Nakam Məhəbbət
Dəfn edib torpağa tapşırdım onu,
Buda məhəbbətin axırı sonu,
Soldu ümüdlərdə istək arzunu,
Beş arşın bir ağa büküb bağladım.
Ağladım bu nakam eşqə ağladım.
Bu gün bu eşqimin vida anıdır,
Kədər ürəyimin qəm ortağıdır,
Sənli günlərimin sənsiz çağıdır,
Yanıb kül olaraq,qəlbi dağladım.
Ağladım bu nakam eşqə ağladım.
Böyüdüb rəsmini asdım qəlbimdən,
Qərənfillə yazdım adın sətirdən,
Bir qara baş daşı qara mərmərdən,
Sifariş eyləyib matəm saxladım.
Ağladım bu nakam eşqə ağladım.