İlahi nurundan pay alan gözəl,
Görsən ki, nurundan pay alaq biz də...
Lütf eylə, bu səmtə bir, pişvaza gəl,
Görsən ki, hərarət qalmayıb, sözdə...
Ay Yerin cəzbində, təşnə Günəşə,
Bülbül Gülə möhtac, qəfəs nə işə?
Adam lap, mat qalır inan, gərdişə,
Görsə ki, ötəsi olur yüzün də...
Zaur bir, qonaqdı, külli-cahana,
Niyyəti bəllidi, tək Yaradana,
Sürünə-sürünə yetər murada,
Görsə ki, taqəti yoxdu dizində...
24.08.2010 / Bakı