Adı Cozef (Co) Rocer O'Donnell.
Fotojurnalist idi.
7 may 1922-ci ildə Pensilvaniyada anadan olmuşdu.
İkinci Dünya Müharibəsində çəkdiyi fotolar ilə mükafatlar qazandı.
Bunlardan birini 1 dekabr 1943-cü ildə çəkdi. Bu-Stalin, Ruzvelt, Çörçillin Tehrandakı görüşlərinin fotosudur.
Fəqət...
Bunları deyil...
Müharibə illərində çəkdiyi bir fotonu ölənə qədər unuda bilmədi...
ABŞ-ın Naqasakiyə 9 avqust 1945-ci ildə atdığı atom bombası nəticəsində 143 min 124 nəfər həyatını itirdi.
Ölənlərdən biri adsız kiçik yapon uşağıdır...
Co O'Donnel atom bombası sonrasında Naqasakiyə ilk girənlərdən oldu.
Ölən qardaşının yandırılması üçün krematoriya önünə gətirən və bir əsgər kimi duran yapon uşağının üz ifadəsi unudulacaq kmi deyildi.
Co O'Donnel dəftərinə bu qeydi yazacaqdı:
“Naqasaki, 1945-ci il. 10 yaşlarında səssizcə yürüyən bir uşaq gördüm. Kürəyində bir körpə daşıyırdı. Yaponiyada o günlərdə kürəklərində kiçik bacı-qardaşlarına sahib çıxan uşaqlar çox sıx görülürdü, amma bu uşaq açıqcası digərlərindən fərqli idi.
Üzündəki ifadədən ciddi bir səbəblə buraya gəlmiş olduğu görünürdü. Ayaağında ayaqqabısı yox idi. Üzü qaya kimi sərt idi.
Körpə isə yatır kimi idi.
Uşaq 5, ya da 10 dəqiqə dayandı.
Ağ maskalı adamlar ona doğru getdi və səssizcə körpəni tutan ipi çıxartmağa başladılar.O zaman körpənin ölmüş olduğunu görrdüm.
Adamlar körpəni əl və ayaqlarından tutaraq atəşin üzərinə yerləşdirdilər.
Uşaq alovları izləyərkən düz və hərəkət etmədən dayanırdı. Dodağını o qədər möhkəm dişləyirdi ki, qanayırdı.
Atəş günəş batışı kimi xəfif-xəfif yandı və bitdi.
Uşaq arxasını çevirdi və səssizcə uzaqlaşdı.”
Nə qəribə təsadüfdür.
Co O'Donnell...
Naqasakiyə atılan atom bombasının ildönümündə 9 avqust 2007-ci ildə həyata gözlərini qapatdı.