Müharibə uşaqlarını tanıyırsız? Güllə sədaları altında doğulan, güllə səsi ilə böyüyən müharibə uşaqları.
Sərhəddə, erməni əsgər postundan 1 km məsafədə yaşayan soydaşlarımız üçün həyat davam edir. Onlar hər kəs kimi sevirlər, evlənirlər və sonunda həyata bir körpə, bir dünya gətirirlər. O dünya ki, həyatın acısına-şirininə baxmadan uşaqlığını yaşayaraq böyüyür...
Sizi onlarla fotojurnalist Famil Mahmudbəylinin fotokameranın yaddaşına həkk etdiyi görüntülərlə tanış edəcəyik.
Fotolar erməni postundan 1 km məsafədə yerləşən Tovuz rayonunun Ağdam kəndində, Agdərənin Markuşevan cəbhə bölgəsi ilə üzbəüz kənddə çəkilib.