N027 Qatil. Qəfəsdəki Məhbuslar romanından
Uraqan tərəfindən "" bolməsinə 14:06 09 avqust 2018 tarixində əlavə olunmuşdur

36 saat sonra

.

Artıq Lukas və Alfred kamera nəzarət otağına gizlincə soxula bilmişdilər. Nəzarətçi sakitçə oturub kameradan dəhlizi izləyirdi. İşıqlar yanaraq bütün dəhliz boyu hər yanı görünən edirdi. Digər nəzarətçilər dəhlizlərdə görünmürdü. Gəzməli olduqları dəhlizlərdə yox, gizli otaqların birində şirin yuxulara dalmışdılar. Əgər yoxlama gələrsə kamera başında oturan nəzarətçi mürgüləyən nəzarətçilərin ayılması üçün kod öturməliydi. Adətən hər gecə belə olurdu. Heç nə olmaz deyib bütün gecəni mürgüləyirdilər. Buna ördək paradoksu deyirlər. Ördəyi bir təcrübə üçün saxlayırlar və hər gün onu  yem və su ilə qidalandırırlar. Bu proses 40 gün davam edir. Artıq ördək də insanlardan qorxmur və ondan çəkinmir. 41-ci gün ördəyi kəsib yeyirlər. Bizim həyatımız da bu ördəyin həyatından fərqlənmir. Heç bir zaman olmaz dediyimiz şey bir anın içində dəyişir və bizə həyatımızın ən böyük təhlükəsini yaşadır.

Lukas və Alfred hələ də sakitcə stolun arxasında gizlənib Jokerin nə edəcəyini gözləyirdilər. Vaxt keçdikcə onların Jokerə qarşı şübhələri daha da artırdı. Joker Axı əyi gözləyir? Bəlkə o  yenə olduğu kimi əclaflığa əl atıb bütün planları korlayır. Xeyr, xeyr, belə bir şey ola bilməzdi. Jokerə olan inamlarını azaltmaq istəməsələr də səbrləri tarıma çəkilirdi. Əgər burada bir oyun  vardısa ən pis vəziyyətdə Lukas və Alfredə qalacaqdılar. Nəzarətçi əlini atıb stolun üstündən çayını götürmək istədiyi zaman yüksək səslə kiminsə öskürməsini eşitdi. Çayını içə bilmədən otaqdan çıxdı və  öskürən insanın kim olduğunu öyrənmək üçün oradan uzaqlaşdı. Onun çıxmasını görən Alfred və Lukas cəld sistemə tərəf yaxınlaşdı və kompyuterlərin qarşısında əyləşdi. Əsas məsələ verilən vaxta sistemə qoşula bilməkdir. Alfred Lukasın danışmağı çox xoşlamadığını bildiyi üçün onu dindirmirdi. Vaxtları çox az qalmışdı. Nəzarətçi hər an qayıda bilərdi. Çünki, bir neçə saniyə sonra nəzarətçi geri dönsə hər şeyi məhv olacaqdı. Plana uyğun olaraq Joker nəzarətçinin başını qatmalıydı. Ancaq bu zaman otağın qapısının cıyıltısı eşidildi. Alfred qorxduğundan yerindən dik atıldı. Lukas əlindəki silahı hazır vəziyyətdə gətirdi. İkisinin də bədənindən soyuq tər axırdı, qan dövranı sürətlənmiş, həyəcandan adrenalin artmağa başlamışdı. Qapı cıyıldayaraq çölə doğru açıldı. İçəri Joker daxil oldu.

- Ohh Joker, bizi çox qorxutdun! - Alfred dərindən nəfəs aldı. 

- Başa düşürəm, amma mənim tərzim budu - Joker şıltaqca gülümsədi.

Lukas özünə gəlib silahı aşağı saldı. Jokerə baxıb İSTEHZAYLA soruşdu:

- Nəzarətçini neylədin? 

- Nəzarətçini sadəcə olaraq yuxuya verdim - Lukas Jokerin gözlərinin içinə baxdı və ona inandı. Əslində Joker düz deyirdi. Nəzarətçini yuxuya vermişdi. Bu yuxu isə müvəqqəti deyildi. Daha nəzarətçi gözlərini əbədi olaraq yummuşdu. Ölmüş cəsədin üstündən açarı götürüb qəfəsdən çıxmaq isə heç də çətin məsələ deyildi.

- Hazırdı. - Alfred dedi.

- Lukas, - Joker xitabən soruşdu - Dəmirdən soruş gör mürgüləyən nəzarətçiləri zərərsizləşdirə bildimi? - Joker öldürdüyü nəzarətçidən aldığı rabitəni Lukasa uzatdı. Lukas rabitəni götürdü və "151" dedi. 151 - hər şeyin qaydasını olduğunu bilmək üçün deyilmiş siqnal idi. Rabitədən Dəmirin səsi gəldi, "150", yəni hər şey qaydasındadır. Lukas əlini Alfredin çiyninə qoyaraq dedi: 

- Qiyam başlasın! Bütün qapıları aç, bircə Robert Slayerin otağından başqa. 

Alfred  verilən əmri yerinə yetirdi. Gur səsli siqnal eşidildi. Bütün qəfəslərin qapıları avtomatik açılmışdı. Məhbuslar səsə oyanıb qapını açıq gördülər. Bir-bir hərə öz KAMERAsından çıxırdı. Artıq Dəmir onları yuxarı dəhlizdə gözləyirdi. GÜLƏR ÜZLƏ SÖZƏ BAŞLADI:

-Əzizlərim, Qiyamımızı açıq elan edirəm. Kimin kimdə nə qisası var, kimin kiminlə nə hüsuməti var işinizi istədiyiniz kimi yerinə yetirə bilərsiniz. Artıq arada gəzənlərə yox deməyin vaxtıdır. Onlarsız bu həbsxana daha gözəl və daha ədalətli olacaq. Hər kəsi azad elan edirəm.

