nağıl həyat
Sən An tərəfindən "Şeir" bolməsinə 16:48 02 iyul 2014 tarixində əlavə olunmuşdur

nağıl həyat

biri vardı,biri yoxdu,

bir sevdiyim qız vardı.

hər səhər çıxıb eyvana,

saçlarını darardı.

günəşim idi,

ona baxanda isinirdim,

çünki onu  sevirdim.

 

biri vardı,biri yoxdu,

bir yaşlı anam vardı.

sifəti qırış-qırış,

hər zaman edərdi mənə,

dua,alqış.

öpərdim əllərindən,

adı da düşməzdi dilimdən.

 

bu iki qadınla nəfəs alardım,

yaşamağa bir az da həvəs alardım.

biri vardı,biri yoxdu,

bir gün vardı,

həmin gün anam köçdü dünyadan,

sevgilim də köçdü, həmin binadan,

tək qaldım.

 

biri vardı,biri yoxdu,

var olan da mənəm,yox olan da.

göydən üç almanın düşdüyü anda,

onu bölüşəcək  bir kimsə yoxdur.


... dəfə oxunub
Qiymət: 5/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+7=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0362 saniye