Müharibə və ata
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 18:59 02 avqust 2015 tarixində əlavə olunmuşdur

Ana bir anlıq bekar qalan kimi fikirləşib nə isə bir nağıl quraşdırardı. Bilirdi ki, axşam uşaqlar nağıl istəyəcəklər. Özü də atalarının nağılını. Uşaqlar buna adət etmişdilər. Hər axşam qaranlıq düşən kimi uşaqların nağıl saatı gəlirdi. Ataları cəbhəyə gedəndə böyüyü 2 yaş, balacası isə 2 aylıq idi. Evli olduqları bu 6 ilin 3 ilini birgə keçirdə bilmişdilər. Ata da 4-5 ayda bir qonaq kimi 2-3 günlüyə onları görməyə gələrdi. Böyüdükcə yaddaşlarında əks olunan yaraşıqlı atalarını arzulayır, gəlmədiyini görüncə hər axşam “Ana, atanın nağılını danış” deyə yaxınlaşaraq gözlərini analarına dikərdilər. Ana gündüz vaxtı məktəbdə quraşdırdığı nağılı danışardı.“Biri var, biri yox, biri yaxşı, biri acı, biri şirin, biri... Nə isə, bizim atamız da qoçaqların ən qoçağı idi. Elə qoçaq olduğu üçün getmişdi davaya.” Bu yerdə böyük uşaq dillənirdi: “ Nə üçün getmişdi? De ki, gəlmək istəyir, anacan.” Ana onun sözlərinə düzəliş verirdi: “Əgər biz -gəlmək istəyir- desək, onda hamı atamızı -qorxaq- biləcək.” Bu yerdə uşaqlar istəməzdilər ki, ataları qorxaq olsun.”Bir az keçəcək, qapı döyüləcək. Açıb görəcəyik ki, atanız gəlib...” Balacası tez soruşurdu: “Ana, bəs sonra bir də çıxıb gedəcək?” Ana qorxardı bu suala cavab verməyə, dəhşətə gəlirdi. Hər dəfə yoldaşını sağ-salamat qarşılayanda və düşünəndə ki, çıxıb gedəcək, dərdi dözülməz olurdu. Birdən əl-qolunu itirdi? O zaman uşaqları necə qucaqlayıb bağrına basacaqdı, necə onları gəzməyə aparacaqdı? Birdən gözlərinin nuru əbədi qaranlığa qeyb oldu? Birdən yataq xəstəsi oldu? Necə olacaq o zaman uşaqların dünyaları? Qırılıb ayaqlar altında tapdalanmazmı? Lənət! Müharibəyə lənət!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+12=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0369 saniye