Bunu demişdi ki, kütlənin arasından bir neçəsi qaçmağa başladı. Qaçanlar arada gəzənlər idi. Bir neçə insan bir-birinin üstünə hücum etdi. Hətta arada gəzənlər belə bu gecə qaçıb canlarını qurtarmaq üçün gizlənməyə deşik axtarırdı. 

Bütün qəfəslərin qapıları açılsa da cəmi bir qapı açılmadı. Bu da Müəllimin qapısı idi. Yeni olduğuna görə onu bu qiyama qoşmaq istəmirdilər. Həm də dəqiq bilmirdilər Robert Slayer aradan gəzənlərdəndir yoxsa hansı fəsiləyə məxsusdu. Ona görə də qiyamçıların fikrincə Robert Slayeri bu qiyamdan uzaqda, bağlı qəfəsdə saxlamaq ən yaxşısıydı. Amma qiyam başlamazdan qabaq Master öz qapısında deyildi. Masteri müdriyyət yeni bir sorğu üçün özüylə götürmüşdü. 

Qiyamın səsi hər tərəfə yayıldı. Müdür və Cefri yenə olduğu kimi yazıq Slayeri sorğu suala tutmuşdu. Hər biri səsi eşidib çaşbaş qaldılar. 

- Bu nə səsdir belə? - Cefri yerində donub qaldı.

Müdür əllərini başına gətirdi və saçlarını dartmağa başladı. Ucadan qışqıraraq dedi: 

- Lənət Şeytana, Qiyam başladı - bunu deyib üzümü Slayerə tərəf tutdu. Bunun cavabını verəcəksən, cənab Slayer! Bu qiyamın başlama vaxtına sən nəzarət etməliydin. İndi isə rədd ol burdan! - Duqlas Martel bunu deyib Cefri ilə birlikdə otaqdan çıxdılar və gücləndirmə qüvvəsini çağırmaq üçün Slayerin yanından uzaqlaşdırlar. Robert Slayerin bir şey deməyinə ehtiyyac qalmamışdı. Dodağının altında gülümsədi və ayağa qalxıb otaqadan çıxdı. Dəhlizin yuxarı mərtəbəsində qalxdı və gizlincə qəfəsinə doğru addımlasa da qapını aça bilmədi. Yavaşca pilləkənlərə tərəf yaxınlaşdı və aşağı baxdı. Pilləkənlərdən aşağı baxdığı zaman bütün məhbusların dalaşdığını gördü. Geri addımladı və döyüş olan ərazidən uzaqlaşdı. Bütün çöl qapılar bağlanmışdı. Qiyam həbsxana daxili idi və heçbir nəzarətçiyə zərər gəlməməliydi.

Robert Slayer bu işlərə qoşulmamaq üçün özünə sakit bir kamera axtardı. İçəri dəhlizə doğru addımladı. Gördüyü ilk qapının cəftəsini açdı və içəri daxil oldu. Otaq qaranlıq idi. Sakitcə içəri daxil oldu və yaxınlıqda yerləşən yatağın üstünə əyləşdi. Yataq bütün otaqlarda qoyulan dəmir yataqlardan idi. Tərpəndikcə cırıldamağa başlayır insanın bütün əsəb hüceyrələrinə təsir edirdi. Öz-özünə düşündü: "yaxşı ki, bu otaqda heç kim yoxdur." Qaranlıq tavana baxdı. Görəsəm bu işlərin axırı necə olacaqdı. Heç vaxt düşünməzdi ki, nə vaxtsa belə bir həbsxanada başdanxarab məhbuslarla birlikdə yaşaya bilər. İndi isə həmin başdanxarab məhbuslar qiyam törədib öz aralarında yaşamaq uğrunda mübarizə aparırdılar. Hələ də anlaya bilmirdi qiyamın başlanma səbəbini. Digər məhbuslar kimi ondan da bunun səbəbini gizləmişdilər. 

Gözlərini tavandan çəkdiyi zaman qaranlıq kamerada nəsə birqaraltı hiss etdi. otaq çox böyük olduğundan orada kim olduğunu görə bilmirdi. Həbsxanada bu ən böyük otaq sayılardı. Hardasa 15 ədəd çarpayı vardı. Slayer qaraltıya diqqətlə baxdı. Yox burada doğurdan da kimsə var. İçindəki qorxunu hiss etsə də qaraltıya doğru addımladı. Yaxınlaşdıqca onun da bir məhbus olduğunu anladı. Artıq yerində donub qalmış, nə deyəcəyini özü də bilmirdi. Adam başını qaldırıb Slayerə baxdı. Sifəti görsənmirdi. 

- Sən kimsən? - Qəzəbli bir səslə Slayerdən soruşdu.

- Robert Slayer.

- Demək Robert Slayer sənsən - sanki bir anın içində qəzəbi soyudu. - Keç otur. Slayer heç nə demədən keçib qarşıdakı dəmir yatağın üstündə əyləşdi. Adam cibindən bir kibrit çıxartdı. Yandırdı və sol tərəfd olan Şama doğru yaxınlaşdırdı. Artıq üzü görsənirdi.


... dəfə oxunub
Qiymət: 5/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+38=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0236 saniye