Mümkün deyil
Yusifli N. tərəfindən "Hekayə" bolməsinə 11:05 20 mart 2015 tarixində əlavə olunmuşdur

Yaşlı kişi öz otağından çölə çıxdı. Güzgünün önünə keçib saqqalını və saçını düzəltdi. Hələdə yaraşıqlı olduğunu düşünürdü. Evin önünə çıxıb skamyada oturdu. Birdən sifət ifadəsi dəyişdi. Bir ağırlıq çökdü üzərinə. `` Bu qədər vaxt arzumu yerinə yetirmək üçün heç bir şey etməmişəm və artıq gerçəkləşməsinin mümkün olmadığını bilirəm`` deyə səsli şəkildə düşündü. Birdən skamyanın arxasından cavab gəldi :
- Mümkün olmayan heç bir şey yoxdur.
Yaşlı kişi səs gələn tərəfə baxdı. Cavab verən , qəribə geyimli cavan oğlan idi. Kişi :
- Sən kimsən ? Gənc :
- Heç kim. Sadəcə heç kiməm , amma sənə köməyim toxuna bilər.
- Necə yəni ?
- Sən sadəcə inan. - Dedi gənc və keçib kişinin yanında oturdu. Gənc oğlan `` Əllərimə fikir ver `` dedi və sol əlinin baş və şəhadət barmaqlarını bir- birinə sürtməyə başladı. Barmaqları arasından tüstü çıxdı. `` Bu sənin həyatındır`` dedi `` 2-3 saniyəyə yox oldu gördünmü ? Vaxt tez keçir , bəy`` Yaşlı kişi mat qalmışdı. Çox təəccübləndi gəncə. Ona diqqətlə baxırdı. Gənc arxaya söykəndi , ayaqlarını irəli uzatdı. Gülümsünürdü.
- Arzun nə idi ? – gənc soruşdu
Kişi ayağa qalxaraq sağ əlinin şəhadət barmağı ilə evin arxasından görünən əzəmətli zirvəni göstərdi.
- Ora indiyə kimi heç kim çıxa bilməyib. Yeniyetməlik dövrümdən arzum o dağın zirvəsinə çıxmaq olub. Neçə illərin alpinistləri belə oraya çıxarkən həlak olublar. Mən isə qorxduğum üçün buna cəhd etməmişəm belə. İndisə qorxum keçib , amma , addım atacaq taqətim qalmayıb.
- Narahat olma – dedi gənc. Əllərini bir-birinə sürtdü , sonra isə ovucunda yaranan qəribə rəngli tozu kişinin üzərinə atdı. Toz ətrafa yayıldı. Gözünə girməsin deyə gözlərini yumdu kişi. Göz qapaqlarını yenidən açıdıqda isə , dağın zirvəsində idi.. Sol tərəfində də gənc oğlan. Kişi çox təəccüblü idi , qorxmuşdu və sevinirdi. Gənc oğlana nəsə deyirdi , amma , özü belə nə danışdığını bilmirdi. Dili tutulmuşdu sanki. Gənc isə sadəcə gülümsəməklə kifayətlənirdi.
- Sən mələksən ! Ya da arzuları gerçələşdirən cinsən ! deyə gülərək qışqırdı.
- Xeyr onlar deyiləm – dedi gənc və gülümsündü.
Kişi nəyisə başa düşdü elə bil. Qaşlarını çatdı. Sonra isə qışqıraraq ``düz deyirsən Yadıma düşür !! Anlayıram !! Hər şeyi anlayıram. `` Üzünü oğlandan çevirərək buludlara baxdı.hər şey ayaqlarının altında idi sanki. Mənzərə möhtəşəm idi . Arzusunuda reallaşdırmışdı artıq və bunu özü tək etmişdi. Kişi yadına salmağa başladı hər şeyi : dağa çıxmağı qərar aldığını , buraya çıxa biləcəyinə inandığını və bu yaşında heç kimin bacara bilmədiyini edərək əziyyətlə yuxarı dırmandığını.
Gənc oğlana üzünü çevirdi :
- Hər şeyi anladım – dedi. İnsan hər şeyə qadirdir , sadəcə istəməyi kifayət edər. Sən isə sadəcə mənim cəsarətim , iradəm və istəyim idin ki , bu əziyyətli yolda sənə görə heçnə hiss etmədim və məqsədimə çatdım.
Bu an oğlan gülümsədi və gözdən itdi. Kişi isə , yıxılaraq , üzündə təbəssümlə , rahat şəkildə öldü..


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+24=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0225 saniye