Müasir anlayış olaraq turizm ilə müharibə zonalarının üst-üstə düşməsi I DM-dən sonrasına dəng düşür. “Thomas Cook” agentliyi 11 noyabr 1918-ci ildə silahların susmasının dərhal ardından İngiltərədən Qərb cəbhəsi boyunca Belçikanın Flandriya bölgəsi və Fransanın Somme bölgəsinə turlar tənzimləməyə başlayır. 1919-cu ildə İngiltərədə qurulan “St. Barnabas Society” adlı təşkilat müharibədə ölən əsgər yaxınlarını varsa məzarlarına, yoxsa öldükləri yerlərə götürən “həcc ziyarətləri”ni izləyirdi.

Müharibə turları II DM-dən sonra sadəcə vuruşanların və yaxınların həcc ziyarəti olmaqdan çıxıb dünya tarixini, siyasətini öyrənmək istəyən səyyahların tarixin qanlı dönüş nöqtələrinin səhnələndiyi coğrafiyanı, buradakı qalıntıları və xatirələri ziyarət etmək və öyrənmək istəyi ilə üst-üstə düşən bir mədəniyyət turizmi şəklinə çevrilməyə başlandı. Avropada döyüşən amerikalıların müharibə sonrasında ailələri ilə birlikdə müharibədə gördükləri yerləri təkrar ziyarət etmək arzusu mədəniyyət turizminin kütləviləşməsinə xidmət etdi. Müharibə zonalarının və xatirələrinin mədəni ölçüsünə baxdığımızda bu gün bütün Avropada yalnız II DM dövrünü (1939 - 1945) və bu müharibəsini mövzusunu əhatə edən 1.200-dən çox müharibə muzeyinin varlığı diqqətimizi çəkməkdədir.

Dünyada müharibə turizminin inkişaf məkanlarına baxdığımızda ilk ağla gələn yerlər Fransada Normandiya (II DM), Fransada Somme  (I DM), Belçikada Flandriya bölgəsi (I DM), ABŞ-da Gettisberq (Vətəndaş müharibəsi) və Türkiyədə Çanaqqala (I DM) müharibə zonalarıdır.

“Müharibə turistləri”nin böyük bir qismini müharibəyə qatılan əsgərlər, ailələri, tarixə maraqlı turistlər təşkil edir. Keçmişlə, ölümlə, zəfər və məğlubiyyətlə, dostluq və düşmənçilik üzləşmək istəyən insanlar üçün 'müharibə zonaları' ən uyğun məkanlardır. Mədəniyyətlərin mənşələrini araşdıran insanların qarşısına da qaçınılmaz olaraq müharibələr çıxmaqdadır. Tarixə maraqlı insanlar üçün də tarix müharibə ilə doludur. Başqalarının deyil, öz açıqlaması müharibəni anlamaq istəyənlərin hədəfi də müharibə zonasıdır. Müharibə zonalarına bu duyğularla hərəkət “Müharibə Turizmi”ni ortaya çıxarmışdır 

.

***

İrlandiyalı yazar Brem Stokerin "Drakula"  əsərində gənc vəkil Conatan Harker iş üçün Rumıniyaya gedir. Ancaq kiminlə iş edəcəyini eşidən hər kəs “o adam”ın qalasına getməməsini nəsihət edir. Buna baxmayaraq Harkerin qalada qalmaqda israr etməsinə, ürküdücü şeylər olduğunu bilə-bilə otaqlarda tək başına gəzməsinə məna verə bilməzsiniz. Qorxu filmlərində soruşulan klassik sual da budur: Qəhrəman başına bir şey gələcəyini bildiyi halda niyə o mağaraya enir? 

Adına "müharibə turizmi” deyən də var, “qaranlıq turizm” də. Polşadakı Auşvitz ölüm düşərgəsi və  Bosniya-Herseqovinadakı toplu məzarlar. Vətəndaş müharibəsindən nəsibini qəni-qəni almış Liviya və Şri-Lanka. Kambocadakı ölüm tarlaları və Talibanın yuvası Svat vadisi.

Bu günə qədər müştəriləri arasından qaçırılan və ya ölən kimsə olmayıb. Qaranlıq Turizm Araşdırmaları İnstitutu başçılarından olan Filip Stoun isə bu turların əslində fərqindəlik yaratdığını və o ağrıları çəkmiş insanlara hörmət eşidilməsini təmin etdiyini düşünür.

Sürətlə dəyişən bir dünyada yaşadığımızı xatırladan Stouna görə insanlar olan bitənləri Twitter-dən deyil, öz gözləriylə görmək istəyir. Təbii, bunu bir də “əlini daşın altına qoyanlardan” soruşmaq lazımdır.

