Əfsus ki, müsəlman dönərək cahilə getdi.
Qan tutdu gözün çevrilərək qatilə getdi.
Qardaş qanına qəsd eləyib nəfsinə uydu,
Sonda yenə bənzətdi özün Qabilə getdi.
Bizlər bizə düşman kəslib qanlar axıtdıq,
Gəzdikdə səbəb şübhəmiz Əzrailə getdi.
Hər yaxşı əməl tarix olub tez unuduldu,
Pislik isə adət kimi ildən-ilə getdi.
İnsan-bu cahanda elə varlıq, yaranandan
Hər işdə müqəssir olaraq qafilə getdi.
Şeytan dedi: "Mən azdıraram insanı yoldan"
Amma özü insandan olub hamilə getdi.
Elnur, bu cəhalət dənizində xilas olmaz,
At lövbəri, ömrün gəmisi sahilə getdi.