Natiqlik sənətinə qısa baxış
Ağaəhməd Göyüşov tərəfindən "Elmi məqalə" bolməsinə 13:19 20 yanvar 2016 tarixində əlavə olunmuşdur

Natiqlik sənəti əsrlərlə insanların öyrənmək istədiyi biliklər toplusuna daxildir. Son zamanlar isə bu sahəyə maraq xüsusilə artmaqdadır. Bu biliklər insanlara digər insanları daha da yaxşı anlamağa, xüsusən öz fikirlərini qarşı tərəfə daha rahat izah etməyə, insanları daha tez inandırmağa kömək edir. Bu biliklərə sahib olan insanların bir çoxu tarix boyu müəyyən toplumları öz arxasınca aparmağı bacarmışlar. Bu bilikləri sistemləşdirib insanlara da öyrətməyə başlamışlar. Nə qədər bu sahə öyrənilməyə çalışılsada günü-gündən yeni-yeni biliklər əldə edilir, yeni-yeni metodlar, üsullar meydana gəlir. Bir halda ki, hazırda natiqliklə bağlı, insanlara fikrin çatdırılması ilə bağlı, ünsiyyətdə üstünlüklə bağlı inandırmaqla, qarşındakını öz tərəfinə çəkməklə bağlı yüzdən çox metod, üsul var. Görəsən səbəb nədir ki, insanlar bu qədər metod, üsullar bilməyinə baxmayaraq yenə də,ünsiyyətdə çətinlik çəkir, fikirlərini ifadə edə bilmir, yanlış fikirlər, düşüncələr qarşısında aciz qalırlar? Əsas səbəblərdən biri nə qədər çox metod bilsək də, doğru insanlara qarşı doğru metod seçə bilməməyimizdir. Və ya nəzəriyyədə bildiyimiz metodun praktikasından xəbərsiz olmağımızdır. Hər metod hər insanda, hər toplumda eyni nəticəni göstərməyə bilər. İnsanlarla olan ünsiyyətimiz, onların bizim sözümüzü qəbul edib-etməməsi, onun yaşadıqlarından, xaralterindən, daxil olduğu toplumdan və onun özünəməxsus qanunlarından çox aslıdır… Natiqlik sənətində inasanlara nəyisə çatdırmaq özüdə müxtəlif olur: Topluma nəyisə çatdırma, inandırma, fərdə nəyisə çatdırma və inandırma. Bir fərdə nəyisə çatdırma və inandırmaq ümumi anlamda topluma nəyisə çatdırma və inandırmaqdan daha asandır. Çünki fərd təkdir, düşüncəsidə birdir. Nəyisə izah edəssən anlayacaq, bilmədiyini soruşacaq və ya öz fikirlərini ifadə edəcək. Sənsə o fikirləri diqqətlə dinləyib, boşluqları müəyyənləşdirəssən və nitqinlə o hissələrə toxunassan. Toplumu nəyəsə inandırmaq, öz arxanca aparmaq isə bəzən çətin olur. Bu baxımdandır ki, bir sıra hallarda fərdlərlə təkə-tək söhbətlərdən istifadə edirlər və məharətlə yararlanırlar. Amma buda reallıqdır ki, bir sıra toplumlar da kütlə psixologiyasından istifadə etmək çox rahatdır. Buna baxmayaraq toplumla ünsiyyət bəzən bu səbəbdən də çətin olur ki, içəridən adi sözatmalar, çaşdırıcı suallar sizin nitqinizə xələl gətirə bilər və toplumda fikir ayrılığı yarada bilər. Lakin siz bu kimi halların öhdəsindən gəlsəniz, toplumda nüfuzunuz daha da artacaq. Fərdin özü ilə ünsiyyətin rahat olmasına əsas səbəblərdən biri də budur ki, fərdlə tək sən olursan. İnsanlar kiminsə yanında fikirlərinin başqa birisinin tərəfindən üstələnməsini müsbət qarşılamırlar çox vaxt. Ona görə kiminsə yanında olanda əsası olsa da, olmasa da fikirlərinin müdafiəsinə qalxırlar, bəzənsə aqressivləşirlər. Bu səbəbə görə də insanlarla ünsiyyətdə olarkən diqqətli olmaq əsas şərtlərdən biridir. Onlarla ünsiyyətdə olarkən eqolarını sındırmadan eqolarını yox edib, fikirlərinizi rahatlıqla qarşı tərəfə çatdırıb, qarşı tərəfi rahatlıqla öz fkkirlərinizə inandıra bilərsiniz. Əlbəttə istər fərdlə, istərsə də toplumla ünsiyyətdə, söylədiyiniz nitqdə üstünlük əldə etməyin çox üsul və metodları vardır. Bunların hər biri haqqında müəyyən qədər məlumat verilməsinə çalışılacaq, hər biri müəyyən qədər izah ediləcəkdir…

Ağaəhməd Göyüşov (təlimçi)


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+13=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
agaahmedgoyusov.93@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.029 saniye