NAKAM SEVGİ
İlkin Abbas tərəfindən "Şeir" bolməsinə 21:59 03 yanvar 2015 tarixində əlavə olunmuşdur

NAKAM SEVGİ

Bir zaman sevirdik dəlilər kimi,
Artıq bu sevginin qalmadı dadı.
Zamansız qırıldı qəlbimin simi,
Bizlərə qovuşmaq qismət olmadı.

De niyə oynadın qəlbimlə mənim?
Mən səni sayırdım eşqin pərisi.
Tovlayıb qəlbini qızıl üzükle,
Səni məndən aldı özgə birisi.

O üzük nədir ki? Dəmir parçası
Qiyməti tutalım beş-on min manat.
Eybi yox, xoşbəxt ol, unutma amma,
Pul-para üstündə qurulmur həyat.

Eşitdim bəxtəvər, ana olmusan,
Gözümə gətirdin menim qəm suyu.
Qəlbimə çəkərək min yerdən dağı,
Körpəsin daşıdın doqquz ay boyu.

Sən indi xoşbəxtsən yoxdu dərd-sərin,
Sızlayır qəlbimin kamanı, tarı.
O da mənim kimi ağlağan olsa,
Oğluna adımı qoyarsan barı...

İlkin Abbas


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+8=
Hesaba giriş
Müəllif

İlkin Abbas
Haqqında
Abbasquliyev İlkin Qadir oğlu ( İlkin Abbas ) 1993-cü il Dekabr ayının 8-də Naxçıvan şəhərində Ziyalı ailəsində anadan olmuşdur. Onun ədəbiyyata olan böyük marağı hələ orta məktəb illərindən başlanmış, zaman keçdikcə şeiriyyat aləminə olan sevgisi güclənmişdir. Şair 2000-ci ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 saylı orta məktəbin birinci sinfinə daxil olmus, 4 illik ibtidai təhsilini orada aldıqdan sonra, Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbə dəyişilmişdir. Onun "ANA DİLİ" adlı ilk şeiri 2010-cu ildə yazılmış və "TƏK SƏBİR" qəzetində nəşr olunmuşdur. Bundan əlavə, gənc yazarın Şeirləri Vəhdət.org. , Shahbulaq.az, Turkbir.info, ədəbiyyat-az.com, Gundelik.info, dokkuziklim.net saytlarında dərc olunur və olunmaqdadır. Hazırda tələbədir, Subaydır. Hələ ki kitabı yoxdur.
Əlaqə
E-mail:
ilkin.abbas.90@hotmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0271 saniye