Nağıl
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 13:51 02 may 2016 tarixində əlavə olunmuşdur

Uşaq vaxtı nənəm nağıl danışanda tez "dolardım"
Hər dəfə də nağıllardan birisinin qəhrəmnı mən olardım...
Məlikməmməd kimi enib qaranlıq div dünyasına,
Azad edib gətirirdim üç bacını obasına.
Bir də gördün zalımların zülümündən cana doydum,
Ağılımla padşahların da başına ağıl qoydum.
Yeddi başlı əjdahayla vuruşurdum yeddi gecə,
Yeddi başın hər birini doğrayırdım bircə-bircə.
Zümrüd quşun tüklərini yandırmışam kömək üçün,
Uçan xalça "qanadlanıb"evimizə yetmək üçün.
Mən sehirli güzgülərdən bu cahanı seyr etmişəm.
...Səs gələrdi bir qutudan-sanki bu gün eşitmişəm.
Bu nağıldır,yaşa dolub,böyüdükcə anlayırdım,
Bəzən "qorxaq"olduğumçün öz-özümü danlayırdım.
Bilirəm ki,bütün bunlar nənələrin qurmasıdır,
Hər birinin adı,məncə,bir varlığın mənasıdır.
Gələcəkdə bu həyatı necə görmək arzu olub,
Nağıllarda eşitdiyim zaman -zaman doğru olub...
Zümrüd quşu,uçan xalça,təyyarələr, raketlərdir,
Televizor-o güzgüdür,bütün cahan içindədir.
Danış.danış telefonla,indi bunlar həqiqətdi,
Nağıl olan arzularım gələcəyə səyahətdi...

4.07.2014.Zərdabi.Mğvlud Ağamməd.

 


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
3+11=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0273 saniye