Mutlu bir cəmiyyət üçün boşanmaların sayını azaldaq!
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 18:23 10 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Ailələrdə boşanmalarla bağlı araşdırma – yazı hazırlayıram. Sorğu nəticəsində belə bir hal ön plandadır.

İnsanlar formalaşma dövrünə çatmamış ailə qururlar və getdikcə həyata baxış, dünyagörüşü, intellektual fikirlər, fərqli düşüncələr yarandıqca beyində oturuşur və qarşı tərəfdə bunların axtarışı zamanı "əliboş” çıxan qadın (kişi) xəyal qırıqlığına uğrayır. Axtardıqlarını tapa bilmədikcə, həyat yoldaşı gözündən düşür və marağı azalır.

Texnika əsri, inkişaf dövründə yaşayırıq, hər şey - bütün məlumatlar əlçatandır, əlaqələr genişlənir, insanlar zəkasını işlətməyə məcbur olur və belə demək mümkündürsə, inkişaf edir. Beyinlər arınır, istəklər artır. Beləliklə, ailədə soyuqluqlar yaranır, istənilən insan tipinin tapılmaması və birlikdəliyin sonu ilə nəticələnir.

Bəziləri, İslamla əlaqələndirib erkən evliliklərə haqq qazandırır. Lakin İslama istinad edərkən belə, dövr dəyişikliyi, zaman qavramının fəqliliklərini nəzərə almaq mütləqdir. Elmdən, bilikdən heç bir anlayışı olmayan, oxumayan qızı 12-13 yaşında həyat gərəyi evləndirməklə, indiki universitet tələbəsi, təhsil alan 18-19 yaşı qızın evlənməsi eyni ola bilməz. Bu mümkün deyil. İstər qadın, istər kişi - hər ikisi dərketmə, formalaşma dövrünü keçəndən sonra ailə həyatı haqqında düşünməli və öz sorumluluğu ilə qərar verməlidir.

Gözübağlı şəkildə "baş-göz" edilib evləndirilən qız və ya oğlan, 24-25 yaşına çatanda arzularının, xəyallarının ürəyinin bir küncündə qaldığını, yaxud evləndiyi insanın, əslində, heç də onun bəlirlədiyi kriteriyalara uyğun olmadığının fərqinə varmış olur. Artıq çox gecdir, valideyn statusunu qazanmış insan ailə sorumluluqlarına görə istəmədiyi həyatına boyun əyərək bunu yaşayır, yaxud da stereotipləri qıraraq boşanmağa qərar verir. Hər iki situasiya insanın şəxsi qərarının və düşüncəsinin məhsuludur. Birinci qərarada xoşbəxtlik, ümumiyyətlə, mövzu bəhsi deyil. İkinci də isə 50/50 riski ilə yenidən həyatını sıfırlayıb arzuların, hədəflərin arxasınca gedəcək.

Evlilik qərarında insanları - övladlarınızı sıxmayın, yormayın. Zamanı gəldiyində gec, amma doğru şəkildə qərar qəbul edib evlənmələrinə yardımçı və dəstək olun. Mutlu bir cəmiyyət üçün boşanmaların sayını azaldaq!

Aparılan sorğularla ardı olacaq!

Aysel Abdullazadə...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+27=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0304 saniye