Müharibənin digər qadınları
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 22:55 20 noyabr 2015 tarixində əlavə olunmuşdur

Qadınlara təcavüz müharibənin normal bir yan təsiri kimi görünməkdədir. İkinci Dünya Müharibəsi əsnasında yapon əsgərləri seks köləliyi üçün bir sistem belə qurmuşdular. On minlərlə asiyalı “rahatladıcı qadın” əsgəri fahişəxanalarda fahişəliyə zorlanmışdı. Əlavə olaraq çox sayda qız qatar vaqonlarında, fabrik anbarlarında, evlərdə hər gecə cinsi istismara uğramışdılar. Bu qadınların çoxu o zamandan bəri fiziki və duyğusal çətinliklər çəkmişdilər.

-Gün boyunca bir anbarda digər qadınlarla ayaqaltı hörmək və öz yeməyini bişirmək məcburiyyətində idi. Bəzən elə oradaca təcavüzə uğrayır, amma çox zaman əsgərlər tərəfindən komalarındakı otaqlarına götürülürdü. “İndoneziyalı bir həkim hər həftə bir yapon həkimi nəzarəti altında hamiləlik testi edirdi. Heç hamilə qalmadım.” Müharibədən sonra bir qrup qadınla o evi ələ keçirmək üçün 60 mil yürüdü.

-Əvvəllər ətraf kəndlərdən bir qrup əsgərlə qida toplamaq məcburiyyətində idi, daha sonra xəndəklər açdı və mətbəxdə çalışdı. Axşamları işdən sonra evdən alınıb kazarmalara aparılır və dəfələrlə təcavüzə uğrayırdı. Bacısı da yaxınlıqdakı digər başqa bir bölgədə fahişəliyə məcbur edildi. Görücü üsulu ilə evləndiyi adam müharibədən sonra ondan heç bir şey etməsini istəmədi. Yaşlı bir dul ilə olan ikinci görücü üsulu evliliyi yalnız beş ay sonra sona çatdı. Bundan sonra üçüncü əri ilə bir ailə qurmadan əvvəl bir müddət xidmətçi olaraq çalışdı. "Ona istifadə edildiyimi söylədim. Amma o, məni hər halımla sevdi. Birlikdə bir çox gözəl şey yaşadıq. Bu səbəblə indi bir çox uşağım və nəvəm var."

-Müharibə əsnasında bilərək hamilə qalmışdı, çünki yoldaşı özü üçün seçilən qız yerinə onunla evlənmək istəyirdi. Yoldaşı üçün partner nizamlayan kəndin ağası onu şəhərdəki bir fahişəxanaya göndərdi. Artıq bir neçə aylıq hamilə olmasına baxmayaraq fahişəliyə məcbur edildi. Hamiləliyin sonlarında kəndinə döndü və körpəsi doğumdan qısa müddət sonra orada öldü. Yoldaşı görücü üsulu evliliyini bitirdi və onunla evləndi. Bu, onun qürurunu qurtardı. Döyüşdən sonra kənd bütün hadisələr haqqında səssizliyini qorudu. "Bu bizim sirrimizdir. Mənə acıyırdılar, çünki mənim məcbur buraxıldığımı bilirdilər. Uşaqlara heç bir zaman söyləmədik. Mən bunun üçün çox utanıram. Edə biləcəyim heç bir şey olmamasına baxmayaraq.”

-Bir yapon ailəsi üçün qulluqçu olaraq işlədi. Orada daimi bir ziyarətçi olaraq olan yapon ordusunun bir üzvü qadın personala nizamlı olaraq hücum edirdi. Onun otağına da nizamlı olaraq girir və təcavüz edirdi, Elə vəhşi idi ki, daxili yaralara dözüm tələb edirdi. Qaçmağa və qız yoldaşlarının ona baxacağı yaxındakı bir fabrik daxmasında gizlənməyə qərar verdi. "Evə getməyə cəsarətim yox idi. Atamın təcavüzə uğradığımı anlamasından qorxdum. Bunu istəmədim." Müharibədən çox sonra həyatının eşqi ilə evləndi. "O, mənim əmimoğludur, ondan hamilə qaldım, bir-birimizi sevirdik." 11 uşaqları oldu, yeddisi hələ də həyatdadır. "Ərim öldükdən sonra mənə uşaqlarım baxdı. Keçmişdə həddindən artıq işləmək məcburiyyətində qalmışdım." Müharibə haqqında bir daha heç bir zaman danışmadı. Fabrikdəki köhnə qız yoldaşları ilə belə.