Amerikalı Co Roulins Qilbert 1986-cı ildən bəri İraq və Əfqanıstan daxil 70-dən çox ölkə gəzmişdi. 82 yaşındakı Qilbert mümkün qədər özünü təhlükəyə soxacaq vəziyyətlərə bulaşmamaya çalışdığını, amma fərqli mədəniyyətləri öyrənməyi də çox istədiyini söyləyir. Britaniyalı Aleks Lanqstaff da çörəyin qiyməti kimi qəzetlərdə oxuya bilmədikləri şeyləri yaşayaraq öyrəndiyini deyir. Naycel Qrin başını 1989-cu ildə çıxdığı Monqolustan və Çin səyahətində “yandırmışdı”. Şansına qanlı “Tiananmen” Meydanı olaylarına dəng gələn Qrin o tarixdən bəri ABŞ və Britaniya XİN-nin “Getməyin!” xəbərdarlığı etdiyi dərhal hər yerdə tapılmışdı: "Çox həyəcanlı idi. Önümdə bir tarix yaşanırdı.” Qrinin əmisi oğlu Endryu da bu səyahətlərə bağlı olanlardandır. Hər gecə gediləcək yeni bir təhlükəli ölkə axtaran Endryu heç istəmədiyi bir işlə məşğul olduğunu, bu səbəbdən bu “həyəcanlar” sayəsində “yaxşı vaxt keçirdiyini” müdafiə edir.

Yük maşını sürücülüyündən sıxılıb müharibə turistliyinə soyunan yapon Tosifumi Fudzimoto Suriyada turist olmağın jurnalist olmaqdan daha asan olduğunu müdafiə edir. Özünü həm kamikadze, həm də samuray olaraq hesab edir: "Oralardakı adrenalin başqa heç bir yerdə yoxdur. Atəş açdıqları zaman da çox əylənirəm. Başıma bir şey gəlməsindən qorxmuram. Yalnız 5 ildir görmədiyim 3 qızım var. Ümid edirəm ki, mən ölsəm səhiyyə sığortamdan faydalana bilərlər. "

Məqsəd bəlkə də “batan ölkələrin mallarından” pay almaqdır. Bəlkə də Titanik batarkən göyərtədə qalıb çalmağı davam etdirən kamançılar kimi “oradaydım” demək və o ana şahidlik etməkdir. Maraq ünsürü olduğu da realdır. Nəhayət, Drakulanın qonağına söylədiklərini uyğunlaşdıracaq olsaq, o ölkələrə xoş getdiniz! Rahatca girin, etibarlı şəkildə ayrılın və  götürdüyünüz “xoşbəxtliyin” bir qismini orada buraxın.

***

Qərb turizm şirkətləri İraq, İraq, Somali, Əfqanıstan və Suriya başda olmaq üzrə müharibə və qarşıdurma bölgələrinə turlar təşkil edir. Qan və gözyaşı vəd edən turistik gəzişin xərci 40 min dollara çatır.

“Warzone Tours” şirkətinin tur kataloqunda Bağdaddan Moqadişoya qədər müxtəlif yerlər var.

25 il orduda və təhlükəsizlik şirkətlərində çalışan Rik Svini "Bosniyada və İraqda zaman keçirərkən danışmaq istədiyim çox sayda yerli xalqdan adam və görə bilmədiyim mədəni yerlər vardı" deyir.

Şirkətini 2008-ci ildə quran Svini müştərilərinin çoxunun iş dünyasından zəngin orta yaşlı insanlar olduğunu qeyd edir. Aralarında AK-47 (Kalaşnikov) tüfəngiylə fotoşəkil çəkdirmək istəyən macəraçı gənclər də var.

“Untamed Borders” şirkətiysə ingilis Ceyms Vilkoksun köməyiylə bir pakistanlı və bir əfqan tərəfindən 2006-cı ildə qurulmuşdu. Şirkət daha çox Əfqanıstan və Orta Asiya bölgəsinə səyahətlər təşkil edir.

Vilkoks "Müharibə turistləri, qaranlıq turizm, ürpədici yerlər, hərbi  turlar ... Hamısı sınadığımız, amma sonra qaçdığımız terminlərdir, çünki tam olaraq nə etdiyimizi əks etdirmirlər" deyir.

“New York Times”ın keçmiş Balkan yarımadası müxbiri Nikolas Vud da 2011-ci ildə “Political Tours” şirkətini quraraq bu bazara girmişdi.  (Liviya, İran, Fələstin, Ukrayna, Ş.Koreya)

"Mühairbə turizmi" terminini o da sevmir: "Üzərində dayandığımız, insanlara bölgəylə əlaqədar bir qavrayış qazandırmaq. Onları muzeylərin qozalarından çıxartmaq. "

Yaxşı, bəs bu etdikləri başqalarının ağrıları üzərindən pul qazanmaq mənasını vermirmi? Rik Sivi bunu rədd edir: "Tənqidlər bunun siyasi baxımdan doğru olmadığı istiqamətindədir. Tam tərsinə. Mən onların yerli xalqdan insanlarla oturub yemək yeyərək söhbət etmələrini istəyirəm. "


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+29=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0224 saniye