Naxçıvan
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 14:45 18 iyun 2018 tarixində əlavə olunmuşdur

NAXÇIVAN

 

Yer üzündə bənzərin yox, ey sevimli diyarım,

Sənsən mənim şan-şöhrətim, yenilməyən vüqarım.

Xan Arazın, Arpaçayın çağlayan qan damarım,

Əzəl gündən güvənc yerim, qəlbim-canım Naxçıvan.

 

Bir səngərdir qarı düşmən qarşısında dağların,

Tükənməyən sərvətindir yaşıl donlu bağların.

Xoş günlərdən soraq verir toy-büsatlı çağların,

Mənim qibləm-qibləgahım, and-amanım Naxçıvan.

 

Sədərəkdən Culfayacan göz diksə sənə yad,

Anlayır ki, yenilməzdir Şərur, Şahbuz, Ordubad.

“Sirab”ınla “Badamlı”ndan soraq verir Batabat,

Heydər kimi şan-şöhrətli bir dastanım Naxçıvan.

 

Xoş müjdə ver bu günümdən, sabahımdan yenə sən,

Varlığınla vəcdə gəlsin, fəxr eləsin qoy, Vətən.

Əzəl gündən arzum budur-harda olsam deyim mən,

Sənsən mənim qəlbimdəki öz ünvanım Naxçıvan.

 

18.06.2018


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+6=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.033 saniye