MÜSƏLMAN
Rahil Rizvan tərəfindən "Şeir" bolməsinə 11:28 11 mart 2018 tarixində əlavə olunmuşdur

Vur başına,dizinə
Ağla, müsəlman, ağla
Axıt gözündən yaşı
Ağla, müsəlman, ağla

Məhəmməd (s)yolun azdın
Özündən qanun yazdın
İslamçın quyu qazdın
Ağla, müsəlman, ağla

Ədaləti boğmusan
Dosta düşmən doğmusan
Bilinmir nə olmusan
Ağla, müsəlman, ağla

Uydun kafir felinə
Dümən oldun elinə
Daş bağladın belinə
Ağla., müsəlman, ağla

Yaraşmır gülmək sənə
Danışma haqdan mənə
Zülüm etdin sən sənə
Ağla, müsəlman, ağla

Qulaq asma rahilə
Sən inanma cahilə
Dərindən bir ah ilə
Ağla, müsəlman, ağla

23.09.2017


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+16=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0329 saniye