- 10 yaşında bir uşaqkən oyun oynadığı zaman qaçırılaraq bir hərbi çadır düşərgəsinə aparılmaq üzrə qadın dolu bir yük maşınına qoyuldu. Ən gözəl qadınlar məmurların mənzillərində kilid altında saxlanılırdı. Digər iki qızla kiçik bir çadırı paylaşmaq məcburiyyətində idi və əsgərlər digər qızlar da oradaykən təcavüz edirdi. Çox yemək yemir və bir xəndəkdən su içmək məcburiyyətində qalırdı. "Hələ çox gənc idim, iki ay içində bədənim tamamilə məhv olmuşdu. Bir heç idim, bir oyuncaq idim, insan olaraq heç bir şey ifadə etmirdim. Yaponiya dövründə hiss etdiklərim bunlardır." İki ay sonra qaçmağı bacardı. Evinə döndüyündə ailəsi onu tanıya bilmədi. "Təcavüzə uğradığımı kiməsə söyləməyə cəsarət edə bilmədim. Ailəmi incitmək istəmədim. Kimsənin məni istəməyəcəyini və xaric ediləcəyimdən qorxdum. Amma insanlar hələ də mənə "yapon əldən düşməsi" deyə səslənərək pis rəftar edirdilər. Çox uzun zaman ortadan itmiş olduğum üçün nələr olduğundan şübhələnirdilər. Bu məni qorxunc incitdi." Bir az daha qocalanda evlənməyi bacardı. Yaşlı və heç evlənməmiş biri olduğu üçün minnətdar idi. 5 uşağı oldu. "Uşaqlar olmadan tarixiniz olmaz"

-İlk əri yaponlar tərəfindən vurularaq öldürüldükdən sonra gənc dul yaxındakı kazarmalardan birinin çamaşırxanasında işləməyə başladı. Kilidləndi, təcavüz edildi və üç il ərzində dərhal hər gün ərazi komandiri və digər əsgərlər tərəfindən döyüldü. Əvvəllər arada bir nəzarət altında ərazi ətrafında getməsinə icazə verilirdi. Daha sonra komalardan birində davamlı olaraq kilidli qaldı. Çox tez döyülür və cəza olaraq yemək verilmirdi. Müharibənin sonunda çox zəif və xəstə halda evinə getdi. "O zaman atam hələ yeni ölmüşdü, mən yalnız bir uşaq idim. Anam yaralarımı yaxşılaşdırmaq üçün ənənəvi bitkilər istifadə edir, əzilmiş yarpaqlarla bədənimi ovuşdurub masaj etdi. Gəzə bilmirdim, adımı belə tələffüz edə bilmirdim." Müharibə bitdikdən sonra 8 il ərzində yenidən evlənmədi. Tamamilə yaxşılaşdığında yenidən işləyə bildi. "Ərim yaponlar tərəfindən alındığımı bilirdi. Ona özümü izah etdim, amma o əhəmiyyət vermədi." Evlilik qısa bir müddət sonra sona çatdı, sonrakı 10 evliliyi kimi. Heç bir zaman uşaq doğura bilmədi, rəhmi kazarmada daxili yaralarla zərər görmüşdü. Ölən bacısının üç uşağını övladlığa götürdü. Onlar hələ bir fermada işçi olmalarına baxmayaraq qocalığında ona kömək etdilər. Varlığıyla barışmışdı, amma təcavüzlər onu təcavüz etməyə davam edir. "O qədər çox yaraladı ki, cənnət dünyanın üzərinə çökmüş kimi idi. Vücudum bunu heç zaman unutmayacaq."

-Kəndindən alındı və üç ay ərzində kazarmada fahişəliyə məcbur edildi. Hər gün digər qadınlar kimi pudra və pomadalı makiyaj etmək məcburiyyətində idi. Gecələri əsgərlər onu kazarma otaqlarına alırdı. "Məni tutur və öpürdülər. Məni öldürəcəklərindən və hamilə qalmaqdan qorxurdum." Qaçmağa cəsarət edə bilmədi, komalar nəzarətdə idi. Müharibənin sonunda azadlığına qovuşanda kiçik qardaşı və böyük bacısının da əsgərlər tərəfindən cinsi təcavüzə uğradığını öyrəndi. "Qızlarıma hər zaman diqqətli olmalarını, xaricilərlə birlikdə getməmələri üçün xəbərdarlıq etdim, əks halda mənim kimi təcavüzə uğraya bilərdilər."

-Evindən alınarak 3 il boyunca 2 fərqli kazarmada fahişəxanada fahişəliyə zorlandı.Yapon adı aldı və hər gün ən az 10 kişiyə, əsgərlərə və məmurlara xidmət etmek məcburiyyətində idi. Əsgərlərin bilet almaq zorunda olduqları ofisin divarlarında seçə biləcəkləri qızların rəsmləri vardı. "Hər kəs məni istəyirdi. Bir-birinin ardınca gəlməyə davam etdilər". Gözəlliyinə əsəbiləşirdi. "Çirkin olmağı çox istəyirdim, çünki çirkin qızlar tələsik evlərinə geri göndərilirdilər. Amma gözəl olanlar qalmaq məcburiyyətində idi ". Müharibənin sonuna qədər kazarmada kaldı. Evə döndüyündə ana-atasının üzüntüdən öldüyü ortaya çıkdı. Yaşlı bir adamla evləndi. “Bunu əslində istəməmişdim, amma ona yazığım gəldi”. O, öldükdən 4 il sonra bir çox pərəstişkarlarıma rəğmən yenidən evləndim". Heç bir zaman uşaq sahibi ola bilmədi və qardaşının iki uşağının məsuliyyətlərini boynuna götürdü.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+34=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0335 saniye